Sizin Reklam Burada

Kiyevdə azərbaycanlılar döyüldü, səfirlik işə qarışdı

Kiyevdə azərbaycanlılar döyüldü, səfirlik işə qarışdıUkraynanın paytaxtı Kiyevdə bir qrup azərbaycanlı hücuma məruz qalıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə mayın 28-də axşam saatlarında bazarların birində qeydə alınıb.

Belə ki, Əliverdi və Fikrət Məmmədov qardaşları, eləcə də daha bir neçə azərbaycanlı polis geyimində olan naməlum şəxslər tərəfindən döyülüblər.

Hücuma məruz qalan azərbaycanlıların sözlərinə görə, onlara qarşı beşbarmaqdan istifadə olunub.

Yaralı azərbaycanlılar Kiyev şəhər Travmatologiya Mərkəzinə yerləşdiriliblər.

Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə azərbaycanlıların döyülməsi faktını nəzarətə götürüb. Səfir Elmira Axundova bununla bağlı müvafiq tapşırıq verib.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşı, konsul və diaspor nümayəndələri xəstəxanadakı yaralılara baş çəkiblər.

Eyni zamanda onlar Ukrayna hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə görüşərək araşdırmanın gedişatını nəzarətə götürüblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər