SEPAH yeni yeraltı raket bazasını təqdim etdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüzqan əyalətində, Fars körfəzi sahilində yeraltı raket bazası təqdim edib.
Avrasiya.net xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.
Yeraltı baza SEPAH-ın baş komandanı general-mayor Hüseyn Salami və Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əli Rza Tangsirinin səfəri zamanı açılıb.