Sizin Reklam Burada

Razılaşma baş tutmadı: İvanişvili tələb edilir

Razılaşma baş tutmadı: İvanişvili tələb edilirGürcüstanda parlament seçkisi üzərindən 1 aydan çox vaxt keçsə də, hələ də müxalifətlə iqtidar arasında razılıq əldə olunmayıb.

Axar.az xəbər verir ki, müxalifət ABŞ-ın bütün çağırışlarına rəğmən seçkini tanımaqdan imtina edir. Üstəlik, müxalifətlə iqtidar arasında danışıqlar baş tutsa da, müxalif partiyalar hökumətin onların tələblərini icra etmək istəmədiyini deyib. Nəticədə tərəflər arasında danışıqların üçüncü raundu da heç bir uğur əldə edilmədən başa çatıb.

Məsələ ilə bağlı Avropa Gürcüstanı Partiyasının liderlərindən olan Uqulava açıqlama verib. O, parlamentə daxil olacaq hər kəsin müxalifətə xəyanət edəcəyini söyləyib:

“Əgər kimsə parlamentə daxil olmaq istəsə, qoy daxil olsun. Heç kim onu tutmur. Parlamentə daxil olmaq Gürcü Arzusuna daxil olmaq deməkdir”.

Leyborist Partiyasının lideri Şalva Natelaşvili isə Gürcü Arzusunun lideri Bidzina İvanişvilinin müxalifət-iqtidar danışıqlarına qatılmasını tələb edib. O, tələbini müxalifətlə iqtidar arasında danışıqların üçüncü raundu zamanı səsləndirib və xarici səfirlərdən bunun icrasını tələb edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər