Sizin Reklam Burada

İranın dini liderinin nümayəndəsi Ermənistanın təxribatını pisləyib

İranın dini liderinin nümayəndəsi Ermənistanın təxribatını pisləyibErmənistan silahlılarının Azərbaycan ordusunun mövqelərini atəşə tutması və azərbaycanlı hərbçiləri şəhid etməsi cinayətdir.

Trend-in IRIB-ə istinadən məlumatına görə, bunu İranın dini lideri Ayətulla Əli Xameneinin İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətindəki nümayəndəsi Həsən Amili deyib.

H.Amilinin sözlərinə görə, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayırlar.

Amili əlavə edib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bütün regional və beynəlxalq dairələrdə Azərbaycanın işğal olunmuş 20% ərazisi, o cümlədən Dağlıq Qarabağın geri qaytarılmasının vacib olduğunu qeyd edib.

İranın dini liderinin nümayəndəsi şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər