Ermənistanda koronavirus ŞOKU – 1 gündə 517 yoluxma, 19 ölüm
Dərc olunub:
2-06-2020, 11:56
Ermənistanda koronavirusa yoluxanların sayı 10 009 nəfərə çatıb.
Avrasiya.net Ermənistan KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 517 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 19 nəfərin ölümü qeydə alınıb. Bu günədək Ermənistanda 158 nəfər koronavirusdan ölüb, 6 368 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.