Sizin Reklam Burada

İranda beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcək

İranda beynəlxalq Qüds günü yürüşləri keçirilməyəcəkİranda ənənəvi beynəlxalq Qüds günü yürüşləri bu il keçirilməyəcək.

Bunu İran İslami Təbliğat Şurasının koordinasiya mərkəzinin sədr müavini Nüsrətullah Lütfi deyib.

Onun sözlərinə görə, koronavirus epidemiyası ilə bağlı, cari ildə geniş miqyaslı tədbirin keçirilməsi mümkün olmadığı üçün yürüş ləğv olunub:

"Lakin Ramazan ayının son cümə günü İranın Ali lideri Ayətullah Xamenei İslam ümməti ilə bir başa canlı danışacaq. Bu canlı çıxış televiziya, radio və sosial şəbəkələr vastiəsilə canlı yayımlanacaq".

"Qüds günü" ilk dəfə 1982-ci ildə İran İslam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Mübarək Ramazan ayının sonuncu cümə günü Fələstin xalqına dəstək tədbirləri keçirilir. (APA)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər