Dağıstanda 40-dan çox həkim öldü
Dərc olunub:
17-05-2020, 12:07
Dağıstanda 40-dan çox həkim pnevmoniya və koronavirusdan ölüb.
Bunu respublikanın Səhiyyə naziri Camaluddin Qadjiimrahimov deyib.
“Həlak olan 40-dan çox həmkarımız var. Bu, həqiqətən də faciədir. Respublikanın ölən sakinlərinin doğmalarına, ailələrinə, eləcə də yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - nazir bildirib.