Sizin Reklam Burada

Türkiyəli həkim koronavirusun dərmanını tapdığını açıqladı

Türkiyəli həkim koronavirusun dərmanını tapdığını açıqladıTürkiyəli həkim, Prof.Dr. Ercüment Ovalı koronavirusun müalicəsində istifadə oluna biləcək dərmanı kəşf etdiyini açıqlayıb.

O, bu barədə sosial şəbəkədə məlumat yayıb.

“Bir aydır laboratoriyada üzərində çalışdığımız bir dərmanın adını aprelin 23-də açıqlayacaqdıq. Lakin o qədər təsirlidir ki, insanların həyatını xilas edə bilər. İnsanların həyatından daha bir gün oğurlamaq istəmədik. Təcili olaraq “Dornaz alfa” xəstələrin müalicəsi üçün testdən keçirilməlidir”, - deyə həkim bildirib.


Qeyd edək ki, “Dornaz alfa” dərman pereparatı hüceyrədənkənar DNT-ni parçalayan və 5 yaşınadək uşaqlarda kistik fibrozun simptomatik müalicəsində istifadə olunan təbii insan fermentinin genetik olaraq hazırlanmış bir versiyasıdır. İlk dəfə 1993-cü ildə ABŞ-da qeydiyyata alınıb və 20 ildən çoxdur ki, müxtəlif ölkələrin pulmonoloqlarına görə, kistik fibrozun müalicəsi üçün ən təsirli və təhlükəsiz dərmanı hesab edilir. Bu gün ABŞ-da 6 yaşdan yuxarı kistik fibrozlu xəstələrin 80%-nin müalicəsində bu dərmandan istifadə olunur. Dərmanın patenti, daha sonra “Roche” şirkətlər qrupuna daxil olan Amerikanın “Genentech” biotexnologiya şirkətinə aid olub. “Dornaz alfa”nın dünyada ilk bioanaloqu Rusiya şirkəti “Generium” tərəfindən yaradılıb və 2019-cu ilin may ayında qeydiyyata alınıb.

Xatırladaq ki, Türkiyədə 74,193 nəfər COVİD-19-a yoluxub, onlardan 1,643-ü vəfat edib.(Qafqazinfo.az)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər