Sizin Reklam Burada

Məşhur çeçen koronadan dünyasını dəyişdi - Foto

Məşhur çeçen koronadan dünyasını dəyişdi - Foto
Azərbaycanın sərbəst güləş üzrə yığmasının baş məşqçisi Zəlimxan Hüseynovun koronavirusdan dünyasını dəyişdiyi haqda yanlış xəbər yayılıb.

Avrasiya.net xəbər verir ki, bu yanlışlığa səbəb Ukraynadakı Qafqaz Xalqları Konsresinin rəhbəri Paşa Məmmədovun idmançı dostu Zəlimxanın koronavirusdan rəhmətə getdiyi barədə məlumat paylaşması olub.

“Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım koronavirusdan komaya düşərək vəfat etdi. Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlar təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı”, - deyə P.Məmmədov qeyd edib.

Bunun ardınca isə sosial şəbəkə istifadəçiləri dünyasını dəyişən idmançının sərbəst güləş üzrə yığmamızın baş məşqçisi Zəlimxan Hüseynov olduğunu düşünüblər və bu yöndə paylaşım ediblər.

Məlumatı dəqiqləşdirmək üçün P.Məmmədovla əlaqə saxladıqda isə o, saytımıza bildirdi ki, statusu yanlış anlaşılıb:

"Koronavurisdan dünyasını dəyişən şəxs Zəlimxan Hüseynov deyil, İbrahimovdur. O, bir çox məşhur insanın təhlükəsizlik xidmətinə rəhbərlik edib. Avropada təhlükəsizliklə bağlı tanınmış mütəxəssis, xüsusi peşəkar, titullu idmançı idi. Çeçen əsilli idi. Allah rəhmət eləsin!"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər