"Qarabağ" dünya reytinqində üç pillə gerilədi
Dərc olunub:
Bu gün, 10:46
"Qarabağ" klubu dünya reytinqində üç pillə geriləyib.
Avrasiya.net xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
187,5 xalı olan Azərbaycan çempionu 68-ci yerdən 65-ci sıraya düşüb.
"Sabah" (87,25 xal) 276-cı mövqedən 252-yə, "Zirə" (70,5 xal) 387-dən 360-a qalxıb.
"Araz-Naxçıvan" 390-cı pillədən (57,75 xal) 486-cı yerədək geriləyib.
Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 585 xalla liderdir.
