Sizin Reklam Burada

Almaniyada 35 yaşlı azərbaycanlının qətli ilə bağlı detallar məlum olub

Almaniyada 35 yaşlı azərbaycanlının qətli ilə bağlı detallar məlum olub4 iyul, axşam saatlarında, Almaniyanın Greven şəhərində 35 yaşlı azərbaycanlının qətlə yetirilməsi hadisəsinin detalları məlum olub.

Avrasiya.net xəbər verir ki, burədə informasiyanı Almaniyada yaşayan soydaşlarımız ictimailəşdiriblər.
Qeyd olunur ki, hadisədə nə siyasi motiv var, nə də erməni barmağı.

25 yaşlı Əfqanıstan vətəndaşı (C.Ş.) narkotik maddənin təsiri altında Azərbaycan vətəndaşı 35 yaşlı Orxan Fərzəliyevə (Əsl adı Elmirdir, amma Almaniya rəsmilərinə özünü Orxan olaraq təqdim edib) bıcaqla hücum çəkib. Əvvəlcə soydaşımıza boynundan bıçaq zərbəsi vurub. Orxan (Elmir) özünü bayıra ataraq yerə yıxılıb. C.Ş. isə arxasınca gedib onu yerə yıxaraq, 5 dəfə bıçaq zərbəsi endirib.

Orxana kömək etməyə çalışan 43 yaşlı alman qonşu (S.K.) da boynundan və bel nahiyyəsindən bıçaq zərbələri alıb. Hazırda xəstəxanadadır, vəziyyəti ağır olaraq dəyərləndirilir.

Cinayəti törətmiş şəxs küçəyə çıxaraq əli qanlı və bıçaqla "Allahı Əkbər", "La ilahə illəllah", "Bütün xristianları, yəhudilərı öldürəcəyəm".... kimi hədələr yağdırmağa başlayıb. Polis avtomobilinin sirena səsini eşidən kimi yaxınlıqdakı meşəliyə doğru qaçaraq gizlənməyə çalışıb. Onun gecə saatlarında axtarışı üçün xüsusi texnika və helikopter cəlb olunub.

Cinayətkar təslim olsa da, əməlini inkar edib. Cinayət aləti olan bıçağı isə gizlətdiyi üçün hazırda xüsusi xidməti itlərin köməyilə axtarılır. Cinayət İstintaq şöbəsinin rəhbəri Dirk Bommetrin başçılığı ilə hadisənin detalları, faciəyə sürükləyən səbəblər araşdırılır.

2015-ci ildən Almaniyada yaşayan Əfqanıstan vətəndaşı C.Ş.-nin daha öncə də müxtəlif hüquq pozuntuları olub.

Həmyerlimiz Orxan (Elmir) Fərzəliyev haqqında isə ancaq müsbət fikirlər mövcuddur. Həm qonşuları, həm də mütəmadi olaraq təmasda olduğu rəsmi nümayəndələr Orxanın (Elmirin) sakit təbiətli, nəzakətli, ən kiçik kobud hərəkətini belə görmədiklərini və belə mədəni insanın ölümünə kədərləndiklərini deyirlər. Hətta onun xatirəsini yad etmək üçün şəhər bələdiyyəsi kiçik anım tədbiri də keçirməyi düşünür.

Mərhumu morqa aparıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər