Sizin Reklam Burada

Lənkəranda ana əməliyyatdan sonra öldü

Lənkəranda ana əməliyyatdan sonra öldüLənkəranda ana qeysəriyyə əməliyyatından sonra ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə mayın 25-i səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə yerləşdirilib. Axşam saatlarında qeysəriyyə əməliyyatı olunub və qız övladı dünyaya gətirib.

Bir müddət sonra xəstənin vəziyyətində ağırlaşma, nəfəs darlığı yaranıb və F.Yaqubzadə yenidən əməliyyat edilib. Mayın 26-sı səhər saatlarında isə qadın dünyasını dəyişib.

F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.

Qeyd edək ki, F.Yaqubzadənin yeni doğulan körpəsindən başqa 2 övladı da var. O, ikinci övladını da qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər