Sizin Reklam Burada

İki qardaş marşrut sürücülərini bıçaqladı

İki qardaş marşrut sürücülərini bıçaqladı
Şirvan şəhərində iki bıçaqlanma hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1988-ci il təvəllüdlü Vazehi Vüsal Məmmədağa oğlu bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə daxil olub və dərhal əməliyyata götürülüb.

Yaralı əməliyyatdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.

Bundan əvvəl Şirvanda Sabirabad rayonunun Şəhriyar kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Kamran Nizami oğlu da baş nahiyəsindən 3 bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. K.Əliyevin sifət, qulaq seyvanı və boyun nahiyəsinə bıçaq xəsarətləri yetirilib. Əsas damarı zədələndiyindən çoxlu qan itirib, vəziyyəti ağır olduğundan paytaxta yola salınıb.

Hadisəni törətməkdə təqsirləndirilən şəxs, Şirvan sakini, 1988-ci il təvəllüdlü Qasımov Şamil Aslan oğlu saxlanılıb.

O da müəyyən edilib ki, Vüsal Vazehini sonuncunun qardaşı münaqişə baş verən anda bıçaqlayıb. Hadisəni törədən digər qardaşın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, bıçaqlanan şəxslər Şirvan şəhərində 3 saylı marşurut xəttinin sürcüləri olub. Hadisəyə səbəb marşurut xəttinin sonuncu dayanacağında qardaşlar və sürcülər arasında yaranan mübahisə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər