Sizin Reklam Burada

Nərminin qətlində sensasion iz – Hüquqşünas açıqladı

Nərminin qətlində sensasion iz – Hüquqşünas açıqladıTovuzun Dondar Quşçu kəndində ötən il noyabrın 21-də itkin düşən və 5 gün öncə yandırılmış meyiti aşkar edilən 10 yaşlı Nərmin Quliyevanın kim və ya kimlər tərəfindən öldürülməsi ətrafında ciddi müzakirələr gedir. Hüquqşünaslar bu dəhşətli cinayətlə bağlı diqqət edilməli bəzi məqamların olduğunu bildirirlər.

Avrasiya.net xəbər verir ki, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Respublika Prokurorluğunun Nərminin qətli ilə bağlı yaratdığı işçi qrupun atmalı olduğu addımları qeyd edib:

“Hadisə yerində təkər izləri, meyitin sahəyə nə ilə gətirildiyi, cəsədin yandırılmasında hansı yanacaqdan istifadə olunduğu, bu yanacağın hansı qabda saxlanıldığı, yanacaqdoldurma məntəqəsindən kimlərin qabda yanacaq aldığı, qonşulardan kimlərin evlərinə 45 gündür heç kəsi dəvət etmədikləri, rayondakı bütün kamera görüntüləri və s. araşdırılmalıdır”.

Bir çox mütəxəssis isə bu kimi dəhşətli cinayət hadisələrinin efirdə müzakirə edilməsinə qarşıdır. Onlar N.Quliyevanın nənəsinin Xəzər TV-nin “Səni axtarıram” verilişinə müraciətindən sonra mərhumun anası ilə münasibətinin pozulmasına diqqət çəkiblər. Həmçinin dünən dəfn mərasimində iştirak edən jurnalistlər də bu verilişdən sonra ailə daxilində problemlər yaşandığını müşahidə ediblər.

Hüquqşünas Aqil Layıc xüsusi önəm daşıyan bu məsələyə toxunub. O bildirib ki, uşaq itkilərinin TV-lərdə müzakirəyə çıxarılması və ictimailəşdirilməsi yanlış addımdır:

“İtən uşaqların TV-lərdə axtarılması, müzakirəyə çıxarılması əksər hallarda faciəvi sonluqla yekunlaşır. Buraxılacaq insan da məsələnin daha çox ictimailəşməsindən qorxuya düşən cani tərəfindən öldürülə və iz itirilməsi üçün hər şey edilə bilər. Bu, cinayətkar psixologiyasından irəli gəlir. Bunu dəfələrlə real həyatda görmüşük. Birmənalı olaraq TV-lər “istintaq” aparmamalıdır.

Bir məhkəmə prosesində uşaq qatilinə sual verirlər ki, pul qarşılığında girov götürdüyün uşağı niyə öldürdün? Demişdi ki, mən ictimailəşməsini gördükdən sonra iz itirmək üçün bunu etdim, başqa yolum yox idi”.

10 yaşlı Nərminin qaçırıldığı 45 gün ərzində sağ olması, məsələ ictimailəşəndən sonra meyitinin yandırılmış halda aşkarlanması caninin onu olay TV-də işıqlandırıldıqdan sonra öldürməsi ehtimalını gücləndirir.

Hüquqşünas Xalid Bağırovun fikrincə isə qətli törədən şəxs ya peşəkardır, ya da peşəkarlar tərəfindən himayə olunur:

“10 yaşlı Nərminin işində kriminalist işi açıq görünür. Zorakılıq işlərində müqavimət göstərən qurbanın dırnaqları altında cinayətkarın dərisinin parçaları qalır. Dırnaqlar məhz bu məqsədlə tutulub ki, bu izlər yox edilsin. Bədəninin aşağı hissəsinin yandırılması isə bədəndə qalacaq cinsi zorakılıq izlərinin itirilməsi üçün olub. Cinayətin izlərinin itirilməsi və meyitin ortaya çıxarılması ciddi düşünülərək həyata keçirilib”.

Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva 21 noyabr 2019-cu ildə yaşadığı evdən çıxaraq əmisigilə atasının gödəkcəsini götürmək üçün gedib. Ondan sonra 10 yaşlı Nərmini görən olmayıb. 2020-ci il 5 yanvar tarixində N.Quliyevanın yandırılmış meyiti kənd ərazisində aşkarlanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər