17 okt 11:10Gundem

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq etdiErmənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşu ilə qalan torpaqlardan çıxsın. Onsuz da biz onları ordan rədd edəcəyik. Onsuz da onların izi-tozu qalmayacaq. Onsuz da biz onları sonunadək qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Füzulini təslim etmək istəmirdi, halbuki bilirdi ki, onu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. İndi Cəbrayıl istiqamətində də dünən və srağagün və bu gecə uğurlu əməliyyatlar keçirilib. Strateji yüksəkliklər götürülüb. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq”, - ölkə başçısı bildirib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.