Hindistan Pakistana başsağlığı verib

Hindistan Pakistana başsağlığı veribHindistan Xarici İşlər Nazirliyi Pakistandakı partlayışla əlaqəsi olduğu iddialarını təkzib edib.

Bu barədə nazirliyin açıqlamasında bildirilib.

Qeyd edilib ki, İslamabaddakı məsciddə baş verən partlayış pislənilir və Hindistan başsağlığı verir.

Nazirlik vurğulayıb ki, "Pakistanın ölkənin sosial strukturunu sarsıdan problemləri ciddi şəkildə həll etmək əvəzinə, öz daxili bəlalarına görə başqalarını günahlandıraraq özünü aldatmağa üstünlük verməsi təəssüf doğurur. Hindistan əsassız olduğu qədər də mənasız olan bu cür ittihamları rədd edir".

Qeyd edək ki, Pakistanda məsciddə partlayış nəticəsində 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər