"ABŞ dünyanın ən güclü ölkəsidir"

ABŞ Prezidenti Donald Tramp dünyada nüvə müharibələrinin qarşısını aldığını iddia edib.

O, bu barədə “Truth Social”da yazıb.

Ağ Ev rəhbəri ABŞ və Rusiya arasında Strateji Silahların Azaldılması Müqaviləsinin uzadılmasına qarşı çıxıb:

"ABŞ dünyanın ən güclü ölkəsidir. Birinci prezidentlik müddətimdə yeni və bir çox modernləşdirilmiş nüvə silahları da daxil olmaqla, ordumuzu tamamilə yenidən qurdum".

Tramp əlavə edib ki, o, kosmik qüvvələri yaradıb və ABŞ ordusunu "dünyanın heç vaxt görmədiyi səviyyələrə" qədər gücləndirməyə davam edir:

“Hətta İkinci Dünya müharibəsi zamanı dənizlərdə üzənlərdən 100 dəfə daha güclü olan döyüş gəmilərini – “Ayova”, “Missuri”, “Alabama” və digərlərini də əlavə edirik. Mən Pakistan və Hindistan, İran və İsrail, Rusiya və Ukrayna arasında nüvə müharibələri eskalasiyasını dayandırdım”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər