Əbu-Dabidən verilən mesaj: Cənubi Qafqaz yeni reallığa daxil olur

"Əbu-Dabidə Prezident İlham Əliyevə təqdim olunan “Zayed İnsan Qardaşlığı Mükafatı” sadəcə protokol xarakterli bir tədbir deyil. Bu mükafat Cənubi Qafqazın tarixində yeni mərhələnin mərkəzində sülhün dayandığı bir dövrün beynəlxalq səviyyədə tanınmasının rəmzidir".

Bu fikirləri Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, mükafat Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayed bin Sultan Al Nəhyanın xatirəsinə təsis edilib və humanizmə, mədəniyyətlərarası dialoqa, xalqlar arasında qarşılıqlı anlaşma və sülhün möhkəmləndirilməsinə real töhfə verən dövlət rəhbərlərinə, təşkilatlara və təşəbbüslərə təqdim olunur. Təltifetmə mərasimi hər il 4 fevral tarixində Beynəlxalq İnsan Qardaşlığı Günündə Əbu Dabidə keçirilir. Bu mükafat indiyədək müxtəlif ölkələrin liderlərinə, beynəlxalq təşkilatlara və ictimai xadimlərə təqdim olunub. Onların hamısını bir məqsəd birləşdirib: münaqişələrin aradan qaldırılması, tolerantlığın təşviqi və qlobal həmrəyliyin gücləndirilməsi.

Deputatın sözlərinə görə, bu il mükafatın təqdim olunması xüsusi siyasi və simvolik məna daşıyır. Qərara əsasən, mükafat Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana verilib. Bu, uzun illər davam edən qarşıdurmadan sonra Azərbaycan və Ermənistan arasında sülh prosesinin tarixi əhəmiyyətinin beynəlxalq səviyyədə tanınması kimi qiymətləndirilir. Əslində, burada söhbət təkcə fərdi mükafatdan getmir. Bu, bütövlükdə sülh kursuna verilən dəyərdir. Bu, beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesajdır: Cənubi Qafqaz yeni reallığa daxil olur - dialoqun qarşıdurmanı tədricən əvəz etdiyi bir mərhələyə.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev mükafatı Azərbaycanın sülh naminə göstərdiyi səylərin qiymətləndirilməsi kimi qəbul etdiyini bildirib. Dövlət başçısı Azərbaycanın 30 ildən artıq müddətdə müharibə şəraitində yaşadığını xatırladaraq vurğulayıb: “Biz 30 ildən artıq müharibə şəraitində olduq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq və biz sülh şəraitində yaşamağı öyrənirik.”

Deputat hesab edir ki, dövlətimizin başçısının bu fikirləri hazırkı proseslərin mahiyyətini dəqiq ifadə edir. Sülh birdəfəlik qərar deyil, davamlı prosesdir. Bu, siyasi iradə, praktiki addımlar, müntəzəm təmaslar, birbaşa dialoq və qarşılıqlı etimadın mərhələli şəkildə bərpasıdır.

"“Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı praqmatik modelə də beynəlxalq qiymət kimi dəyərləndirilə bilər. Bu model suverenlik, qarşılıqlı hörmət və regional əməkdaşlıq prinsiplərinə əsaslanır" - deyən Sevinc Fətəliyeva əlavə edib ki, mükafatın məhz Əbu-Dabidə təqdim edilməsi Azərbaycanın qlobal sülh gündəmində artan rolunu da göstərir. Yəni, Bakı artıq təkcə regional deyil, həm də beynəlxalq miqyasda dialoq təşviq edən, müxtəlif siyasi və sivilizasiya məkanlarını birləşdirən mühüm aktor kimi qəbul olunur.

"Mahiyyət etibarilə, bu mükafat Azərbaycanın seçdiyi yolun sülh, bərpa və quruculuq yolunun regional çərçivələri aşaraq qlobal məna kəsb etdiyini təsdiqləyir. Bu gün biz nadir bir məqama şahidlik edirik: diplomatik səylər təkcə siyasi deyil, həm də mənəvi qiymət alır. Bu isə bir daha göstərir ki, davamlı sülh liderlərin məsuliyyətindən başlayır və cəmiyyətlərin yeni reallıqda yaşamağı öyrənməsi ilə möhkəmlənir"-deyə deputat vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər