Bakı-İrəvan əməkdaşlığı yeni mərhələsi: Etimad mühiti

Fevralın 4-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş Naziri N. Paşinyan arasındakı görüş ölkəmizin və onun başçısının regionda sabit sülhə və təhlükəsizliyə nail olmaq siyasətinə sadiq qaldığını bir daha təsdiq etdi. Eyni zamanda Ermənistanın hazırkı hakimiyyətinin də bu siyasəti artıq qəbul etdiyinin göstəricisi oldu.
Azərbaycan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbə çalaraq, torpaqlarımızı işğaldan azad etdi.

Azad olunmuş rayonlarda dinc quruculuq işlərinə başlamaqla yanaşı regionda qalıcı sülhə və təhlükəsizlik mühitinin yaradılması üçün ardıcıl siyasət yeritdi, təxminən 30 il davam etmiş münaqişənin silahlı müharibə mərhələsindən siyasi və diplomatik müstəviyə keçirilməsinə nail oldu. Azərbaycan bu gün də Cənubi Qafqazda qalıcı sülhün və təhlükəsizlik mühitinin yaradılması üçün ardıcıl və prinsipial fəaliyyətini davam etdirir.

İşğal dövründə Ermənistan və onun əlaltısı olan seperatçı qondarma rejim tərəfindən Azərbaycan xalqına və dövlətinə qarşı törədilmiş insanlıq əleyhinə və müharibə cinayətləri-soyqırım, etnik təmizləmə, ekosid, mülki əhalinin yaşadığı yerlərdən qovulması, kütləvi şəkildə öldürülməsi, yaşayış məskənlərinin dağıdılması və sair bu kimi beynəlxalq xarakterli cinayət əməlləri kontekstində Azərbaycanın və Prezident İlham Əliyevin bu siyasəti və sistemli fəaliyyəti Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi, regionun hərtərəfli inkişafına şərait yaradılması istiqamətində tarixi şans kimi qiymətləndirilməlidir.

Ermənistan hakimiyyəti uzun müddət sülh müqaviləsi barədə müzakirələrə maraq göstərməsə də prezident İlham Əliyevin qətiyyətli iradəsi qarşısında geri çəkilməyə məcbur oldu.

Azərbaycanla Ermənistan arasında faktiki olaraq sülh əldə olunsa da, sülh müqaviləsinin layihəsi paraflansa da Ermənistan hələ də müqavilənin imzalanmasına mane olan halları aradan qaldırmağa tələsmir. Söhbət ilk növbədə Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı müddəaların çıxarılmasından gedir. Azərbaycan tərəfi isə bütün mümkün maneələri artıq aradan qaldırıb. Ermənistanla kommunikasiya əlaqələrini bərpa edilib, iqtisadi əlaqələrə başlanılıb, üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilir, ikitərəfli ticarət münasibətləri başlayıb Azərbaycandan Ermənistana neft məhsullarının ixrac edilir.

Əbu-Dabi görüşündə Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin iki ölkə arasında sülhün və sabitliyin daha da möhkəmləndirilməsi istiqamətində səyləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqləmələri, ikitərəfli normallaşma prosesinə dəstək məqsədilə təmasları davam etdirmək barədə razılığa gəlmələri son nəticədə regionda tezliklə qalıcı sülhə nail olunması istiqamətində qarşılıqlı etimadın artırılması və bu sülhə mane olan məsələlərin həlli baxımından əhəmiyyətlidir.

Qulamhüseyn Əlibəyli
Sabiq millət vəkili, BDU-nun Konstitusiya hüququ kafedrasının baş müəllimi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər