43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb

Dövlət Sərhəd Xidməti (DSX) Mərkəzi Aparatının sabiq rəhbəri general-leytenant Babək Qurbanov təqaüdə göndərilib.

43 yaşlı general öz istəyi ilə xidmətdən ayrılıb.

B.Qurbanov İkinci Qarabağ müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra o, bir sıra orden və medallarla təltif edilib, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb. Onun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Polkovnik B.Qurbanov Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə davam edir.

Xatırladaq ki, general-leytenant bu yaxınlarda DSX Mərkəzi Aparatının rəhbəri vəzifəsindən çıxarılıb. Dünən məlumat verdiyimiz kimi artıq həmin vəzifəyə general-mayor Faiq Məmmədov təyin edilib.(“Qafqazinfo”)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər