Futbol matçından sonra atışma: 11 nəfər öldü
Dərc olunub:
Bu gün, 12:34
Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində futbol matçından sonra meydançada atışma olub.
Bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, stadionda matçdan sonra bir qrup silahlı şəxs 11 nəfəri öldürüb, 12 nəfəri yaralayıb.
Hadisənin səbəbləri və hücum edənlərin kimliyi ilə bağlı araşdırmalar aparılır
