Sizin Reklam Burada

"Pelosinin bütün fikirləri böhtan və qarayaxmadan ibarətdir"

"Pelosinin bütün fikirləri böhtan və qarayaxmadan ibarətdir"O‚ Azərbaycanın ünvanına bu cür yalan və böhtan xarakterli danışmaqla‚ yüksək ABŞ rəsmisi kimi yox‚ ermənilərin hüquqlarının müdafiəçisi və erməni diasporunun nümayəndəsi kimi hərəkət etmiş oldu..
Nensi Pelosinin xalqlararası münasibətlərə zərbə vuracaq bu addımı ABŞ-ın özünə xəyanətdir və Amerikanın xarici siyasətinə kölgə salmaqdır..

Bunu‚ ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistanda Azərbaycanın ünvanına səsləndirdiyi qərəzli və böhtan xarakterli bəyənatlarından danışarkən siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib.

M. Məmmədov əlavə edib ki‚ ABŞ Konqresinin Aşağı‚ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin işğalçı və terrorist Ermənistandan Azərbaycanın ünvanın səsləndirdiyi bəyanatlar Pelosinin şəxsi hisslərinin və emosional duyğularının məhsuludur. Nensi Pelosinin Azərbaycana dair səsləndirdiyi bütün fikir və ifadələri qərəz‚ böhtan və qarayaxmadan ibarətdir.

Nensi Pelosinin qərəzli çıxışları münasibətlərə zərbədir və rəsmi protokol qaydalarına zidd və əks addımdır. Nensi açıq aşkar emosional davranaraq rəsmi protokol qaydalarından kənara çıxdı. O‚ Ermənistanda kənar və neytral bir ölkənin rəsmisi kimi yox‚ bir erməni kimi çıxış etdi. Pelosi‚ yüksək ABŞ rəsmisi kimi neytral mövqedən‚ tərəfsiz çıxış etməli olan və buna borclu olan ABŞ rəsmisi kimi yox‚ sanki erməni diaspora təşkilatlarının rəhbəri kimi danışdı. Sanki öz təmsil etdiyi dövlətin yox‚ məhz yalnız ermənistanın müqəddəratını və erməni maraqlarını öz çiyinlərində daşımalı olan bir erməni kimi diasporası olaraq çıxış etdi. Pelosi bu emosional çıxışları ilə birmənalı olaraq ermənidən daha çox ermənilik etməyə çalışdı. O‚ Yerəvandakı qondarma və uydurma saxta soyqırım abidəsində son dərəcə emosional və hissi davranaraq bir ermənidən daha artıq şəkildə ağlayaraq şou göstərdi.

Pelosinin bu qeyri-adi emosional‚ hissi davranışları və ermənidən daha artıq ermənilik etməsi‚ hadisələrə və baş verənlərə erməni soyunun mənsubu kimi yanaşması və bir erməni kimi davranış sərgiləməsi ABŞ kimi bir ölkənin imicinə xələl gətirəcək addımdır. Amerika kimi bir ölkənin mühüm qanunverici orqanının yüksək ranqlı bir rəsmisinin nəhəng dövlətin xarici siyasətinə öz şəxsi hisslərini və emosiyalarını‚ habelə şəxsi təəssübkeşliyini və özünün ermənisevərliyini və ya erməniliyini qatması elə ən birinci ABŞ-ın imicinə‚ nüfuzuna və dövlət maraqlarına xəyanət halıdır. Nensi kimi‚ "gününü görüb‚ dövranını sürmüş" birinin nəhəng bir dövlətin gələcək imicinə kölgə salması ABŞ-ı idarə edən siyasətçilər‚ ideoloqları və strateqləri tərəfindən əks reaksiya ilə qarşılanmalıdır. Çünki‚ əvvəla Nensi ABŞ kimi dünyanın super dövlətini Ermənistan kimi cılız və sayılmaz bir dövlətin səviyyəsinə endirdi. Yəni ABŞ-ın idarə etmə siyasətindəki neytrallıq prinsipini pozmağa çalışdı.

Adətən mahiyyəti üzrə yüksək ABŞ rəsmiləri bölgəyə səfər edərkən neytrallıq prinsipini qorumalı‚ Ermənistandan sonra Azərbaycana səfər etməli və hər iki ölkədə obyektiv və qərəzsiz ifadələr səsləndirməli və sadəcə sülh çağırışları etməli idi. Məhz bucür olmalı idi ABŞ-ın siyasəti və bölgədə baş verənlərə nəzəri baxışı. Amma və lakin Pelosinin Ermənistandan Azərbaycanın ünvanına yalan‚ böhtan dolu qərəzli bəyanatlar səsləndirməsi‚ baş verən erməni təxribatlarının əksinə olaraq Azərbaycanı günahlandırması‚ Azərbaycanı riyakarcasına Ermənistana hücum etməkdə suçlaması ermənidən daha artıq ermənilik etməkdir. Bu qərəzli bəyanatlar‚ suçlamalar və təhdid və hədələmələr yüksək vəzifəli ABŞ rəsmisinin edəcəyi çıxışlar deyildi.

Nensi Pelosi hər hansı soyqırımdan danışırsa‚ ilk öncə‚ yaxın keçmişdə‚ 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən və misli görünməyən vəhşət və soyqırım haqqında danışmalıdır. 100 il əvvələ aid olan və heçbir dəlil və sübutu olmayan qondarma və uydurma erməni soyqırımı abidəsi önündə göz yaşı tökərək Azərbaycan və Türkiyəni suçlaması‚ Azərbaycanı riyakarcasına və yalandan Ermənistan sərhədinə hücum etməkdə günahlandırması ABŞ kimi bir ölkənin rəsmisinə yaraşmayan və ABŞ-ın beynəlxalq nüfuzuna və imicinə sığmayan bir hərəkətdir. Görünür ki‚ Pelosi bu emosional çıxışı ilə vəzifə səıahiyyətlərindən süi-istifadə etməklə və vəzifə səlahiyyətlərini aşmaqla əslində Noyabr ayında ABŞ-da Konqresin Aşağı palatasına keçiriləcək seçkilərdə birmənalı olaraq erməni lobbisinin dəstəyini qazanmağı hədəfləyib.

Adəti üsrə Amerika siyasətçiləri hər seçki öncəsi erməni lobbisinin dəstəyini almaq üçün‚ qondarma və uydurma erməni soyqrımından bəhs edərlər və ermənistana dəstək bəyanatları səsləndirərlər. Nensinin də Yerəvandakı məlum emosional və hissi xarakterli çıxışları‚ anti-Azərbaycan bəyənatları‚ Azərbaycanı Ermənistana hücum etməkdə suçlaması birmənalı olaraq‚ ABŞ-da noyabr ayında Konqresin Nümayəndələr Palatasına keçiriləcək seçkilərdə erməni lobbisinin dəstəyini qazanmaq üçündü. Nensi Pelosinin fikirləri qətiyyən Amerika dövlətinin rəsmi mövqeyi ola bilməz. Çünki‚ əvvəla Nensi Pelosi ABŞ-ın Xarici siyasətini və təhlükəsizlik maraqlarını bilavasitə müəyyənləşdirən şəxs deyil. Nümayənldələr Palatası da belə bir qurum deyil. Pelosi bu emosional addımları ilə sürətlə xarici siyasətə qarışmağa təşəbbüs göstərir. Hazırda Bayden Adminstrasiyası ilə Pelosi arasında ciddi fikir ayrılığı mövcuddur. Bu səbəbdən Pelosinin çıxışı Amerika dövlətinin rəsmi mövqeyi deyil. Hazırda Pelosinin Yerəvana səfərini də Amerika dövləti maliyyələşdirməyib.

Nensi Pelosinin Ermənistana səfərini birbaba erməni lobbisi maliyyələşdirib və Yerəvandakı o emosional ermənipərəstliyin‚ Azərbaycanın ünvanına səsləndirilən yalan və böhtan dolu ittihamlar‚ ağır suçlamalar‚ qərəzli fikirlər Amerika dövlətinin rəsmi mövqeyi və siyasəti deyil‚ birbaşa erməni lobbisinin sifarişidir və bu səfər üçün erməni lobbisi tərəfindən yüz milyonlar sərf olunub. Pelosinin Ermənistana bu emosional səfərinin və Yerəvanda Azərbaycan əleyhinə sərt və kəskin anti-Azərbaycan xarakterli çıxışını məhz erməni lobbisi planlayıb. Səfərin bütün hərəkət trayektoriyası və senarisi erməni lobbisi tərəfindən tərtib edilib.

Nensi Pelosi isə sadəcə bir aktyor və ya aktrisa kimi‚ yüz milyonlar qarşılığında ona verilən rolu yüksək səviyyədə oynamağa çalışdı. Pelosi Yerəvana müstəqil vəzifəli şəxs kimi səfər edib. Bütün çıxışlarını və bəyənatlarını da müstəqil şəkildə özü edib. Amma və lakin yenə bu qərəzli anti-Azərbaycan bəyənatları Amerika dövlətinin ayağına yazıldı. ABŞ-ın idarə edən və xarici siyasətini müəyyən edən strateqlər və ideoloqlar Nensinin bu qərəzli addımlarını tarazlayacaq xarici siyasət yeritməlidirlər.

Nensi Pelosi bu qərəzli çıxışları ilə ABŞ və Azərbaycan arasındakı dostluq münasibətlərini qəsdən və məqsədli şəkildə pozmağa və münasibətləri düşmənçilik həddinə çatırmağa çalışdı. Bu‚ xalqlarası münasibətə öldürücü zərbə vura bilər. Bu isə ABŞ-ın milli‚ strateji maraqlarına və xarici siyasətinə zidd və əks haldır. Amerika və Azərbaycan arasında onilliklərə söykənən dostluq münasibətləri və güclü siyasi-iqtisadi əlaqələr mövcuddur.

Nensi Pelosi isə bütün bunlara zərbə endirməyə‚ hər iki ölkə və xalq arasındakı dostluq münasibətlərini pozmağa çalışır. Bu isə ancaq erməni lobbisinin istəyidir və ancaq məhz Ermənista sərf edən‚ erməni maraqlarına cavab verən addımdır. 2015-ci ilin Dekabrında ABŞ-da kifayət qədər güclü bir rəsmi təşkilat olan Helsinki Komissiyasının rəhbəri Kristofer Smitin rəhbərliyi ilə Azərbaycan əleyhinə qətnamə hazırlanaraq ABŞ Konqresinə verilmişdir.

Amma və lakin o zaman ABŞ-ın xarici siyasətini müəyyən edən şəxslər və ideloqlar əlaqələrə xələl gəlməməsi üçün‚ Kristofer Smitin tərtib etdiyi həmin qərəzli anti-Azərbaycan xarakterli qətnaməni gündəlikdən çıxartdılar. Odur ki‚ indi də Amerikanın xarici siyasətini müəyyənləşdirən güclər və ideoloqlar ABŞ və Azərbaycan münasibətlərinin pozulmaması üçün‚ məhz erməni lobbisinin sifarişləri ilə anti-Azərbaycan xarakterli çağırışlarına reaksiya verilməməli və hətta qabaqlayıcı tədbirlər görməlidir. Nensi Pelosi də‚ ABŞ dövləti də çox yaxşı bilir ki‚ Azərbaycan heç vaxt Ermənistana hücum etməyib və belə bir iddianı yalnız erməni lobbisi və Ermənistan dövləti qondarma bir tezis olaraq gündəmə gətirib. Azərbaycan nəinki başqa dövlətin sərhədinə hücum edən‚ hətta öz ərazisi işğala məruz qalan ölkədir. Pelosinin göz yaşı tökdüyü ermənilər tarixin ən qanlı qətliamı olan Xocalı soyqırımını törədiblər‚ 30 il boyu 20 faiz Azərbaycan torpaqlarını işğalda sazlayıblar. 1 milyondan artıq soydaşımız öz doğma el-obasından qaçqın və köçkün düşüb‚ bu gün də ermənilərin basdırdığı minalar səbəbilə insanlar öz evinə qayıda bilmir. Ermənilər bu qədər ağır cinayətlər törədiblər. Nensi Pelosi əgər demokratiya və insan haqqlarından danışırsa‚ birinci bu faktları səsləndirməlidir.

Ümid edirik ki‚ ABŞ-ın idarə edilməsində iştirak edən‚ xarici siyasətini müəyyən edənlər Pelosinin bu qərəzli çıxışlarına qarşı hər hansı tarazlıyıcı addım atacaqlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər