Sizin Reklam Burada

ABŞ-da şəhid jurnalistlərin xatirəsi anılıb

ABŞ-da şəhid jurnalistlərin xatirəsi anılıbABŞ-ın Şimali Karolina ştatında iyunun 4-də Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək şəhid olan AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi yad edilib.

“Report”un yerli bürosunun xəbər verir ki, ştatın Raleigh şəhərinin mərkəzində, Kapitol binasının yaxınlığında yerləşən “Moore Square Park”ında baş tutan anım mərasimində qəhrəman jurnalistlərin, habelə Ermənistanın işğalçılıq siyasətindən bəhs edən fotoşəkillərdən ibarət sərgi açılıb.

Anım mərasimində Şimali Karolina ştatında yaşayan azərbaycanlılar və yerli ictimayyət nümayəndələri iştirak ediblər.

“Azərbaycan Dostluq Təşkilatı”nın rəhbəri, informasiya texnologiyaları üzrə elmlər doktoru Adika İqbalın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan anım mərasimində şəhid jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Onların fotolarının önünə üç rəngli Azərbaycan bayrağı və qərənfillər qoyulub, şamlar yandırıb.

Anım mərasimi yerli əhalinin diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşıb baş verənlər haqqında məlumatlar alıblar. Həmvətənlərimiz öz növbəsində Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının minalanmış xəritələrini təhvil verməməsi ilə mülki əhali ölümə tərk ediyini bildiriblər.

Gün ərzində şəhər polisinin nəzarəti ilə keçirilən sərgi yerli medianın da gündəmi olub. Onlar şəhid jurnalistlərimiz haqqında xəbərlər yayımlayıblar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər