Sizin Reklam Burada

Qiyamçılar paytaxtı mühasirəyə aldı

Qiyamçılar paytaxtı mühasirəyə aldıMərkəzi Afrika Respublikasında üsyançı qruplaşmaların paytaxt Bangiyə hücumu ilə bağlı fövqəladə vəziyyət rejimi tətbiq olunub.

BBC xəbər verir ki, hökumət nümayəndəsinin sözlərinə görə, rejim 15 gün qüvvədə olacaq və hərbi qulluqçulara məhkəmə sanksiyaları olmadan həbslər aparmaq imkanı verəcək.

Ölkə ərazisinin təxminən üçdəiki hissəsinə nəzarət edən üsyançılar paytaxtı mühasirəyə alıb. Ordu və BMT-nin sülhməramlı qüvvələri bu hücumu dayandırmağa çalışırlar.

Qiyamçılar prezident Fosten-Arkanj Tuaderanın yenidən bu posta seçilməsinin qanuni olması ilə razılaşmırlar. Ölkə hakimiyyəti isə öz növbəsində zorakılığı qızışdırmaqda sabiq dövlət başçısı Fransua Bozizeni ittiham edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər