Sizin Reklam Burada

Qəbilə üzvləri PKK-ya divan tutdu

Qəbilə üzvləri PKK-ya divan tutduSuriyada PKK/YPG terrorçuları ilə yerli qəbilələr arasında silahlı qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, PKK/YPG Bakkara qəbiləsinin üzvü olan Deyr əz-Zor Hərbi Şurasının sədr müavini Xəlil əl-Vəhşi tutmaq istəyib. Qəbilə gücləri buna qarşı çıxıb və qarşıdurma yaşanıb.

Məlumata görə, sədr müavininin yaşadığı kəndə hücum edən terrorçular müqavimətlə üzləşiblər. Qəbilə qüvvələri həm bölgədəki PKK/YPG silahlılarını, həm də əlavə kömək kimi göndərilən koalisiya tərəfindən xüsusi təlim almış terrorçuları geri çəkilməyə məcbur edib.

Bölgədəki digər qəbilələr də terrorçulara qarşı 1000 nəfərlik ordu göndərib.

Qarşıdurma zamanı Cədid Bakara, Birəhiyə və Əl-Dəhlə kəndləri, həmçinin Əl-Biseyrə qəsəbəsi terrorçulardan geri alınıb.

Eyni zamanda, PKK/YPG-nin 5 qərargahı ilə silah anbarları ələ keçirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər