Sizin Reklam Burada

Livandan son məlumat: ordu iğtişaşları yatırdı...

Livandan son məlumat: ordu iğtişaşları yatırdı... Beyrutda hökumət əleyhinə keçirilən aksiyada etirazçılar Livan Xarici İşlər Nazirliyinin binasına hücum edib.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları nazirliyin binasına daxil olub.

Qırmızı Xaç Cəmiyyətinin Livan ofisi Tvitter səhifəsində aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 110-a yaxın insanın yaralandığını qeyd edib.

Bundan əlavə, etirazçıların parlament binasını da ələ keçirdiyi barədə məlumat yayılıb.

***

Nümayiş zamanı bir təhlükəsizlik işçisi odlu silahla vurularaq öldürülüb.

Bu barədə "Əl-Hadat" telekanalı məlumat yayıb.

Bildirilib ki, daha bir neçə nəfər güllə yarası alıb.

***

MTV kanalının məlumatına görə, aksiya iştirakçıları Livan İqtisadiyyat Nazirliyinə hücum ediblər.

Həmçinin etirazçıların Energetika və Ətraf Mühit Nazirliyinə də hücum etdiyi vurğulanıb.

Aksiya zamanı yaralıların sayının 172-yə çatdığı bildirilib. Onlardan 55 nəfəri xəstəxanaya yerləşdirilib, 117-ə isə yerindəcə tibbi yardım göstərilib.

Livan parlamentinin təhülkəsizlik qüvvələri isə Beyrutdakı aksiya zamanı etirazçılara atəş açılması barədə yayılan məlumatları təkzib edib.

***

Beyrutda keçirilən ehtiraz aksiyası nəticəsində zərərçəkənlərin sayı 230-u keçib.

Bu barədə Livan Qırmızı Xaç Cəmiyyəti məlumat verib.

Məlumata əsasən, aksiya iştirakçıları prezidentin, parlament spikerinin və baş nazirin istefasını tələb edirlər:

"Livan Prezidenti Mişel Aunun, parlament spikeri Nabih Berr və Baş nazir Həsən Diyabın istefasını tələb edirik", - etirazçılardan biri deyib.

***

Etirazçılar nazirliklərin binalarına daxil olaraq sənədləri məhv edib.

Bu məlumatı Əl-Mayadin telekanalı yayıb.

Məlumat verilir ki, nazirlikərə hücum edən etirazçılar ilk növbədə sənədləri məhv edirlər. Bu da 1992-ci ildən bəri korrupsiya ilə əlaqəli sənədləri aradan qaldırmaq üçün bir plan ola bilər.

***

Avqustun 8-də günorta saatlarında Beyrutda başlayan iğtişaşların qarşısı alınıb.

Livan ordusu nümayişçiləri Xarici İşlər və İqtisadiyyat nazirliklərinin binalarının qarşısından uzaqlaşdırıb. Hazırda paytaxtın Şəhidlər meydanında sabitlik hökm sürür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər