Sizin Reklam Burada

Baş nazir prezidentin xanımını həbs etdirdi

Baş nazir prezidentin xanımını həbs etdirdiAlbaniya Prezidentinin xanımı Monika Krimadi paytaxtın önəmli tikililərindən birinin - Xalq Teatrının sökülməsinə etiraz olaraq Tiranada keçirilən aksiyada həbs edilib.

Avrasiya.net Teleqraf.com-a istinadən xəbər verir ki, bazar günü səhər paytaxt sakinləri teatrın sökülməsinə qarşı çıxaraq, binanı mühasirəyə alıblar. Nümayişçilər arasında Albaniya Prezidentinin həyat yoldaşı, parlament üzvü və Sosialist Partiyasının lideri Monika Krimadi də olub. Aksiya iştirakçılarını dəstəkləyən Monika Krimadi prokurorluğa müraciət edərək, vətəndaşlara mane olan polis işçilərini həbs etməyi tələb edib. Daha sonra Krimadi başda olmaqla bir neçə nümayişçi saxlanılıb. Qalan etirazçılar isə hakimiyyət orqanlarına mane ola bilməyib və teatr binası bazar günü səhər tezdən dağıdılıb.

Məlumata görə, Monika Krimadi artıq sərbəst buraxılıb. Onun əri, Prezident İlir Meta binanın sökülməsini şərh edərək, hadisəni "bağışlanmaz cinayət" adlandırıb.

Qeyd edək ki, 2018-ci ildə ölkənin Baş naziri Edy Rama çox xərc tələb etməsi səbəbindən 1939-cu ildə tikilmiş teatrın sökülməsinə qərar verib. Rama abidənin yerində yeni bir teatr qurmaq niyyətindədir. Baş nazirin söküntü ilə bağlı qərarı binanın tarixi dəyərini yüksək qiymətləndirən paytaxt sakinlərinin narazılığa səbəb olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər