Müşavirindən Trampa korona xəbərdarlığı – Şok arayış
Dərc olunub:
7-04-2020, 10:20
Ağ Ev yanında Ticarət üzrə Milli Şuranın rəhbəri Piter Navarro yanvarın sonunda Prezident Donald Trampı koronavirusun yayılmasının ciddi nəticələrə gətirib çıxaracağı ilə bağlı xəbərdar edib, lakin ABŞ lideri bununla bağlı aktiv tədbirləri daha gec görüb.
Axar.az xəbər verir ki, bu məlumatı “Nyu York Tayms” qəzeti yayıb.
Qəzet Navarronun 29 yanvar tarixində Trampa təqdim etdiyi arayışda koronavirusun ABŞ-a trilyonlarla dollara başa gələcəyi yazıb. Navarro ABŞ-da yarım milyona yaxın insanın ölə biləcəyini də iddia edib.