Avropa Parlamenti SEPAH-ı terror qruplaşma kimi TANIDIAvropa Parlamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror qruplaşması kimi tanınmasını tələb edən qətnaməni qəbul edib.

Bu barədə qurumun saytında məlumat yer alıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Silahlı Qüvvələri, Bəsic Könüllü Qüvvələri və SEPAH Qüds Qüvvələri "qara siyahı"ya daxil olunub.

Parlament Avropa İttifaqını sanksiyalar siyahılarını İslam İnqilabının lideri Ayətullah Əli Xamenei, Prezident İbrahim Rəisi, baş prokuror Məhəmməd Cəfər Montazeri və İran parlamentinin 227 deputatı da daxil olmaqla, bir çox fiziki və qurumları əhatə edəcək şəkildə genişləndirməyə çağırıb.

Bildirilib ki, İnqilab Keşikçiləri Korpusunun üzvlərinə və ya filiallarına Avropa ərazisində hər hansı iqtisadi və maliyyə fəaliyyətini həyata keçirmək qadağan olunacaq.

Qətnamədə Avropa Parlamenti Böyük Britaniyanın SEPAH-ı terror təşkilatları siyahısına daxil etməyə hazırlığını alqışlayıb və bütün həmfikir ölkələri də bunu etməyə çağırıb.
Vasif Talıbovun oğlu15 yaşında universitetə giribNaxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra medianın bir nömrəli personasına çevrilib. Yerli mətbuatda hər gün Vasif Talıbov və onun övladları Seymur Talıbovla Rza Talıbov haqqında yeni faktlar dərc olunur.

Avrasiya.net xəbər verir ki, Qaynarinfo.az-a da Seymur Talıbov haqqında maraqlı məlumat daxil olub. Bildirilir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.

Məlum olub ki, Seymur Talıbovun rəsmi tərcümeyi-halında, eyni zamanda onunla bağlı anket məlumatlarında da 2003-cü BDU-ya qəbul olunduğu qeyd edilib.

Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.
Azərbaycan və Hindistan tekstil şirkətlərinin nümayəndələri görüşüblərHindistanın Bakıdakı Səfirliyi, Texprocil və Founder Klub ilə birlikdə 19 yanvar 2023-cü il tarixində Azərbaycan və Hindistan tekstil şirkətlərinin nümayəndələrinin iştirakı ilə hibrid rejim tekstil sektoru üzrə Hindistan-Azərbaycan Biznes Görüşü təşkil edib. 20-yə yaxın Azərbaycan şirkəti tədbirdə fiziki rejimdə iştirak etmək üçün JW Marriott Absheron Baku-da toplaşıb, hindistanlı həmkarları isə virtual rejimdə tədbirə qatılıblar.

1954-cü ildə yaradılan Pambıq Məhsulları İxracının Təşviqi Şurası və ya Texprocil pambıq tekstil sənayesinin beynəlxalq siması olub, Hindistan şikətlərinin bütün dünyaya pambıq məhsulları ixracını asanlaşdırır.

Hindistanın Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Vinay Kumar açılış nitqində Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu vurğuladı. O, Hindistan tekstil məhsullarının və geyimlərinin dünyanın bir çox yerlərində olduğu kimi Azərbaycanda da həm yerli sahibkarlar, həm də digər qlobal françayzinqlər tərəfindən satışı vasitəsilə artıq yaxşı tanındığını xatırladıb və Hindistanın Azərbaycanda bu sektordakı bazar payının artırılması üçün böyük potensialın olduğunu vurğulayıb. O, həmçinin iştirakçıların nəzərinə çatdırıb ki, müxtəlif sektorlar üzrə Hindistan şirkətləri barədə daha ətraflı məlumatı www.indianbusinessportal.in portalından əldə etmək olar.

Tədbirdə əsas məruzə ilə çıxış edən Texprocil şirkətinin icraçı direktoru Dr Siddhartha Rajaqopal bu işgüzar görüşün Hindistan şirkətləri üçün Azərbaycan bazarı haqqında daha çox məlumat əldə etmək və bu bazara çıxış üçün faydalı bir platforma olduğunu bildirib. O, həmçinin Texprocil-in 22 və 23 mart 2023-cü il tarixlərində Yeni Dehlidəki Leela Ambience Convention otelində “Ind-Texpo” sərgisini təşkil edəcəyi barədə bəlumat verib. "Ind-Texpo" Sərgisi Texprocil-in ən önəmli tədbiri olub, idxalçılar və ixracatçılar arasında ikitərəfli görüş formatında təşkil olunacaq.

Azərbaycanlı iş adamlarının Hindistanda keçiriləcək sərgidə iştirak etməsi və Hindistanlı təchizatçılarla iş görmək imkanı əldə etməsi üçün Texprocil seçilmiş iştirakçıların (məbləğ məhdudiyyəti əsasıında) uçuş bileti və oteldə gecələmə xərclərini ödəyəcək. Sərgi zamanı, ziyarətçi şirkətlər üçün müvafiq sərgi iştirakçıları ilə xüsusi B2B görüşlər təşkil olunacaq.

Tədbir zamanı, Founder Klubun Beynəlxalq Əlaqələr üzrə Meneceri Ləman Əzizli Azərbaycan tekstil idxalçılarının əməkdaşlığa marağından və iki ölkə arasında tekstil sektorunda əməkdaşlıq potensialından danışıb.

Görüşdə, pambıq iplikləri, parçalar, uniformalar, ev tekstili və hazır geyim istehsalı ilə məşğul olan 10 Hindistan şirkətinin nümayəndələri öz şirkətləri, istehsal gücü və ixrac potensialı haqqında təqdimatlarla çıxış ediblər. Daha sonra, Azərbaycanın tekstil şirkətlərinin təqdimatları və sual-cavab hissəsində Hindistan və Azərbaycan şirkətləri arasında səmərəli işgüzar müzakirələr aparılıb.

Azərbaycanın statistikasına əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 156,5% artaraq 1,859 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə Hindistan Azərbaycanın beşinci ən böyük ticarət tərəfdaşı olub.
Sarkisyan və qızları məhkəməyə çağırıldıErmənistanın üçüncü prezidenti Serj Sarkisyan və onun qızları Anuş Minasyan ilə Satenik Sarkisyan qanunsuz mənşəli əmlakın müsadirə edilməsi ilə bağlı iddia çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə çağırılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prosesə Aşxen Qarslyan hakim təyin edilib.

Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan və onun həyat yoldaşının da qanunsuz aktivlərinin müsadirə edilməsi prosesi gedirdi. Onlar da antikorrupsiya məhkəməsinə dəvət olunublar.

Bu gün məhkəmə iclası keçirilir, prosesdə Sarkisyan ailəsinin vəkili Amram Makinyan başda olmaqla onun müdafiəçiləri iştirak edir.
"Davos Forumu Azərbaycanın müsbət imicinin göstəricisidir"Azərbaycan 44 günlük müharibədə qazandığı parlaq Qələbəsini təkcə siyasi-diplomatik müstəvidə həmlələri ilə deyil, həmçinin xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində atdığı davamlı addımları ilə də möhkəmləndirir. Biz bunun əyani nümunəsini Prezident İlham Əliyevin son günlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak etməsi və dünyanın mötəbər biznes mərkəzi sayılan Davosda keçirilən beynəlxalq İqtisadi Foruma qatılmasının timsalında görürük.

Maraqlıdır ki, özünü Qərbyönümlü hesab edən Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən dünya miqyaslı tədbirlərin heç birində gözə dəymir. Bu həm də ondan irəli gəlir ki, Ermənistan iqtisadi inkişaf baxımından, sərmayə qoyuluşu baxımından heç kimi maraqlandırmır. Çünki perspektivli ölkələrin sırasında yer almır. Bu baxımdan, Paşinyanın dünyanın biznes nəhənglərinə təqdim edə biləcəyi ciddi heçnə yoxdur.

Azərbaycan isə yaranmış bütün fürsətlərdən maksimum dərəcədə faydalanmağa çalışır. Ölkə rəhbəri bir tərəfdən müsəlman ölkələrinin böyük maliyyə resurslarının Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə cəlb edilməsi üçün mühüm addımlar atır, digər tərəfdən isə Qərb dünyası ilə, o cümlədən Avropa İttifaqı ilə iqtisadi inteqrasiyanın genişləndirilməsini prioritet istiqamət kimi diqqətdə saxlayır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır.

Prezident İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına verdiyi müsahibəsindən məlum oldu ki, Azərbaycan Çin ilə də iqtisadi əməkdaşlıq əlaqələrini durmadan artırmaq xəttini yürüdür. Belə ki, Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir, habelə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlığı dərinləşdirməyə hədəflənib.

Davos İqtisadi Forumu da əvvəlki kimi Azərbaycan üçün öz əhəmiyyətliliyini qoruyub saxlayır. Dövlət başçımız bu Forumun illlik toplantılarında daimi olaraq iştirak edir, foruma qatılan digər ölkələrin liderləri və transmilli şirkətlərin rəhbərləri ilə silsilə görüşlər keçirir, ölkəmizdə həyata keçirilən iri layihələrə xarici investisiyaların cəlb edilməsi, habelə yeni əməkdaşlıq imkanlarının birlikdə nəzərdən keçirilməsi üçün səy göstərir. Davos İqtisadi Forumu ölkəmizin iqtisadi imkanlarını nümayiş etdirməklə bərabər, həmçinin Azərbaycanı tanıtmaq baxımından da olduqca əlverişli platformadır.

Postsovet ölkələrinin bir çoxunun liderləri bu imkandan məhrumdur. Bunun da ən müxtəlif obyektiv-subyektiv səbəbləri var. Paşinyanın sözügedən foruma hansı səbəblərdən qatılmadığını yuxarıda qeyd etdik. Vladimir Putin isə Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinə görə Davos Zirvəsinə qatılmaq imkanlarını itirib. Belarus lideri də Davos Forumu üçün “persona non-qrata” sayılır. Azərbaycan isə bu forum üçün öz əhəmiyyətliliyini qoruyub saxlamağı bacarıb. Davos Forumu Azərbaycanın müsbət imicinin göstəricisidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycanda 2 futbolçu ömürlük diskvalifikasiya edildiAzərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

"Danışılmış oyunlarda iştirakına görə Mərkəzi Ordu İdman Klubunun (MOİK) futbolçuları 29.03.1990-cı il təvəllüdlü Fərmayıl Nəriman oğlu Əliyev və 22.09.1991-ci il təvəllüdlü Emin Natiq oğlu Mehdiyev ömürlük futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilsin (maddə 80.2).

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər", - məlumatda bildirib.

"Putinin sağ olduğuna əmin deyiləm"Prezident Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin sağ olduğuna əmin deyil.

Avrasiya.net-in xəbərinə görə, Ukrayna prezidenti bu gün Davosda keçirilən səhər toplantısında deyib ki, o, kiminlə, nə haqda danışacağını tam başa düşmür.

"... Mən əmin deyiləm ki, hərdən televiziyalarda görünən şəxs Rusiya prezidentidir... Mən bunu tam başa düşə bilmirəm ki, o, sağdır və qərar verir, ya da kim qərar verirsə, bu hansı dairədir”, - Zelenski bildirib.

Ukrayna rəhbəri belə bir məlumata malik olmadığını vurğulayıb.

"... Mən başa düşə bilmirəm ki, necə ola bilər ki, sən Avropa liderlərinə bir şey vəd edəsən, ertəsi gün isə bir dövlətə qarşı genişmiqyaslı işğal hücumuna başlayasan? Mən sadəcə, kiminlə məşğul olduğumuzu başa düşə bilmirəm..." , - deyə prezident vurğulayıb.

Qeyd edək ki, yanvarın 16-da Davosda 2023-cü il Dünya İqtisadi Forumu açılıb, toplantı ayın 20-dək davam edəcək. Tədbirdə Rusiya nümayəndə heyəti yoxdur.
Vasif Talıbov üçün Bakıdan xüsusi həkim göndərildiNaxçıvan Muxtar Respublikasının rəhbərliyindən kənarlaşdırılan Vasif Talıbov evə qapanıb və heç bir yerə getmir.

Avrasiya.net xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq Ali Məclis sədrinə yaxın mənbələr bildirib.

Məlumata görə, şəkər xəstəliyindən əziyyət çəkən Vasif Talıbov üçün Bakıdan xüsusi həkim də Naxçıvana gedib.

Talıbovu müayinə edən həkimin 2 gün muxtar respublikada qaldığı deyilir.

Başqa bir məlumatda isə Talıbovun hər iki övladının - Rza və Seymurun onlara məxsus biznes strukturlarının satışına başladığı və buna görə bir neçə dəfə ölkədən xaricə çıxdıqları bildirilir.