Britaniya İrana sanksiya tətbiq etdiBöyük Britaniya İrana qarşı yeni sanksiya tətbiq edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviter hesabında yazıb.

Nazir bildirib ki, bu addım İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır: “Biz rejimin əməllərinə, o cümlədən insan haqlarını dəhşətli formada pozduğuna görə cavab verməsini tələb edirik”.

Qeyd edək ki, Əlirza Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılıb. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.

İran Britaniyaya nota verdiBöyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, səfirə Böyük Britaniyanın qeyri-ənənəvi, həmçinin İranın milli təhlükəsizliyinə müdaxilələri ilə bağlı nota təqdim olunub.
Azərbaycanın tutduğu yol yalnız sülh və inkişaf yoludur10 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəsi nəinki ölkəmizdə, eləcə də respublikamızda böyük marağa səbəb olub. Belə ki, bir sıra ölkələrin KİV-ləri bu intervyünü tirajlayaraq Azərbaycanın artan nüfuzundan, ölkə başçısı cənab İlham Əliyevin liderliyindən yazıblar.

Cənab Prezident əvvəlki intervyülerlərində olduğu kimi bu söhbətində də çox maraqlaı məqamlara toxunaraq dünyaya bir sıra mesajlar verdi. Bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra əsas vəzifəmiz şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.

Və Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.
Cənab Prezident vurğuladı ki, müharibə bitib, amma mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.

Dünyada baş verən qiymət artımı ilə bağlı fikirlərini bildirən cənab Prezident bildirir ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda kəskin qiymət artımı müşahidə olunur. Bizim də iqtisadiyyatımız dünya iqtisadiyyatının bir parçası olduğu üçün biz də bu mənfi təsirə məruz qalmışıq.

Çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək. Müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır.
Artıq görülən tədbirlər göz qabağındadır. Cənab Prezidentin sərəncamları ilə yanidən əmək haqqılarının, müvainətlərin artırılmasına start verildi.

Dövlət başçısı bildirdi ki, ötən il ölkəmizin ümumi daxili məhsulu rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir. Xarici ticarət 50 milyard dolları ötüb. Xarici ticarətin müsbət saldosu 25 milyard dollar təşkil edir.
Həm Dünya Bankı ilə, həm Avropa Yenidənqurma və İnkişaf Bankı ilə icraatda olan layihələr başa çatır. Dünyanın hər iki aparıcı maliyyə qurumunun yüksəkvəzifəli nümayəndələri keçən il Bakıda olmuşlar və aparılan müzakirələr zamanı yeni istiqamətlər müəyyən edilib.

Bir sözlə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər.

Minimum əməkhaqqının 15 faiz artması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıbdır və minimum əməkhaqqı artıq 345 manata çatıbdır. Bizim əsas xərclər istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialımızı gücləndirməkdir. Pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya 16,7 faiz artırıldı, 280 manata çatdı və bu proses davam etdiriləcək. Son illərin təcrübəsi onu göstərir ki, bu, bir dəfə atılan addım deyil, bu, müntəzəm olaraq atılan addımlardır və iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq.

Ünvanlı sosial yardımın verilməsi ilə bağlı çox böyük şəffaflaşdırma işi aparılmışdır. Əvvəlki dövrlərdə sosial yardımların verilməsi istiqamətində çox böyük pozuntulara yol verilmişdir. Ehtiyacı olmayan insanlara sosial yardım verilirdi. Ehtiyacı olan insanların isə buna əli çatmırdı. Bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır və ildən-ilə bu yardımın məbləği artır. Bu il bir ailəyə düşən müavinət təqribən 460 manat səviyyəsindədir. Bu il Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatdan çox olacaq.
Şəhid ailələri və müharibə əlilləri kateqoriyasına aid olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Bu günə qədər 13 min ailə bu imkanlardan faydalanıb.

Cənab Prezident bildiridi ki, İkinci Qarabağ müharibəsində əlil olmuş 379 hərbçi ən müasir protezlərlə təmin edilib. Cəmi iki il keçməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsinə aid olan bu proqram tam yerinə yetirilib.

60 min ailə özünüməşğulluq proqramına cəlb edilib. Bu da çox önəmli məsələlərdəndir.

Suallara cavab verərkən cənab Prezident ölkəmizdə və beynəlxalq aləmdə nəqliyyat infrastrukturunun əhəmiyyətindən də danışdı. Rusiya-Ukrayna müharibəsi nəqliyyat sahəsində layihələrin əhəmiyyətini daha da artırmışdır. Bu sahəyə uzun illərdir böyük vəsait qoyulur. Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb.

Bakı-Yalama xəttini və ondan sonra Ələt-Astara xəttini də modernləşdirəcəyik. İndiki vəziyyətdə dəmir yolunun imkanları gözlənilən yüklərin həcmi üçün məhduddur. Təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir.

Bir daha Ermənistanın apardığı yanlış siyasətin nəticələrini qeyd edərək cənab İlham Əliyev bildirdi ki, Ermənistan daha bir beynəlxalq layihədən kənarda qaldı. Orta Dəhliz istiqamətdə ardıcıl siyasət aparılır. Beş il bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu. Bu layihənin təşəbbüskarı da biz olmuşuq və bu layihənin icrası çox çəkdi. Gürcüstana 775 milyon dollar kredit verilmişdir və bu layihə reallaşdı. Biz bu dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər çatdıracağıq.
Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir.

Artıq Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.

Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilib.
Ən önəmli məsələlərdən bir də əlbəttə ki, Qərbi Azərbaycan məsələsidir. Cənab dövlət başçısı bildirdi ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Bu gün tam haqlı olaraq “Qərbi Azərbaycan” mövzusunu beynəlxalq arenaya çıxarmışıq. Xüsusi işçi qrupu yaradılıb və vahid konsepsiya üzərində işlər başlanıb.

Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Biz bunu sülh yolu ilə etmək istəyirik və buna nail olacağıq.

Həmçiin qeyd olundu ki, Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtması Ermənistanın marağındadır. Bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün.

Qərbi azərbaycanlıların deportasiyadan sonra boşaltdıqları kəndlərdə demək olar həyat yoxdur. İndi videogörüntülər var, digər sənədlər var, o kəndlərə gedənlər var. Görürlər ki, orada hər şey dağıdılıb və həyat yoxdur. Ona görə onların oraya qayıtmaları onların evlərini zəbt etmiş, başqa yerlərdə - Qarabağdakı kimi zəbt etmiş ermənilərə də problem yaratmayacaq. Çünki onların oraya qayıtmaları orada yaşayan ermənilərin oradan çıxarılması demək deyil.
İlham Əliyev bu problemlə bağlı hər birimizin qarşısında bir vətəndaş vəzifəsi qoydu. Necə ki, vaxtilə Qarabağ mövzusu bütün Azərbaycan xalqını birləşdirdi və biz istəyimizə nail olduq, eyni yanaşmanı “Qərbi Azərbaycan” mövzusunda da görməliyik. Burada media nümayəndələrinin fəaliyyətinə böyük ehtiyac var - həm ölkə daxilində, həm xaricdə. Bu səbəbdən də çox geniş proqram hazırlanır.

Cənab Prezident bir daha enerji təhlükəsizliyi məsələsinə toxundu. Son illərdə enerji təhlükəsizliyi məsələləri dünya gündəliyində əsas yerlərdən birini tutub. Bu o deməkdir ki, həmin məsələ daim beynəlxalq təşkilatların, ən nüfuzlu müxtəlif beynəlxalq forumların gündəliyində olub və Azərbaycanın neft-qaz sənayesi layihələrini necə reallaşdırması həmişə tərəfdaşlarımızın böyük hörmətini qazanıb. Lakin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra, ola bilsin başqa məsələlər enerji təhlükəsizliyi məsələlərini geridə qoyub və Avropada gündəlikdə birinci yeri tutub. Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.

Qaz ehtiyatlar sözün əsil mənasında ölkəmizin sərvətidir. 2,6 trilyon kubmetr qaz bizim potensialımızın təsdiqlənmiş minimal həcmidir. Qaz kəmərlərinin hamısının inşa edilməsini nəzərə alsaq, təbii ki, Avropa İttifaqı ilə biz tədarükün artırılmasını hədəfləmişik. Lakin bundan ötrü hasilata investisiya qoyulması zəruridir. Biz neft-qaz sahəsinə aid layihələrə həmişə strateji baxımdan yanaşmışıq, çünki qaz kəmərləri və neft kəmərləri reallaşdırılmasa, biz öz resurslarımızla qapalı məkanda qalacağıq.

Bu səbəbdən də biz bu layihələrin prespektivliyini artırmalı, daha səmərəli layihələr həyata keçirməliyik. Ölkə başçısı bildirdi ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək.
TAP, TANAP layihələrinin əhəmiyyətini də cənab Prezident bir daha qeyd elədi. “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Gələn ay keçiriləcək növbəti “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da artacaq.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər;

TANAP-ın bu gün cəmi 16 milyard kubmetr buraxılış imkanı var. Onun da hamısını indi Azərbaycan qazı ilə təmin etmişik. TANAP-ın imkanlarının iki dəfəyədək genişləndirilməsi yenə də Azərbaycan qazına bağlıdır.
Enerji təminatının prespektivlərini qeyd edərək cənab İlham Əliyev bildirdi ki, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. 22 min meqavat tam icra ediləcək, yaxud onun yarısı icra ediləcək, 30 faizi icra ediləcək, bu, sonranın məsələsidir.
Azərbaycan bu layihələrə 1 manat da sərmayə qoymur, hamısı xarici sərmayələrin əsasında reallaşan layihələrdir, - onda bu gün elektrik enerjisinin istehsalına sərf etdiyimiz təbii qaz da istifadə edilməyəcək və ixraca yönəldiləcək. Beləliklə, bizim təbii qaz ixracımız daha çox olacaq, çünki yeni yataqlardan - “Abşeron”dan, “Ümid-Babək”dən, ondan sonra AÇG-dən, “Şahdəniz”dən çıxan, eyni zamanda, qənaət edilən qazı da biz ixrac edəcəyik.

Təssüflər olsun son dərəcə acınacaqlı vəziyyətdə yaşayan Ermənistan hələ də məkirli siyasətindən əl çəkmir. Revanşist düşüncə ilə yaşayır. Ermənistan silaha əbəs yerə vəsait xərcləyir. Çünki birincisi, bu onlara kömək etməyəcək, ikincisi revanşist qüvvələrdə hansısa bir illüziya yarada bilər. Əfsuslar olsun ki, Hindistan Ermənistana silah verməyə hazırlaşır. Bu qeyri-dost addım kimi qiymətləndirilməlidir.

Ermənistan dərk etməlidir ki, təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır.

Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün.

Sülh müqaviləsini imzalamağı gecikdirən Ermənistanla bağlı ölkə lideri bildirdi ki, Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır. Son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir.

2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq.

Ermənistan yaddan çıxarmamalıdır. Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. 3 minə yaxın övladımız şəhid olmuşdur. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi.

44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir.

.Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır. Komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Xüsusi Təyinatlı Qüvvələrimizin sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayını artırmışıq, Daxili Qoşunların xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılmışdır. Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq;

Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır.

Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, Ölkəmizin geosiyasi imkanlarını artıran bu amillərin qarşısında durmaq çox çətindir.

Cənab prezidentin sualları cavablandırarkən Ermənistanın bu günkü mövqeyini bir daha xatırlatdı. Müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, onlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar.

Bildirdi ki, cari ildə çox məsələlərə aydınlıq gətirəcək. İlin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Bütün keçmiş köçkünlər dədə-baba torpaqlarına qayıdacaqdır. Laçında hazırda yüzlərlə ev yenidən qurulur, təmir edilir, o cümlədən ictimai binalar. Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləri başlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İndi Şuşada, Ağdamda, Füzulidə, Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlamışıq. Bir neçə kəndin təməli qoyuldu. Yəni, 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq.

İşğaldan azad olunmuş ərazilərdə İnfrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olundu. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşuldu. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edildi və onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Hazırda 7 stansiyanın inşası gedir və bütövlükdə orada 50-yə yaxın su elektrik stansiyası yaradılacaq. Bu il Cəbrayılda Günəş Elektrik Stansiyasının inşasına başlamalıyıq.

Cənab Prezident ərazidə aparılan əkin işləriindən, Sənaye parkların şəbəkəsi inkişafından çəkilən avtomobil yollarından, salınan körpülərdən bir sözlə kökündən yeniləşən infrastruktudan da danışdı.
İki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir.

Həmçinin qeyd etdi ki, Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşma sonra bütün ölkə üzrə də tətbiq olunacaq. İndi yeni idarəetmə modeli üzərində işlər aparılır. Kadr potensialı çox önəmlidir. Azad edilmiş torpaqlarda daha çevik, daha operativ, bürokratiyaya, xoşagəlməz hallara qurşanmamış yeni strukturlar yaradılıb.

Bütün bu və ya digər sualları cavablandıran Azərbaycan Respublikasının Prezidenti dünyaya əsas mesajlarını verdi və sülhsevər Azərbaycanın mövqeyini bir daha ortaya qoydu. Əlbəttə ki, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar.

Pənah İmanov
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri
Hindistan “Qlobal Cənubun Səsi” zirvə görüşünə ev sahibliyi edibHindistan 13 yanvar 2023-cü il tarixində “Qlobal Cənubun Səsi” zirvə görüşü çərçivəsində Energetika Nazirlərinin Sessiyasına ev sahibliyi edib.

“Enerji təhlükəsizliyi və inkişaf: Rifahın yol xəritəsi” adlı sessiyada Azərbaycanın energetika nazirinin müavini cənab Kamal Abbasov iştirak edib.

Sessiyada çıxış edən nazir müavini bildirib ki, tarixin ən mürəkkəb enerji böhranının yaşandığı, enerji təhlükəsizliyi təminatının qlobal gündəliyin əsas məsələsinə çevrildiyi, enerji ixracı və idxalı ilə bağlı ölkələrarası münasibətlərin yeniləndiyi bu dövrdə Azərbaycan nəinki sabit enerji təchizatçısıdır, eyni zamanda qlobal enerji təhlükəsizliyinə töhfələrini artıran etibarlı tərəfdaşdır.

“Bu gün Azərbaycan öz enerji müstəqilliyini möhkəmləndirməklə bərabər tərəfdaşlarının enerji balansını neft, təbii qaz və elektrik enerjisindən əlavə yaşıl mənbələrlə də şaxələndirəcək strateji addımlar atır,” - cənab Kamal Abbasov bildirib.

Qeyd edək ki, Hindistanın “Böyük İyirmilik” qrupuna (G20) sədrliyi çərçivəsində təşkil edilmiş iki günlük “Qlobal Cənubun Səsi” virtual zirvə görüşünə 12 yanvar 2023-cü il tarixində Baş nazir Narendra Modi tərəfinfən start verib. Sammit Asiya, Afrika və Cənubi Amerikanın inkişaf etməkdə olan ölkələrini “Səsin Birliyi, Məqsədin Birliyi” şüarı altında bir araya gətirərək öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək imkanı yaradıb.

Sammit çərçivəsində ölkə liderlərinin iştirakı ilə təşkil olunmuş Açılış Sessiyasında çıxış edə Baş nazir Narendra Modi 2022-ci ildə dünyanın üzləşdiyi müharibə, iqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər, COVID pandemiyasının davamlı iqtisadi təsiri və digər problemlərlə yanaşı, yanacağın qiymətlərinin artmasına toxunub.

O, həmçinin bildirib ki, dünya böhran vəziyyətindədir və bu qeyri-sabit vəziyyətin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir.


“Hindistan həmişə öz inkişaf təcrübəsini Qlobal Cənubdakı qardaşları ilə bölüşüb. İnkişaf tərəfdaşlığımız bütün regionları və müxtəlif sektorları əhatə edir. Pandemiya zamanı 100-dən çox ölkəyə dərman və peyvəndlər tədarük etdik. Hindistan həmişə ortaq gələcəyimizin müəyyən edilməsində inkişaf etməkdə olan ölkələrə daha böyük rolun verilməsinin tərəfdarı olub”, - baş nazir əlavə edib.


O, həmçinin bildirib ki, dünya inklüziv və balanslaşdırılmış beynəlxalq gündəmi formalaşdırmaqla Qlobal Cənubun prioritetlərinə cavab verməli, “ortaq, lakin fərqli məsuliyyətlər” prinsipinin bütün qlobal çağırışlara şamil edildiyini qəbul etməli, bütün xalqların suverenliyinə, qanunun aliliyinə və fikir ayrılıqlarının və mübahisələrin sülh yolu ilə həllinə hörmət etməli və Birləşmiş Millətlər Təşkilatı da daxil olmaqla beynəlxalq təsisatları müasir dövrə daha da uyğunlaşdırmaq üçün islahatlar aparmalıdır.

Qeyd edək ki, “Qlobal Cənubun Səsi” zirvə görüşü iki gün ərzində ümumilikdə 10 sessiyanı əhatə edib və 120-yə yaxın ölkədən nümayəndəni bir araya toplayıb.

Dövlət və hökumət başçıları səviyyəsində həm açılış, həm də yekun iclaslarına Baş nazir Narendra Modi sədrlik edib. Açılış sessiyasının mövzusu “Qlobal Cənubun Səsi – İnsan Mərkəzli İnkişaf Naminə”, yekun sessiya isə “Səsin Birliyi, Məqsədin Birliyi” adlanıb.
Rüstəmovun nikahdankənar oğlu ilə bağlı yeni xəbərXəbər verdiyimiz kimi, Aqil adlı 14 yaşlı yeniyetmənin yaydığı video-müraciətlər ciddi rezonans doğurub.

Avrasiya.net xəbər verir ki, Elman Rüstəmovun oğlu olmaqdan xəcalət çəkdiyini bildirən Aqil sabiq baş bankirin ailəsinə təzyiq etdiyini, onları hədələdiyini deyib və dövlət başçısından kömək istəyib.

Aqil birinci müraciətini yaydıqdan sonra Elman Rüstəmovun anasına zəng etdiyini və onun Bakıya gətirməsini tələb etdiyini bildirmişdi:

“Elman Rüstəmov mənim psixoloji problemimin olduğunu deyir və məni psixoloji xəstəxanaya saldırmaq istəyir. Mən bildirirəm ki, tam sağlamam və heç bir psixoloji xəstəliyim yoxdur”.

Aqil ölkə rəhbərliyindən atasının zülm və təzyiqindən qorunmaq üçün kömək istəmişdi.

Məsələnin mahiyyətində isə mülk dayandığı bildirilirdi. İddiaya görə, bütün qalmaqal E.Rüstəmovun Aqilin anası Sevinc Rəsulovanın adına olan saysız-hesabsız əmlakları geri istəməsi olmuşdu.

Globalinfo.az-a daxil məlumata görə, Elman Rüstəmov artıq Sevinc Rəsulova ilə anlaşıb. O, qadının adına olan əmlakları geri tələb etməyəcəyi haqda söz verib. İndi isə nikahdankənar oğlu Aqil Rəsulovla dil tapmağa yollar axtarır, lakin onu heç cür sakitləşdirə bilmir.

Mənbə bildirir ki, Elman Rüstəmov bir vaxtlar katibəsi olan Sevinc Rəsulovanın adına çoxsaylı mal-mülk rəsmiləşdirib. Bu yolla varidatını gizlətməyə çalışıb. Mərkəzi Bankın sədri postundan gedəndən sonra Sevinc Rəsulova ilə əlaqə saxlayaraq ondan əmlakları özünün yaxın qohumlarının adına keçirilməsini istəyib. Sevinc Rəsulova isə bundan imtina edib. Valideynləri arasındakı mal-mülk davasına şahid olan Aqil Rəsulov Elman Rüstəmova sərt sözlər deməklə ondan anasından əl çəkməsini istəyib. Günlərlə davam edən dava-dalaş Aqil Rəsulova pis təsir göstərib və o, videomüraciət yaymaqla Elman Rüstəmovun tələblərinin qarşısını almağa çalışıb. Məsələnin ictimailəşməsi Elman Rüstəmovun geri çəkilməsinə səbəb olub. Deyilənə görə, sabiq baş bankir Sevinc Rəsulovanın adına olan əmlakları geri almaq fikrindən daşınıb.

Aqil Rəsulovu sakitləşdirmək üçün Elman Rüstəmov bütün imkanlarını səfərbər edib. İddialara görə, Aqil Rəsulovun anası Sevinc Rəsulova və nənəsi Elman Rüstəmovun mövqeyindən çıxış etməyə başlayıblar.

Xatırladaq ki, Elman Rüstəmov ikinci xanımını və nikahdankənar övladını illər öncə Dubaya köçürüb və orada onlara yaşamaları üçün bütün imkanları yaradıb. Sevinc Rəsulovanın adına mülklər, külli miqdarda vəsait, o cümlədən bahalı maşınların olduğu deyilir. Məlumata görə, E.Rüstəmov Sevinc Rəsulovaya İsveçrədə təmtəraqlı villa da alıb. Aqil Rəsulovun da zəngin həyat yaşadığı qeyd edilir. Aqilin ilk video-müraciətindən belə aydın olur ki, hazırda Sevinc Rəsulovanın adında olan mülklər və varidatı Elman Rüstəmov geri almaq istəyib. Sevinc Rəsulova buna etiraz etdikdə isə təzyiqlər başlayıb və bütün bu qalmaqalın ictimailəşməsinin də səbəbi budur.
Leyla Abdullayeva Makronla görüşdüAzərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Avrasiya.net xəbər verir ki, Fransa Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır.

Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub.

Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
İdmana dövlət dəstəyi Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf etmişdir. Amma idman sahəsinin çiçəklənməsi dövrü təxminən keçən əsirin ikinci yarısından başlanmışdır. Xeyli sayda idman komplekslərinin, meydançalrın, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi, təmirə ehtiyacı olanların yüksək keyfiyyətlə təmir olunması, idmançılara xüsusi qayğı və diqqət məhz bu dövürlərin idman uğurlarının göstəricisi idi.

Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.

Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.

Yenicə qədəm qoyduğumuz 2023-cü ilin ilk günlərində - yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarla 2022-ci ilin idman yekunlarına həsr olunan görüşü ölkəmizdə idmana olan diqqət və qayğını bir daha göstərdi.

Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan görüşdə dövlət başçısı gənc nəslin həm döyüş meydanında, həm də idman arenalarında ölkəmizin bayrağını qaldırmasını alqışlayaraq bildirdi ki, biz gələcək nəsli vətənpərvərlik ruhunda tərbiyə etmişik və edəcəyik. Prezident İlham Əliyev öz çıxışında söyləyib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Ötən il idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır. Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunları xüsusi qeyd edilib. Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir.

Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.

Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq. İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bəzi ölkələrdə bu, prioritet sayılır, Azərbaycandakı kimi. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Işğaldan azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır”. Dövlətimizin başçısı onu da qeyd edib ki, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var: «Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”.

Azərbaycan gəncliyi canını və sağlamlığını xüsusi rəşadətlə Vətənin azadlığı və suverenliyi uğrunda sipər edib. Onu da deməliyik ki, azad edilmiş ərazilərdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib.Ən əsası, bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş tarixi ərazilərimizdə idmanın müxtəlif növlərinin inkişafı üçün bütün imkanlardan istifadə ediləcək.

Əfqan Rzayev

YAP Xətai rayon təşkilatının üzvü
YAP Şabran rayon təşkilatında şəhid ailəsi ilə görüş keçirilib13 Yanvar 2023-cü tarixində YAP Şabran rayon təşkilatında 44 günlük Vətən müharibəsi şəhidi Şabran rayon Zeyvə kəndindən olan şəhid Mehdiyev Anarın ailəsi ilə görüş keçirilib.

Görüş zamanı şəhid anası Rüfayə xanımın sosial problemləri ilə maraqlanıb, onları narahat çox edən digər məsələlər dinlənilərək nəzarətə götürülüb, istiqamət və tövsiyələr verilib.

Görüş zamanı YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov şəhid anasının diqqətinə çatdırmışdır ki, Möhtərəm cənab Prezidentimiz, Hörmətli Sədrimizin hər zaman şəhid ailələrini, qaziləri , vətən müharibəsi iştirakçılarını diqqətdə saxlamağı bizə tövsiyə olunduğunu şəhid ailəsinin diqqətinə çatdırıb.

Şəhid ailələri qazilər və hərbiçilərimizin Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altında olduğunu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsininmöhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Məsələn, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir.Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir.

Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.

Sonda bir daha YAP Şabran rayon təşkilatının Sədri Mehdi Balabəyov şəhid Anasını dinləyib öz tövsiyələrini vererək problemləri nəzarət altına götürüb.
Bakıda körpə ana südü qəbul edərkən boğulub öldüBakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib.

Faktla bağlı araşdırma aparılır.
Bakıda 3 nəfər dəm qazından zəhərləndi - Ölən varBakıda 3 nəfər dəm qazından zəhərlənib, ölən var.

Avrasiya.net-in xəbərinə görə, hadisə yanvarın 13-də paytaxtın Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Məmməd Qənbərov kirayə yaşadığı fərdi yaşayış evinin hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, onunla eyni ünvanda kirayə yaşayan 2008-ci il təvəllüdlü Vəli Qarayev və 1987-ci il təvəllüdlü Gülnarə Qarayeva dəm qazından zəhərlənmə diaqnozu ilə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.