Əsgərimiz özünü güllələdiMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Vüsal Akif oğlu Məmmədovun 09 yanvar 2023-cü il tarixdə odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Hərbi Prokurorluqdan məlumat verilib.

“Daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun əməkdaşları hadisə yerinə gedib, zəruri hərəkətlər icra olunub.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir”, - məlumatda qeyd edilib.
Bakıda tikinti materialları dükanı yandı: yaralılar varBu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır. Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür. Həmçinin Departament rəisi qeyd edib ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.
İlham Əliyev bu idmançılara mənzil verdiAzərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib.

Avrasiya.net xəbər verir ki, Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Ruslan Lunyov (atıcılıq), Əli İbrahimov, Tahir Baxşıyev (basketbol), Tayfur Əliyev (boks), İlham Məmmədov, Təbriz Həsənov (futbol), Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov (hamısı güləş), Ramazan Muradov (həndbol), Yaylagül Ramazanova (oxatma), İrina Zaretska (karate), Fəxrəddin Quliyev (kikboksinq), Südeif Quliyev (qılıncoynatma), Elvin Astanov (para-atlet), Ramil Mahmudov, Billurə Eminova (stolüstü tennis), Rəhim Qasımov (şahmat), Cavad Ağayev (taekvondo), Asif Həsənov (velosiped idmanı) və Şəfəq Kərimovaya (voleybol) yeni mənzillərin orderləri təqdim olunub.

İran daha üç etirazçıya ölüm hökmü çıxardıİran məhkəmə hakimiyyəti noyabrın 16-da İsfahandakı etirazlar zamanı həbs edilənlərdən 3 nəfəri edam cəzasına məhkum edib.

Bu barədə Məhkəmə Hakimiyyətinin xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, üç dövlət məmurunun öldürülməsi ilə bağlı aparılan “İsfahan evi” adlı məhkəmə işi üzrə Saleh Mirhaşimi Bəltağı, Məcid Kazımi Şeyx Şəbani və Yaqubi Kürdsəfli barəsində ölüm hökm çıxarılıb.
“Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolu müharibə texnikalarını dəyişir”“Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu və hazırda Liviyada həyata keçirdiyi missiya müharibə texnikalarını dəyişir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Nəsil Fırtına Haubitsalarının təqdimat mərasimində deyib.

O bildirib ki, Türkiyə PUA-ları dünya sıralamasında ilk yerlərdədir: “Haubitsalar isə gücümüzə güc qatacaq”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə müdafiə sənayesinin genişləndirilməsi istiqamətində işləri davam etdirəcək.

Dövlət başçısı qeyd edib ki, ötən il Türkiyənin müdafiə sənayesi sahəsindəki ixracı 4 milyard 400 milyon dollar olub: “Bu, rekord göstəricidir. Müxtəlif layihələrimiz bundan sonra da davam edəcək. İstifadəyə verdiyimiz haubitsalar isə dosta güvən, düşmənə göz dağı olacaq”.
"Bakıdakı yolların qardan təmizlənməsi davam edir"Gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) kommunal strukturları və aidiyyəti qurumlar küçə və prospektlərin qar və buzdan təmizlənməsini davam etdirib və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz və reagentlərin səpilməsi işləri aparılıb.

Bu barədə Avrasiya.net-ə BŞİH-dən məlumat verilib.

Bildirilib ki, yollarla yanaşı vətəndaşların daha çox istifadə etdikləri yerlər – metro stansiyalarının qarşısı, avtobus dayanacaqları, ictimai-iaşə, təhsil, səhiyyə və digər müəssisələrin ətrafı da təmizlənir. Təmizləmə işlərində həmin müəssisələrin əməkdaşları və ictimai-iaşə obyektlərində çalışanlar da yaxından iştirak edirlər. İşlər gün ərzində davam etdirilir.


Fransa Milli Assambleyasının sədri İrəvana nəyə gəlir?“Sizi böyük sevgi ilə gözləyirik”.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Fransa Milli Assambleyası sədrinin Tvitter-dəki paylaşımına şərhində yazıb.

Qeyd edək ki, Fransa Milli Assambleyasının sədri Yael Braun-Pive bu həftə deputatlarla birlikdə Ermənistana səfər edəcək.

“Milad bayramı zamanı fikrim ermənilərə yönəlib, onlara ümid və sülh arzulayıram. Bu həftə Fransa Milli Assambleyasına dəstəyimi bir daha ifadə etmək üçün Ermənistana gedəcəyəm”, – o, bir gün əvvəl yazıb.
Dəm qazından ölən polislərin - FotosuXəbər verdiyimiz kimi, yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat ediblər.

Avrasiya.net vəfat edən polis zabitlərinin fotolarını təqdim edir.
Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər təhdid olunurXankəndində qondarma rejim azərbaycanlılarla kontakta keçən erməni vətəndaşa qarşı cinayət işi açıb.

Avrasiya.net xəbər verir ki, bunu tanınmış erməni bloqer və siyasi fəal İşxan Verdiyan sosial səhifəsində yazıb.

Qeyd edək ki, onun özünə qarşı da 3 maddədə cinayət işi açılıb.

Politoloq Vasif Əfəndi saytımıza bildirib ki, bu fürsəti əldən vermək olmaz: "Təcili olaraq Avropa Parlamentində İnsan hüquqları komissiyası qarşısında məsələ qaldırmalıyıq. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilərə qarşı zorakılıq hallarına son qoyulmalıdır. Bizi Xankəndini blokadada saxlamaqda ittiham edən separatçı rejim ifşa olunmalıdır. Ermənistandan Qarabağa aparılan ərzaq və digər humanitar yardımlar erməni sərhədçiləri geri qaytarır ki, humanitar fəlakət görüntüsü yaransın. Dəhlizdə sərhəd keçid məntəqəmizin açılması artıq günün tələbidir".

Politoloq onu da bildirib ki, ermənilər hətta Sosial şəəbəkələrdə Toros Qazaryanı öldürmək çağırışları edirlər.
Kərəcdə həbsxana qarşısına toplaşanlara atəş açıldıİranda Məhəmməd Bruğəni və Məhəmməd Qubadlının edam ediləcəkləri ilə bağlı məlumatlar yayıldıqdan sonra yüzlərlə insan səhər saatlarında Kərəc şəhərinin həbsxanası qarşısına toplaşıb.

Axar.az xəbər verir ki, etirazçılar hər iki şəxs barədə ölüm hökmünün ləğv edilməsini tələb ediblər.

Həbsxana mühafizəçiləri həbsxana qarşısına toplaşan insanlara atəş açıb.

Qeyd edək ki, etiraz aksiyalarında iştirakına görə saxlanılan bu şəxslər yanvarın 8-i axşam saatlarında edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər.