Şəki sakini ov tüfəngi ilə özünü öldürdüBu gün günorta saatlarında Şəki rayonunun Oxud kəndi ərazisində 1981-ci il təvəllüdlü kənd sakini Cumay Salamovun tüfəngdən açılan atəş nəticəsində xəsarət alması və xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər-rayon polis şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, ilkin araşdırmanın nəticələrinə əsasən, Cumay Salamov qardaşının idarə etdiyi “UAZ” markalı avtomobildə sərnişin qismində olarkən üzərindəki ov tüfəngi ilə ehtiyatsız davranıb və silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Güclü külək əsəcək, çovğun olacaq - XƏBƏRDARLIQBakıda və Abşeron yarımadasında yanvarın 8-dən başlayaraq 12-dək hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, külək şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. 8-i gündüzdən 10-u gündüzədək arabir çovğun olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq.

Yanvarın 8-i axşamdan 12-dək yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında yanvarın 8-dən başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi 7-si axşamdan 10-u gündüzədək arabir güclənəcək. Çovğun olacağı ehtimalı var.
Türkiyə konsulluğunu yandırmaq istəyən PKK-çılar tutulduFransa polisi Türkiyənin Marsel şəhərindəki Baş Konsulluğuna "Molotov kokteyli" atan iki PKK-çını saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Məlumata görə, cümə axşamından cümə gününə keçən gecə Türkiyənin Marseldəki Baş Konsulluğunun fasadına "Molotov kokteyli" atan iki nəfər saxlanılıb.

Daha iki şübhəlinin isə hələ də azadlıqda olduğu bildirilib.

Hindistan “Qlobal Cənubun Səsi” zirvə toplantısına ev sahibliyi edəcəkHindistan 12-13 yanvar 2023-cü il tarixlərində “Qlobal Cənubun Səsi” adlı xüsusi virtual sammitə ev sahibliyi edəcək.

Avrasiya.net xəbər verir ki, bu zirvə toplantısı Qlobal Cənub ölkələrini öz perspektivlərini və prioritetlərini ümumi platformada bölüşmək üçün bir araya gətirəcək. 120-dən çox ölkə sammitdə iştirak etməyə dəvət olunub.

Sammit çərçivəsində 10 sessiyanın keçirilməsi nəzərdə tutulub. Dörd sessiya yanvarın 12-də, altı sessiya isə yanvarın 13-də keçiriləcək. Hər sessiyada 10-20 ölkədən liderlərin və ya nazirlərin iştirakı gözlənilir.

Açılış və yekun iclaslar Baş nazir Narendra Modinin sədrliyi ilə dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. Açılış sessiyasının mövzusu “Qlobal Cənubun Səsi – İnsan Mərkəzli İnkişaf Naminə”, yekun sessiyanın mövzusu isə “Bir Səs – Bir Məqsəd” olacaq.

Bundan əlavə, nazirlərin aşağıdakı mövzularda səkkiz sessiyası keçiriləcək:

• “İnsan Mərkəzli İnkişafın Maliyyələşdirilməsi” mövzusunda maliyyə nazirlərinin iclası;
• Ətraf mühit nazirlərinin “Ətraf Mühitə Uyğun Həyat Tərzi (LiFE) ilə Artımın Balanslaşdırılması” mövzusunda sessiyası;
• “Qlobal Cənubun Prioritetləri – Əlverişli Mühitin Təmin Edilməsi” mövzusunda xarici işlər nazirlərinin sessiyası;
• Energetika nazirlərinin “Enerji Təhlükəsizliyi və İnkişaf – Rifahın Yol Xəritəsi” mövzusunda sessiyası;
• Səhiyyə nazirlərinin “Dayanıqlı Səhiyyə Sistemlərinin Qurulması üçün Əməkdaşlıq” mövzusunda iclası;
• “İnsan Resurslarının İnkişafı və Potensialın Artırılması” mövzusunda təhsil nazirlərinin sessiyası;
• Ticarət nazirlərinin “Qlobal Cənubda Sinerjinin İnkişafı – Ticarət, Texnologiya, Turizm və Resurslar” mövzusunda sessiyası;
• “G-20: Hindistanın Sədrliyi üçün Təkliflər” mövzusunda xarici işlər nazirlərinin sessiyası.


“Qlobal Cənub” anlayışı ölkələrin sosial-iqtisadi və siyasi xüsusiyyətlərinə görə qruplaşmasını təsvir etmək üçün istifadə olunur. “Qlobal Cənub” Latın Amerikası, Asiya, Afrika və Okeaniyadakı bölgələrə istinad etmək üçün tez-tez istifadə olunan bir termindir.
Azərbaycanlı tələbə Türkiyədə itkin düşübTürkiyədə təhsil alan azərbaycanlı tələbə Fərid Möhsümov Samsun şəhərində itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə onun bacısı Fatimə Möhsümova sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 12 gündür qardaşından xəbər ala bilmədiklərini deyib:

“1992-ci il təvəllüdlü Möhsümov Fərid Sərraf oğlu Türkiyənin Samsun şəhərində Ondokuz Mayıs universitetinin Hemşirelik fakültəsinin birinci kurs tələbəsidir. Əgər sizin yaxınlarınız, tanışlarınız oradadırsa, bu barədə sorğu etməyinizi və paylaşmağınızı xahiş edirəm”.
Şəmkir sakini balta ilə vurulduŞəmkir rayonunda həmkəndlilər arasında mübahisədə 37 yaşlı kişi başından balta xəsarəti alıb.

Avrasiya.net xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Elçin Əliyev mübahisə zəminində başından balta ilə vurularaq ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onun həmkəndlisidir.

Faktla bağlı araşdırma aparılır.
"Qeyrət təcəssümü" kitabın təqdimatı olub - Fotolar"DAYAQ" Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatının İdarə Heyətinin iştirakı ilə əbədiyaşar şəhid Toğrul Məmmədovun örnək götürüləcək həyat və şərəfli döyüş yolundan bəhs olunan "Qeyrət təcəssümü" adlı kitab 05.01.2023-cü il tarixdə bütün şəhidsever tədbir iştirakçılarına təqdim olunub.

Təşkilatın sədr müavini Məcid Məmmədov sosial səhifəsi vasitəsilə kitabın ərsəyə gəlməsində başda, bütün şəhid ailələrinin dəyərlisi şairə Manya Səxavətqızı olmaqla bu yolda zəhməti olan hər kəsə təşəkkürlərini bildirib.




Daha üç erməni Xankəndidən Ermənistana aparıldıXankəndidə həkim nəzarətində olduğu bildirilən daha üç xəstə Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Ermənistanın müxtəlif ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Köçürülən xəstələrdən biri “Daun sindromlu” 2 aylıq uşaq, digər ikisi isə “İnfeksiya ilə mürəkkəbləşmiş sağ çiyin oynağının kistası” və “Kəskin leykoz” diaqnozu olan yetkin xəstələrdir.

Xatırladaq ki, azərbaycanlı ekofəallar dekabrın 12-dən Laçın-Xankəndi yolunun Şuşa rayonundan keçən hissəsində fasiləsiz etiraz aksiyası keçirirlər.
Bu agentliyin direktoru və əməkdaşları həbs edildiVətəndaşlara qarşı dələduzluq edən “Zamin Əmlak Agentliyi”nin direktoru və əməkdaşları həbs edilib.

Bu barədə Avrasiya.net-ə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlar ümumilikdə 78 nəfərin 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq ediblər

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu zərərçəkənlərə xüsusilə külli miqdarda ziyan vuran qrup üzvləri Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Belə ki, Xətai rayonunda fəaliyyət göstərən “Zamin Əmlak Agentliyi”nin direktoru vəzifəsində çalışan Oqtay Zərbalıyev, həmin agentliyin satış menecerlərin Ramin Nağdəliyev, Orxan Əliyev və Natiq Şahmuradov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən ümumilikdə 78 nəfərə şəxsi qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsi ilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində 78 epizod üzrə zərərçəkən şəxslərdən ümumilikdə 1.490.200 (bir milyon dörd yüz doxsan min iki yüz ) manat məbləğində pul alıb ələ keçirərək dələduzluq ediblər.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət İşi başlanılıb. Oqtay Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.

Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılanların digər şəxslərə qarşı da analoji cinayətlər törətməsi istisna edilmir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Xətai Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
İran Azərbaycanda “Hizbullah” yaradır - Sensasion iddiaBu günlərdə Knessetin (İsrail parlamenti) 30 deputatı İsraildə səfirliyin açılması münasibətilə Azərbaycan parlamentinin spikeri və parlament üzvlərini təbrik edib. İsrail mediasının bununla bağlı yaydığı məlumatda deyilir: “Sizi, dostlarımızı Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətilə təbrik edirik. Bu, iki ölkə arasında cəsarətli əməkdaşlığın təşviqində mühüm addımdır, Azərbaycan və yəhudi xalqları arasında çoxəsrlik dostluğun təbii davamıdır".

Deputatların fikrincə, iki ölkənin İran adlı ortaq və təhlükəli düşməni var: “Rəsmi Tehran hər iki xalqı məhv etməklə hədələyir və Azərbaycan ”Hizbullah"ını yaratmağa çalışır. Öz xalqını vəhşicəsinə qətlə yetirən və bütün dünyada terroru təşviq edən Ayətullah rejimi Azərbaycan xalqını beynəlxalq aləmdə dünyəvi hakimiyyətlərə qarşı yönəltmək üçün antisemitizm təbliğatı aparır".

İranın Azərbaycan dövlətinə münasibəti aşağı-yuxarı bəllidir. O da məlumdur ki, fars şovinist rejimi ölkəmizi qarışdırmaq və bulanıq suda “balıq” tutmaq üçün daima özünün burdakı proksi qüvvələrindən və milli xainlərdən istifadə edib. Az öncə sonuncuların bir qrupunun ifşası və həbsi buna şəkk-şübhə saxlamadı.

Bəs Azərbaycan “Hizbullah”ının yaradılması nə dərəcədə realdır?

Axar.az xəbər verir ki, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev Musavat.com-a deyib ki, İran illərdir ki, Azərbaycanda özünə tabe olan qruplaşmalar yaratmağa çalışır:

“Onlar illərdir ki, Azərbaycanda istifadə edilmək üçün silahlı dəstələr hazırlayırlar. Bu dəstələr birbaşa İran xüsusi xidmət orqanlarının nəzarəti altında formalışdırılır. Əsas məramları, məqsədləri Azərbaycanda qarışıqlıq salmaq, silahlı terror həyata keçirməkdir. Bu dəstələrin qarşısı alınır, tərksilah olunur, məhkəmə qarşısına çıxarılıb mühakimə olunurlar. Azərbaycan regionda sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atır. İran və Ermənistan xüsusi xidmət orqanları, onların birgə tandeminin çalışmaları illərdir ki, fiaskoya uğradılır, Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları bu təhdidlərin qarşısını alır”.

Deputat əmindir ki, İran tərəfinin Azərbaycanda “Hizbullah” yaratmaq cəhdləri də fayda verməyəcək:

“İllərdir ki, İran tərəfi ölkəmizdə bu istiqamətdə iş aparıb. Ən müxtəlif məzmunlu təbliğat xarakterli materialları Azərbaycana gətirərək yaymaqla bəzi cahil insanları öz ziyanlı təbliğatlarının təsiri altına sala biliblər. Azərbaycanda bu yolla şəriət dövləti yaratmağa çalışırlar. İran xüsusi xidmət orqanlarının təlimatçıları vasitəsilə təlimlər keçən və sonradan Azərbaycana göndərilən şəxslərin həbsi, məhkəmə qarşısına çıxarılması göstərir ki, cənub qonşumuz bu istiqamətdə fəaliyyətdədir.

Ötən ilin noyabrında Dövlət Təhlükəsizlik Xidməti (DTX) İranla əlaqəli, bu dövlətin kəşfiyyatına işləyən şəxsləri həbs etdi. Məlum oldu ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilib. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycanın suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplayıb. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət edib.

Başqa bir araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.

Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında vatsap tətbiqində yaradılan qapalı qruplar ifşa edilib. Məlum olub ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycanın Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilib. Bütün bunlar İran xüsusi xidmət orqanlarının Azərbaycanda fəaliyyətini göstərir. Hesab edirəm ki, DTX öz işini ən yüksək səviyyədə görür, əməliyyat şəraitinə tam nəzarət olunur".