Netanyahu MOSSAD rəhbəri ilə İranı müzakirə etdiİsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin rəhbəri kimi ilk görüşünü MOSSAD rəhbəri David Barnea ilə keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb.

Qeyd olunub ki, Netanyahu Barnea ilə əməliyyat və kəşfiyyat məsələlərini, həmçinin İranla bağlı müzakirələr aparıb.

Hindistan və Pakistan nüvə obyektlərinin siyahısını mübadilə edibHindistan və Pakistan iki ölkənin nüvə obyektlərinin siyahılarını, habelə qonşu ölkənin həbsdə olan vətəndaşlarının siyahılarını mübadilə ediblər.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Siyahıların ötürülməsi diplomatik kanallar vasitəsilə eyni vaxtda iki qonşu dövlətin paytaxtında həyata keçirilib.

Mübadilə bu cür obyektlərə hücumların qarşısının alınmasına dair 1988-ci il müqaviləsinə uyğun olaraq həyata keçirilib. 1991-ci il yanvarın 27-də qüvvəyə minən sənəd Cənubi Asiyanın iki qonşu nüvə dövlətinin hər ilin əvvəlində öz ərazisindəki nüvə obyektlərinə icazəsiz hücumların qarşısını almaq üçün bir-birini xəbərdar etməsini nəzərdə tutur. Bu tədbir regionda təhlükəsizliyi qorumaq üçün ən vacib tədbirlərdən biri hesab olunur.

Hindistan hazırda həbsdə olan 339 pakistanlı mülki məhbus və 95 pakistanlı balıqçının, Pakistan həbsdə olan hindistanlı və ya hindistanlı olduğu güman edilən 51 mülki məhbus və 654 balıqçının siyahısını paylaşıb.
“Müttəfiqlərimiz bizi tək buraxdılar” - PaşinyanErmənistanın baş naziri Nikol Paşinyan Yeni il gecəsi xalqa müraciətində deyib ki, “təhlükəsizlik müttəfiqləri” rəsmi İrəvanı tək buraxıblar.

Avrasiya.net-in məlumatına görə, Paşinyan bununla Putinin hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını ifadə edib.

Onun sözlərinə görə, 2021-ci ilin mayından 2022-ci ilin 13 sentyabrına qədər olan dövrdə Azərbaycanla hərbi qarşıdurma zamanı Ermənistanın təhlükəsizlik müttəfiqləri ya passiv müşahidəçi statusunda qalmağı üstün tutublar, ya da alternativ olaraq aktiv müşahidəçi statusu təklif ediblər.

Lakin baş nazirin sözlərinə görə, Ermənistan dünyada tək qalmayıb.

"Mən bu vəziyyətə biganə qalmayan və ölkəmiz qarşısında heç bir öhdəliyi olmayan, regionumuzda təhlükəsizlik və sabitliyin bərqərar olunmasına dəstək olaraq görünməmiş qərarlar qəbul edən ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür etmək istəyirəm", - Ermənistan hökumətinin başçısı bildirib.

O, bəyan edib ki, Ermənistan müstəqil, suveren, firavan və təhlükəsiz dövlət uğrunda mübarizə aparır.

Paşinyanın sözlərinə görə, Ermənistan 29 800 kvadrat kilometrlik ərazisini qorumaq üçün çətin yoldan keçir.



İran parlamentinin deputatı istefa verirİran parlamentinin Tehrandan olan deputatı İlyas Nadran mandatından imtinaya dair qanunverici orqanın Rəyasət Heyətinə ərizə təqdim edib.

“Report” xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb.

İ.Nadran yanvarın 1-də parlamentin açıq keçirilən iclasında sədr Məhəmmədbaqer Qalibafa müraciət edərək ərizəsini oxumağı istəyib.

Deputat mandatdan imtinaya aydınlıq gətirəcəyini də bildirib.
Rusiya son sutkada Ukraynada 760 hərbçisini itiribUkrayna müdafiəçiləri müharibə başlayandan indiyədək Rusiya ordusunun 106 720 hərbçisini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın digər döyüş itkiləri 3 031 tank, 6 084 zirehli maşın, 1 998 operativ-taktiki PUA, 2021 artilleriya sistemi, 423 reaktiv yaylım atəşi sistemi, 212 hava hücumundan müdafiə sistemi, 283 təyyarə, 16 gəmi, 269 helikopter, 723 qanadlı raket, 4 720 avtomobil və tanker, 181 xüsusi texnikadan ibarətdir.
Bəzi rayonlarda yollar buz bağlayacaqŞaxtalı hava şəraiti ilə əlaqədar gecə saatlarında dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bu barədə Avrasiya.net-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 1-də ölkə ərazisində arabir duman ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacağı gözlənilir.
“Bizim həqiqi dostlarımız yoxdur, tək qalmışıq” - Ermənilərin katalikosu“Əslində bizim əsl dostumuz yoxdur, indi tək qalmışıq”.

Bunu Erməni Apostol Kilsəsinin katolikosu I Aram yeni il videomüraciətində qeyd edib.

O, ermənilərin Yeni ili həyəcanlı şəraitdə qeyd etdiyini, onların həyatının ümidsizlik və qeyri-müəyyənliklə dolu olduğunu vurğulayıb.

Katolikos I Aram Ermənistanın yenidən böyük dövlətlərin çəkişmə meydanına çevrildiyini bildirərək, bu sırada qonşu dövlətləri, o cümlədən Azərbaycanı ittiham edib:


“Əslində bizim həqiqi dostlarımız yoxdur, biz təkik, milli strategiyamız yoxdur, milli təhdidlərə birlikdə qarşı çıxmaq üçün vahid cəbhəmiz yoxdur. Biz ancaq bir-birimizi günahlandırırıq, “Artsax” azad edilmiş torpaqların çoxunu itirib və mövcudluq uğrunda mübarizə aparır. Ermənistan da öz fövqəldövlətini, mövcudluğunu itirə bilər.



Və nə etməli, kimə etibar etməli? Cavab aydındır - biz yalnız öz gücümüzə güvənməliyik. Qurtuluşumuzun yeganə yolu budur. Alternativ yoxdur”.



Kataliokos bütün erməniləri birləşməyə çağırıb.


Qeyd edək ki, kilsə uzun müddət dövlətçiliyi olmayan ermənilərin sıx birləşməsində xüsus rol oynayıb. Erməni kilsəsi tək dini məsələlərlə qənaətlənməyib, həm də siyasi məsələlərlə məşğul olub.


Hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir - Erməni Qriqoryan Kilsəsi və Erməni Apostol Kilsəsi. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.

Erməni Qriqoryan Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.

Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir. Bəzi məlumatlara görə, Eçmiədzindəki katolikosla Kilikiyada katalikos arasında ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur.



Bunlardan əlavə, erməni kilsəsinin daha iki muxtar patriarxatı da mövcuddur ki, bunlar İstanbul və Qüdsdə yerləşir.

Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxlığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.

Qeyd edək ki, "erməni dövləti" fikirini ortaya atanlar məhz erməni kilsəsi və erməni ruhanilər olub.

Kilsə xadimləri siyasi təbliğat aparır, əhalidən müxtəlif siyasi və hərbi güclərə dəstək vermələrini istəyir, bu məqsədlə ianə toplayırlar. Həmçinin erməni kilsəsi aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdir. Kilsə xadimlərinin səyi nəticəsində müxtəlif ölkələrdə bir çox erməni məktəbi açılıb.

Bir çox erməni kilsə xadimləri ermənilərin terror fəaliyyətini qınamaq əvəzinə, ona bəraət qazandırır.
Xankəndi-Laçın yolunda etiraz aksiyası yeni ilin ilk günündə də davam edirAzərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi bir gündür davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Bu gündən azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə 600 manat müavinət veriləcəkBu gündən azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə 600 manat müavinət veriləcək
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə bu gündən ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.

Bu, daha əvvəl Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.