İranln nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib - Videoİran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.

Bu barədə DTX-dən bildirilib.

Məlumatda deyilir ki, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir.

Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilmişdir ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan Respublikası vətəndaşlarından ibarət gizli yaradılmış qanunsuz silahlı birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib, hazırda İranda gizlənən İbrahimbəyli Tohid Alim oğlu, Əsədov Rövşən Elçin oğlu, Məmmədov Orxan Kəmran oğlu, Hacıyev Elşad Elçin oğlu (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.

Ötən müddət ərzində qanunsuz silahlı birləşmə tərəfindən əsasən əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, habelə özlərini “Müsəlman Birliyi Hərəkatı” adlandırdıqları təşkilatın üzvü hesab edən şəxslərin sırasından seçilmiş Azərbaycan Respublikası vətəndaşları üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunmuş, qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması Azərbaycanda qadağan edilmiş müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb.

Cinayət işi üzrə əvvəllər məhkum edilmiş Hüseynov İskəndər Hani oğlu, Haqverdiyev Tural Səfər oğlu, Şükürov Eltun Əli oğlu və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.

Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib.

Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub.

Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.

Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir.

Dövlət Təhlükəsizliyi Xidməti hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan Respublikası vətəndaşlarına qarşı ən kəskin tədbirlərin görüləcəyini, onların ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklərini vurğulayır, xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.
Vüsal Quliyev: 44 günün hər günü bizim şanlı tariximizdirZəfər forumunun növbəti ünvanı oktyabrın 31-də İsmayıllı rayonu olub. İsmayıllı, Şamaxı, Ağdaş, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının iştirakı ilə keçirilən Zəfər Forumu İsmayıllı rayon Mədəniyyət Mərkəzində təşkil edilib.

Forumda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər birimiz bundan sonra da Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməklə bütün gələcək uğurlarımızın şahidi olacağıq. Bu danılmaz həqiqətdir ki, Prezident seçildiyi ilk gündən İlham Əliyev Azərbaycanın işğalla barışmayacağını dəfələrlə bəyan etdi və vədinə sadiq qalaraq xalqımızı qalib xalqa çevirdi, bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi.

Forumda iştirak edən şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub
Əlcəzair xalqına qarşı qəddarlıqla müstəmləkə siyasəti aparılıb - Prezident“Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram”.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazıb.

Prezident İlham Əliyev vurğulayıb ki, Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir: “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Dövlət başçısının sözlərinə görə, amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunub: “Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm”.
"Soçi görüşünü Azərbaycan üçün uğurlu hesab etmək olar"Soçidə üçtərəfli görüşdə qəbul olunmuş Bəyanatı və ümumiyyətlə, bu görüşün nəticələrini Azərbaycan üçün uğurlu hesab etmək olar. Zatən biz bu görüşdən öncəki açıqlamalarımızda da qeyd etmişdik ki, İlham Əliyev Azərbaycanın maraqlarını qorumağı bacarır. Belə də oldu. Bu görüşdə Azərbaycan heç bir məsələdə geri çəkilmədi, güzəştə getmədi.

Hətta üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan ikitərəfli görüşdə də İlham Əliyev qətiyyətli və prinsipial mövqe sərgiləyərək birmənalı surətdə bildirdi ki, "Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışılacaq heç bir mövzu yoxdur". Bu mövqe biraz sonra keçirilən üçtərəfli görüşə də öz damğasını vurdu.

Ermənistan baş nazirinin görüş zamanı irəli sürdüyü təxribatçı xarakterli təkliflərin heç biri qəbul olunmadı. Əksinə, görüşün sonunda imzalanan üçtərəfli Bəyanatı imzalamaqla Nikol Paşinyan Azəbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini növbəti dəfə qəbul etməli oldu

Bu görüşün ən mühüm nəticəsi isə o oldu ki, Qarabağda yaşayan ermənilərin statusu məsələsi ümumiyyətlə, gündəmə gətirilmədi və bununla da bu məsələnin Azərbaycanın daxili işi olduğu faktı bir daha hər kəs tərəfindən qəbul edildi. Bütövlükdə bu görüşün nəticələrini sülhə doğru önəmli bir addım hesab etmək olar.

İndi yekun sülh müqaviləsinin imzalanmasına bir addım da yaxınlaşmış olduq. Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması üçün əlverişli imkanlar yaranmağa başlayır. Amma biz təkcə Soçi formatına deyil, Brüssel formatına da əsaslanmalıyıq. Ermənistan tərəfinin bu iki format arasında manevr etmək imkanlarını məhdudlaşdırmalıyıq. Paralel olaraq hər iki format çərçivəsində dominantlığımızı qoruyub saxlamalıyıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Sevgilisindən ayrılan oğlan özünü 17-ci mərtəbədən atdıBakıda gənc oğlanın özünü binanın 17-ci mərtəbəsindən atması ilə bağlı detallar məlum olub.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, 27 yaşlı Babayev Mirabdulla Rafiq oğlu sevgilisindən ayrılıb. Son zamanlar onun sevgi münasibətlərində gərginlik olub.

Mirabdullanın məhz bu səbəbdən özünü öldürməsi ehtimal olunur.

İntiharın dəqiq səbəbləri isə Nizami rayon Prokurorluğunda davam etdirilən araşdırmalar nəticəsində bilinəcək.

Qeyd edək ki, paytaxtın Nizami rayonu, Özbəkistan küçəsində Bakı sakini özünü 17-ci mərtəbədən ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.
“Qardaş Türkiyənin dəstəyi qələbəyə inamı artırdı” Sovet imperiyasının dağılmasından sonra öz dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın müstəqilliyini rəsmi olaraq tanıyan ilk dövlət qardaş Türkiyə Respublikası olmuşdur. 30 ildən artıq olan iki dövlət arasındakı münasibətlər sevindirici haldır ki, hazırda dostluq və qardaşlıq səviyyəsinə qədər yüksəlmişdir. Azərbaycan və Türkiyə qədər dünyada bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan dövlət yoxdur. Ölkələrimiz arasında mövcud olan birliyimiz - həmrəyliyimiz isə dünyaya nümunədir.

Qeyd etməliyik ki, hazırda ölkələrimizi birləşdirən amillər çoxdur. Ən əsası ortaq tarixi keçmiş və milli-mənəvi dəyərlər, dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərimizdir. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha nümayiş etdirdi. Tarix boyu Azərbaycan Türkiyə qardaşlığı iqtisadi, siyasi və hərbi əməkdaşlıqdan daha güclü olmuş və hər hansı marağa söykənməməklə ilk növbədə mənəvi anlam və bağlılıq kəsb etmişdir. Bu bağlılıq və birliyi bütün dünyaya olduğu kimi tanıdansa heç şübhəsiz 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “Azərbaycan yalnız deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır” fikirləri bir çoxları üçün ciddi mesaj olmuşdu. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı.

Postmüharibə dövrünün reallıqları da bu gerçəkliyi təsdiqləyir. Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi - Şuşa Bəyannaməsinin imzalanması isə şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. Bu, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bəlli oldu ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündədir. Bundan əlavə “Böyük Qayıdış”ın və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin həyata keçirilməsində Türkiyə dövləti yaxından iştirak etməkdədir.

Birlik anlayışımız, həmrəylik fəlsəfəmiz isə həm milli, həm regional miqyaslı, həm də bəşəri xarakterlidir. Azərbaycan ilə Türkiyənin təşəbbüsləri, fəaliyyəti, eyni zamanda, İslam coğrafiyasında, Türk dünyasında sülhə, təhlükəsizliyə, əməkdaşlığa və ən əsası, həmrəyliyə yönəlib.

Son günlərdə izlədiyimiz proseslər eyni zamnda Azərbaycan-Türkiyə birliyinin təntənəsidir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. İki qardaş ölkənin Liderləri istənilən məkan və zamanda söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni zirvələrə birlikdə addımlayırlar. Bu, həm daha güclü Türkiyə və Azərbaycan deməkdir, həm də regionda, İslam coğrafiyasında, Türk dünyasında və dünyada sülhə, firavanlığa qarşılıqlı anlaşmaya və həmrəyliyə töhfədir. Biz birlikdə güclüyük!

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
İki akademik Rəyasət Heyətinin üzvlüyündən çıxarıldıAkademiklər Adil Qəribov və Fikrət Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin üzvlüyündən azad olunublar.

Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub.

Belə ki, iclasda akademiklər Adil Qəribov və Fikrət Əliyevin bu vaxta qədərki səmərəli fəaliyyəti qeyd edilməklə Rəyasət Heyətinin üzvlüyündən azad olunmaları məsələsi həll edilib.

Hər iki tanınmış alim AMEA-nın Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunub.
Nikol İrana yeni silahlar, kamikadze dronlar almağa gedibErmənistanın Baş naziri Nikol Paşinyan İrana yeni silahlar, kamikadze dronlar üçün gedib. Nikolun Tehranın daha fəal siyasi mövqeyinə ehtiyacı var. Amma unutmayaq ki, İrəvana hazırda Qərb də dəstək verir.

Bu fikirləri tanınmış rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bölüşüb.

“İlin sonuna qədər sülh sazişinin imzalanması böyük ehtimalla baş tutacaq, eyni zamanda Azərbaycan Ermənistanın bu müddət ərzində də yeni təxribatlarına hazır olmalıdır. Amma hazırda nəyisə dəqiq söyləmək çox çətindir. Proseslər dinamik şəkildə cərəyan edir. Buna əsaslanaraq nəyinsə dəqiq proqnozlaşdırılması olduqca problemlidir. Ona görə də mən 60% qeyd edirəm ki, sülh müqaviləsi ilin sonuna kimi imzalanacaq, 40% - imzalanmayacaq. Mən Bakının sülh müqaviləsi bağlamaq istəyini başa düşürəm, İrəvanın “status” məsələsini yenidən qabartmaq və Avropa strukturlarına təzyiq göstərmək üçün bir fürsət imkanını Azərbaycanın rədd etmək istəyi də başa düşüləndir. Güman edirəm ki, Azərbaycan Prezidenti bütün bunları görür və diplomatiyasını elə quracaq ki, son nəticə ölkəsinin lehinə və məlum 5 prinsip əsasında olsun”, - deyə o bildirib.
ABŞ Ukraynaya 8 ədəd NASAMS göndərirABŞ Ukraynaya ümumilikdə səkkiz NASAMS hava hücumundan müdafiə sistemi təhvil verəcək.

Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat verib.

“ABŞ Ukraynaya səkkiz NASAMS sistemi göndərəcək. Bu sistemlərdən ikisi yaxın gələcəkdə Ukraynada olacaq, altısı isə sonradan veriləcək. Biz həmçinin VAMPIRE daxil olmaqla, dronlara qarşı mübarizə vasitələrini təmin etməyi öhdəmizə götürmüşük”, - məlumatda qeyd edilib.
Partiyalara maliyyə yardımı subsidiya kimi veriləcəkGələn il siyasi partiyalara ayrılacaq maliyyə yardımının həcmi məlum olub.

Avrasiya.net xəbər veir ki, bu barədə Hesablama Palatasının 2023-ci il Dövlət büdcəsinin layihəsinə rəyində əksini tapıb. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə qeyd olunub.

Sənədə əsasən, 2023-cü ildə siyasi partiyalara 5 milyon manat ayrılacaq.

Qeyd edək ki, siyasi partiyalara verilən maliyyə yardımı “malların (işlərin və xidmətin) satınalınması” bölməsinin “sair xərclər” maddəsində nəzərdə tutulmuşdusa, gələn il dövlət büdcəsində bu yardım “qeyri-dövlət müəssisələrinə subsidiyalar” üzrə nəzərdə tutulub. Xatırladaq ki, 2022-ci ildə də siyasi partiyalara 5 milyon manat maliyyə yardımı ayrılıb.