Sizin Reklam Burada

Region QHT-ləri: mətbuat onların fəaliyyətini işıqlandırmaqda nə dərəcədə maraqlıdır?

Region QHT-ləri: mətbuat onların fəaliyyətini işıqlandırmaqda nə dərəcədə maraqlıdır?Yaxud bölgələrdə fəaliyyət göstərən QHT-lər mətbuat və sosial medianın imkanlarından yararlana bilirlərmi?

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi üzrə araşıdrmalarımz başa çatmaq üzrədir. Bu çərçivədə son iki məqaləmiz region QHT-ləri, daha dəqiq desək, onların mətbuat və sosial media ilə iş məsələsində üzləşdikləri çətinliklərlə bağlı olacaq.

Beləliklə, Azərbaycanın müxtəlif regionlarını təmsil edən beş QHT-nin timsalında duruma nəzərə salmağa çalışacağıq. Konkret faktlara keçməzdən öncə isə qeyd edək ki, Vətən müharibəsində qalib gələn Azərbaycan bir dövlət olaraq qarşısına yeni hədəflər qoyub. Hımin hədəflərə çatmaq üçün isə dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür.

Çünki xalqla, əhali ilə hökumət arasında körpü rolunu oynayan QHT-lərin fəlaiyyəti özlüyündə çox böyük missiya daşıyır. Dünyada 10 milyondan çox QHT var ki, bunlardan da, təxminən, 4 mini məhz Azərbaycanın payına düşür. QHT-lərin fəaliyyəti ölkənin coğrafi mövqeyindən, inkişafından, mədəniyyətindən, sosial rifahının səviyyəsindən asılı olaraq, müxtəlifli istiqamətləri əhatə edir.

Qeyd etdiyimiz kimi ümumilkdə, 4 minə yaxın QHT-nin əsas və böyük hissəsi paytaxtda fəaliyyət göstərir. Az hissəsi isə regionların payına düşür. Bu da, təbii, səbəbsiz deyildir. Müşahidələr və araşdırmalar göstərir ki, bölgələrdəki QHT-lərin sayı və aktivlik dərəcəsi həmin bölgədə əhalinin ümumiyyətlə, QHT-lərin nədən ötrü yaradılması, iş prinsipi, fəaliyyət mexanizmi, məramının və auditoriyasının, tərəfdaşının kimlər olması barədə məlumatlara nə dərəcədə malik olmasından da asılıdır.

Bu məqamda qeyd edək ki, regionlardakı QHT-lərin fəaliyyətində bu gün onlara dəstək olacaq qüvvələrdən biri də KİV orqanları, mətbuat, sosial mediadır. Bəs mətbuat onların fəaliyyətini işıqlandırmaqda nə dərəcədə maraqlıdır? Öz fəaliyyətlərinin təbliği, nümayişi, hədəf auditoriyasının müəyyənləşməsi məqsədilə günümüzün reallığı olan sosial mediadan, onun üstünlüklərindən, yaratdığı imkanlardan istifadə edə bilirlərmi?


Vamiq Babayev: Xəbərlərimizin mətbuatda yayılmasında biz özümüz də maraqlıyıq

Bu suallara cavab tapmaq üçün ilk müraciət etdiyimiz 2005-ci ildən Lənkərandafəaliyyət göstərən "Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev oldu. V.BabayevQHT-lərin fəaliyyətilə bağlı məlumat verərkən öncə bildirdi ki, onlar bölgələrdə işlərini yalnız layihələr əsasında qurur: “Yəni hər hansı bir qurum tərəfindən maliyyə vəsaiti, maliyyə dəstəyi göstərildikdə, həmin donorun sayəsində müəyyən fəaliyyətlər icra edə bilirlər. Belə layihələrin müddəti 3, maksimum 4 ay çəkir və il ərzində cəmi bir dəfə mümkün olur”.

Ancaq gənclərlə bağlı təşkilatlarda vəziyyət bir qədər fərqlidir. Çünki belə təşkilatların donorları da fərqlidir. V.Babayevin sözlərinə görə, regional təşkilatlar öz layihələrindən başqa, bəzən tərəfdaş olaraq başqa layihələrə də qoşula bilirlər.

Bəs auditoriyanı fəaliyyətləri barədə hansı platforma üzərindən məlumatlandırırlar? Həmin sualı cavablandıran V.Babayev dedi ki, mətbuatla əməkdaşlıq məsələsini donor təşkilatı bizim qarşımıza şərt kimi qoyur: “Amma məhz şərt olduğuna görə deyil, xəbərlərimizin mətbuatda yayılmasında biz özümüz də maraqlıyıq. İstəyirik fəaliyyətimiz nəzərə çarpsın və ara-sıra da olsa, diqqəti cəlb edə bilək. Tədbirlərimiz, layihələrimiz barədə bir sıra mətbu orqanına məlumat ötürürük, press-relizlırimizi göndəririk. Onlardan bəziləri, məsələn, 100 faizdən 5 faizi bizim xəbərləri öz saytlarında yerləşdirirlər. Bu 5 xəbər saytından da, uzağı, 2-si, bunu təmənnasız edir, digərləri isə ödəniş tələb edir”.

Vamiq Babayevin sözlərinə görə, təmsil etdiyi cənub bölgəsində elə təşkilatlar var ki, onların layihələri, ümumiyyətlə, ödənişsiz işıqlandırılmır. İşqılandırmanın yeganə şərti yalnız ödənişdir: “Məhz buna görə də həmin təşkilatlar hər bir press-relizə görə ödəniş edir. Donor təşkilatların tələbinə uyğun olaraq, layihə barədə xəbərin bəzən 5-6, hətta 10 media tərəfindən işıqlandırılmasına ehtiyac yaranır. Ödəniş edilmədiyi təqdirdə isə buna təmənnasız nail olacağına ümid bəsləmək mənasızdır. Öz təşkilatımıza gəlincə isə, bəlkə də bizim QHT turizm yönümlü olduğuna, həm də biz daha çox sosialyönümlü layihələr həyata keçirdiyimizə görə press-relizlərimizi göndərdiyimiz mətbu qurumların, məsələn, 100 faizindən 10-u bizə “yox” demir, xəbərimiz təmənnasız yerləşdirir. Buna görə bizdən hələ ki ödəniş tələb edilməyib. Həm də ona görə ki, bəzən ümumrespublika səviyyəli layihə olanda biz mətbuatla işləyən gəncləri, ayrı-ayrı şəxsləri də layihəyə cəlb edirik. Onların da ümumi işə təsiri olur. Ən sonda, təbii ki, şəxsi əlaqələrimizdən də istifadə edirik. Amma biz də gələcəkdə mətbuat üçün cüzi də olsa, vəsaiti nəzərdə tuturuq. Çünki fəaliyyətimizin daha nüfuzlu saytlarda da işqılandırılmasını istəyrik. Bizim kimi daha bir neçə belə təşkilat var. Amma əksəriyyət xəbərini yaymaqda çətinlik çəkir”.

Sosial media platformasına gəlincə, QHT sədri deyir ki, bəzi təşkilatların sosial şəbəklələrdə səhifələri var. QHT-lər layihələri barədə məlumatları məhz orada yaymağa çalışırlar. Seçim sosial şəbəkədirsə, bu halda məlumatların təşkilat rəhbərinin öz səhifəsində paylaşılmasına daha çox üstünlük verilir, nəinki təşkilatın səhifəsində.


Fərman Nəbiyev: Təəssüf ki, QHT tədbirləri onların auditoriyası üçün cansıxıcı və maraqsızdır

Digər həmsöhbətimiz "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri Fərman Nəbiyevin sözlərinə görə isə medianın öz maraq dairəsi və auditoriyası var: “Təəssüf ki, QHT tədbirləri onların auditoriyası üçün cansıxıcı və maraqsızdır”.

F.Nəbiyev bildirir ki, media daha çox kriminal xəbərləri yaymaqda maraqlıdır: “Məsələn, bir müddət əvvəl Mingəçevirdə, "Kür" Olimpiya Təlim İdman Mərkəzində mini-futbol yarışı təşkil olunmuşdu. Yarış başladığı ərəfədə həmin ərazidə olan iki qadın nəqliyyat vasitəsinin qurbanına çevrildi. Bütün KİV-lər qəza hadisəsini manşetə çıxardılar. Bu xəbər yarış barədə yazı ilə müqayisədə on dəfələrlə çox oxundu”.

QHT sədri deyir ki, medianın əsas vəzifələrindən biri maarifləndirmədir: “QHT-lər də eynilə bu işlə məşğuldurlarsa, niyə bir-birinə dəstək olmasınlar? İlin əvvəlində biz USAİD-in dəstəyi ilə ECSOFT proqramı çərçivəsində orta məktəblərin idarə olunmasında valideyn iştirakçılığını artırmaq istəyirdik. Repetitorluğun geniş yayıldığı zamanda bu layihəyə mətbuatın kifayət qədər diqqət ayıracağını gözləyirdik. Amma elə olmadı. Sosial şəbəkələrdə məlumat paylaşırıq, amma bəyənmələr çox olsa da, hədəf auditoriyaya aid şəxslər az olur. Sosial şəbəkələr ödəniş edən zaman məlumatı daha böyük kütləyə çatdıra bilirlər. Amma ödəniş etmədikdə sənin mesajını bir növ gizlədərək, əksəriyyətin görməsinə imkan yaratmırlar”.

F.Nəbiyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu ildən informasiya yayım xidməti üçün layihədə vəsait ayrılmasını əsas tələb kimi irəli sürməsi məsələsinə də toxundu. Onun fikrincə, bu, bir tərəfdən yaxşıdır ki, artıq informasiya yayımı ilə məşğul olacaq tərəfə ödəniş edə biləcəklər. Amma bu da problemin nəinki həlli yolu deyil, üstəlik, yeni çətinliklər yaradır:“Məbləğ cüzidir. Amma ən pisi budur ki, əvvəllər məlumatımızı təmənnasız dərc edən KİV mənsubları indi deyirlər ki, pulu kimə vermisinizsə, məlumatınızı da o yerləşdirsin. Biz layihə çərçivəsində məcburi köçkünlərin məşğulluq ehtiyaclarını araşdırırıq. Bu məsələ ölkə üçün hazırda ən aktual məsələlərdəndir. Amma KİV-i tədbirlərimizə çağırırıq, gəlmir. Bəziləri də açıqca deyir ki, xəbərinizi yerləşdirmək üçün pul ödəməlisiniz. Bizim isə hər KİV-ə ayrıca pul ödəməyə imkanımız yoxdur”.

(Ardı var)

Cavid Şahverdiyev

Məqalə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər