"Mina terroru da terrorizmin başqa bir üzüdür"Bu gün işğaldan azad edilmiş ərazilərimizdə iki dəfə mina partlayışı baş verib. Söhbət Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı Ağdamın Yusifcanlı kəndində baş verən mina partlayışından və Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktorun minaya düşməsindən gedir.

Yusifcanlı kəndində qeydə alınan partlayış nəticəsində üç nəfər xəsarət alıb. Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır. Onlar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.

Fizuli rayonunda baş verən mina partlayışı nəticəsində isə xoşbəxtlikdən heç kim xəsarət almayıb, sadəcə traktora ziyan dəyib.

Amma hər iki partlayışın nəticəsi gözlənildiyindən daha ağır da ola bilərdi.

Dünya birliyi bilməlidir ki, ermənilərin istər 30 illik işğal dönəmində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ərazilərimizdə basdırdıqları minalar nəticəsində son iki ildə artıq 250 nəfərdən çox mülki vətəndaşımız və hərbçilərimiz ya həlak olub, yadaki ağır xəsarət alıb, şikəst olub. Bəli, Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin yerli media nümayəndələrimizə müsahibəsi zamanı qeyd etdiyi kimi erməni terroru bu gün də davam edir. Mina terroru da terrorizmin başqa bir üzüdür.

Əfsuslar olsun ki, Ermənistanın "vəkil"liyini edən böyük dövlətlər və beynəlxalq təşkilatlar isə bu ölkənin Azərbaycana qarşı mina terrorunu davam etdirməsini görməzdən gəlirlər. Onlar Ermənistanın diversiya qruplarının Azərbaycan ərazilərində mina yerləşdirməsini pisləmək və "Minalara son!” demək əvəzinə, Azərbaycana təzyiq göstərməyə, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməyə üstünlük verirlər. Çünki beynəlxalq hüquq, ədalət anlayışları nə yazıq ki, artıq çoxdan deformasiyaya uğrayıb.

Lakin hər şeyə rəğmən biz ermənilərin mina terrorunu ifşa etməyə, Ermənistanın havadarlarını fakt qarşısında qoymağa davam etməliyik. Çünki hətta ən qatı ermənipərəst çevrələr və liderlər də təkzibedilməz faktlar qarşısında aciz qalanda geri çəkilməli və həqiqəti etiraf etməli olurlar. Biz son iki ildə dəfələrlə bunun şahidi olmuşuq. Odur ki, hücum diplomatiyamızı və əks təbliğatımızı eyni intensivliklə davam etdirməliyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
BDU-nun 4 tələbəsi suşidən zəhərləndiBakı Dövlət Universitetinin 4 tələbəsi suşidən zəhərlənib.

Avrasiya.net xəbər verir ki, onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.

KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu Report-un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".
Ağdamda mina partladı: xəsarət alanlar varAğdam-Füzuli avtomobil yolunun inşası zamanı baş verən mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb.

Avrasiya.net xəbər verir ki, hadisə Ağdamın Yusifcanlı kəndində qeydə alınıb.

Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır.

Yaralılar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar.
Azərbaycan millisi tarixi uğura imza atıbAzərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən verilən məlumata görə, İtaliyanın Yezolo şəhərində keçirilən WAKO uşaq, yeniyetmə və gənclərin dünya çempionatının son günündə milli komanda daha 1 qızıl medal qazanıb.

Bu, "Ağ canavar" ləqəbli Amin Quliyevdir. O, kikboksinqin "Low kick" versiyasının 60 kq çəki dərəcəsində türkiyəli Mustafa Soner Kılınça qalib gələrək, ardıcıl ikinci dəfə gənclər arasında dünya çempionu olub. Həmçinin, bu gün Vüqar Məmmədov "Low kick" (-60 kq) və Akif Quluzadə K1 (-57 kq) versiyalarının finalında uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, 38 idmançı ilə dünya çempionatına yollanmış Azərbaycanın yeniyetmə və gənclərdən ibarət millisi tarixi nəticəyə imza atıb. Bunlardan 20 idmançı Bakıya medalla dönəcək. Həmin medalların əyarı 7 qızıl, 6 gümüş və 7 bürünc medaldır. İndiyədək AKF idmançıları həm medal sayı, həm də əyar baxımından belə nəticə göstərməyib.

Bir daha xatırladaq ki, yeniyetmə və gənc dünya çempionlarımız bunlardır: Murad Gəncəliyev (K1, -45 kq), Rafiq Babazadə (K1, -48 kq), Sübhan Məmmədov (low kick, -45 kq), Ramal Zeynallı (low kick, -48 kq), Elvin Məmmədov (low kick, -54 kq), Amin Quliyev (low kick, -60 kq), Nizami Əliyev (kick light, -32 kq).

Rinat Qiyasov (low kick, -45 kq), Renat Qiyaslı (low kick, -51 kq), Vüqar Məmmədov (low kick, -60 kq), Akif Quluzadə (K1, -57 kq), Əli Cəfərli (full contact, -54 kq) Kənan Cəfərli (kick light, -57 kq) gümüş, Şükür Aslanlı (low kick, -42 kq), Mahmud Hüseynov (-57 kq), Nicat Ələkbərli (low kick, -63,5 kq), Səfərəli Vəhədov (low kick, -71 kq), Gülməmməd Səfərli (low kick, +81 kq), Elton Hüseynov (low kick, +91 kq), Murad Məmmədov (full contact, -60 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, ötən il Monteneqronun Budva şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.
“Ekstremist fikirləri bizə din adı altında təbliğ etməyə gərək yoxdur”"Müasir İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə çərçivəsində Bakı şəhərində ikinci tədbirini keçirib.

Tədbirdə Müasir İnkişaf Birliyinin sədri, layihənin rəhbəri Mübariz Göyüşlü geniş çıxış edib və təmsil etdiyi QHT-nin fəaliyyətindən, onun milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, multikulturalizmin təbliği istiqamətində gördüyü işlərdən danışıb. O, Azərbaycandakı multikultural həyat, cəmiyyətdə dini-etnik harmoniya barəsində fikirlərini ətraflı şəkildə tədbir iştirakçıları ilə bölüşüb. M.Göyüşlü ölkəmizdə dini və etnik zəmində heç bir problem olmadığını, lakin kənar müdaxilələr nəticəsində bunu pozmağa çalışan qüvvələrin mövcudluğunu xatırladıb. Çıxışçı, pozucu qüvvələrə qarşı yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin mübarizə aparmalı olduğunu deyib. M.Göyüşlünün sözlərinə görə Azərbaycan insanının dinə, milli məsələlərə münasibəti aydın və dəqiqdir. “Kimlərsə kənardan ekstremist fikirlərini bizə din adı altında təlqin etməyə çalışmasınlar, buna nail ola bilməyəcəklər” deyən M.Göyüşlü Azərbaycanın multikulturalizm modelinin dünyaya da örnək ola biləcəyini vurğulayıb. Çıxışçı Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində təbliğ və inkişaf etdirilməsi haqqında fikirlərini bölüşüb.

Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, ictimai fəal Anar Salehoğlu ölkəmizdəki dini və etnik münasibətlərin tarixi haqqında fikirlərini bölüşüb. O, tarixi faktlara istinad edərək xalqımızın milli-azadlıq, dövlətçilik, dövlət quruculuğu istiqamətində həyata keçirdiyi çalışmalardan bəhs edib. A.Salehoğlu müasir dövrdə ölkəmizdə multikultural vəziyyətdən, dövlət səviyyəsində bu istiqamətdə görülən işlrin nəticələrindən də danışıb.

Tədbirdə Müstəqil Mətbuat Mərkəzinin sədri, politoloq Elçin Xalidbəyli ilə yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun, Bakı Dövlət Universitetinin tələbələri də iştirak və çıxış ediblər. Tədbirdə səslənən önəmli təklif və tövsiyyələr qeyd edilib və aidiyyatı qurumlara çatdırılması qərarlaşdırılıb.

Qeyd edək ki, "Müasir İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi "Azərbaycanın multikulturalizm modelinin mənəvi-mədəni irsin qorunmasında rolu" adlı layihə iki aylıq müddəti əhatə edir.
Bakı məktəbində yenə şagird DÖYÜLDÜBakıda məktəbdə şagird döyülüb.

Avrasiya.net lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı orta məktəbdə baş verib. 10 yaşlı V.M. digər məktəbli tərəfindən döyülüb.

Bu barədə zərərçəkmiş şagirdin valideynləri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət ediblər.

Hazırda araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün öncə Sabunçu rayonunda yerləşən 310 nömrəli məktəbdə müəllimin 4-cü sinif şagirdini döydüyü iddia olunurdu.
İranda azərbaycanlı zabitlər həbs olunduTəbriz və Mərənddə azərbaycanlı zabitlərin həbs olunduğu barədə məlumat yayılıb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, məlumatda Təbrizdə yerləşən xüsusi təyinatlı qüvvələrin 121-ci briqadası və Mərəndin 321-ci briqadasının 19 azərbaycanlı zabit və hərbçisinin həbs edildiyi deyilir.

Həbslərin SEPAH-ın Kəşfiyyat Təşkilatı və İran Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının kəşfiyyat bölməsinin əməkdaşlığı ilə həyata keçirlidiyi qeyd olunub.

Məlumat barədə hələlik rəsmi açıqlama verilməyib və İran mediası xəbər yaymayıb
Ankara Afinaya S-400-lərlə cavab verər - EkspertƏgər Yunanıstan Cənubi Kiprə əlavə qoşun göndərərsə, Türkiyə də buna qarşı cavab olaraq Şimali Kipr Türk Cümhuriyyətinə əlavə hərbi texnika göndərə bilər.

Axar.az xəbər verir ki, bunu ölkə mətbuatına açıqlamasında türkiyəli hərbi ekspert Kamal Olçar deyib.

“Misal üçün, Yunanıstan Cənubi Kiprə S-300 hava hücumundan müdafiə sistemlərini yerləşdirsə - necə ki, bir neçə il əvvəl bu addımı atmışdı - Türkiyə də Şimali Kipr Türk Cümhuriyyətinə arsenalındakı S-400 sistemlərini göndərər. Və yaxud da Şimali Kiprdə daha yüksək imkanları olan silah sistemi quraşdırar. Bu addımların sonu yoxdur”, - ekspert vurğulayıb.
Kanadadan İranla bağlı qərar: 10 min SEPAH üzvü...Kanada SEPAH-a qarşı sanksiya paketi hazırlayıb.

Axar.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trudo jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni qərara əsasən 10 min SEPAH üzvünün Kanadaya girişinə birdəfəlik qadağa qoyulub:

“Bu qərar İran hakimiyyətinin yüksək səviyyəli rəsmilərinə də aid edilir. Biz bu rejimi devirmək üçün əlimizdə olan ən güclü vasitələrdən istifadə edirik. İmmiqrasiya və Qaçqınların Müdafiəsi Aktındakı, rejimlərin müharibə cinayətləri və ya soyqırım törətməsinə qarşı hazırlanan maddələr bu qərarın icrası üçün istifadə ediləcək”.
KİV: “Respublikaçılar ABŞ Konqresinə nəzarəti ələ keçirə bilər”ABŞ-da noyabrda keçiriləcək aralıq seçkilər nəticəsində Konqresdə çoxluq demokratlardan respublikaçılara keçə bilər.

“Report” xəbər verir ki, bu barədə “Real Clear Politics” məlumat yayıb.

Bildirilib ki, ABŞ telekanalları və sosioloji xidmətlərinin regional sorğuları bunu təsdiqləyir.

Qeyd olunub ki, noyabrda keçiriləcək aralıq seçkilərinə bir ay qalmış Respublikaçılar Partiyası Nümayəndələr Palatasında 220 yer uğrunda mübarizədə açıq-aşkar öndədir və səs çoxluğu əldə edə bilər. Sorğulara əsasən, Demokratlar Partiyası Nümayəndələr Palatasında 180 yerə sahib ola bilər. Amma 35 mandat uğrunda mübarizədə hansı partiyanın namizədinin qalib gələcəyi aydın deyil.

Bundan başqa, Senatda respublikaçılar 47 yer, demokratlar isə 46 yer qazana bilər. Daha 7 mandata hansı partiyanın sahib olacağı məlum deyil. Amma respublikaçı namizədlərin dörd mandat uğrunda mübarizədə az da olsa üstünlüyü var.