Biz Ermənistan ərazisindən dəhliz verməyəcəyik - PaşinyanSuverenlik məsələsində Ermənistan üçüncü tərəflərin mövqeyindən narahat olmamalıdır.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan ərazisindən keçən heç bir dəhliz yoxdur və ola da bilməz və dünyada heç kim Ermənistanla bunu müzakirə etmir.

Ermənistan dünyanın ən böyük və təəssüf ki, ən qüdrətli dövləti olmasa da, suverenlik məsələsində başqalarının fikri ilə çox da maraqlanmamalıyıq. Biz suveren ərazidən nə dəhliz, nə də ərazi verməyəcəyik.

Və birdən belə bir ölkə meydana çıxarsa, o zaman biz sadəcə olaraq belə müzakirələri dayandıracağıq, çünki biz dəhlizlə bağlı müzakirə aparmırıq”, - Paşinyan bildirib
“İtkilərimiz var, əlavə məlumat veriləcək” - Anar EyvazovErmənistan tərəfi böyük itkilər verərək geri çəkilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib.

"Ermənistan yenə təxribat əməllərini davam etdirib. Təəssüf ki, itkilərimiz var, əlavə məlumat veriləcək", - deyə nazirlik rəsmisi qeyd edib.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
"Dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinə və Azərbaycanın bir neçə hərbi obyektlərinə qarşı növbəti hərbi cinayət əməli törədilmişdir. Belə ki‚ Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri‚ Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat və terror aktları törədib.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında bildirilir ki‚ Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.

Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə Azərbaycan ordusunun 50 nəfər hərbi qulluqçusu erməni terrorunun və təxribatının qarşısını alarkən həlak olmuşdur. Eyni zamanda hərbi infrastruktura da ziyan dəymişdir..

Baş verən bu qanlı cinayətin səbəbkarı birmənalı olaraq Ermənistandır. Bu hadisənin məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Ermənistan bölgədə təxribat və terror aktları törətməklə həm sülh danışıqlarına zərbə vurur‚ həm də bölgənin təhlükəsizliyini pozur. Ermənistan bu addımları ilə bölgədə terror dalğası əsdirir. Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat və terror əməlindən açıq aşkar görsənir ki‚ Ermənistan öz siyasi maraqları naminə hər cür hərbi cinayətə və terror əməlinə əl atmaqdadır. Hərbi cinayət əməli beynəlxalq qanunlarla ən ağır cinayət əməli sayılır. Ermənistanın törətdiyi saysız hesabsız hərbi cinayətlər‚ təxribat və terror əməlləri‚ qonşu ölkə ərazisinə cinayət və terror məqsədilə kəşfiyyat və diversiya qurupları göndərmək beynəlxalq hüququ pozmaqdır və miqyası çox böyük cinayət əməlləridir.

Belə halda Azərbaycan dövlətinin də‚ hər bir suveren ölkə kimi‚ məhz beynəlxalq qanunlarla öz suverenliyini‚ ərazi bütövlüyünü‚ sərhədlərini‚ hərbi və mülki obyektlərin‚ mülki sakinlərin təhlükəsizliyini qorumaq‚ düşmən təxribatından və terror aktlarından mühafizə etmək və anti-terror əməliyyatı həyata keçirtmək hüququ vardır. Öz ərazisini‚ hərbi və mülki obyektlərini‚ mülki sakinlərini düşmən təxribatından‚ terror aktlarından‚ kəşfiyyat və diversiya quruplarından‚ hərbi təcavüz və hücumlardan qorumaq‚ Azərbaycan dövlətinin hüququdur.

Beynəlxalq hüquq da Azərbaycan dövlətinin tərəfindədir. Bir ölkənin‚ başqa bir ölkənin suveren sərhədlərinə qarşı kəşfiyyat-diversiya hücumu‚ təxribat və terror aktı törətməsi beynəlxalq hüquqla hərbi cinayətdir. Göründüyü kimi‚ Ermənistan silahlı qüvvələri məhz beynəlxalq hüququ pozaraq ağır cinayət törətmişdir. Biz Azərbaycan Respublikasının suveren sərhədlərinə‚ ərazi bütövlüyünə öz dəstəyimizi ifadə edirik. Eyni zamanda Azərbaycan dövlətinin erməni təxribatına və terroruna qarşı öz sərhədlərini‚ hərbi və mülki obyektlərini qorumaq məqsədilə keçirtdiyi anti-terror əməliyyatına sonsuz dəstəyimizi ifadə edərək Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu‚ erməni terrorunu və təxribatını qətiyyətlə pislədiyimizi açıq şəkildə bəyan edirik. Bildiririk ki‚ baş verən hadisə Ermənistanın öncədən planlayaraq‚ məqsədli şəkildə törətdiyi hərbi cinayət əməlidir. Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş bu hərbi cinayət əməlində Erməsnitanın siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə günahkardır.

Bir daha bildiririk ki‚ Azərbaycan dövləti haqqlıdır və ərazisi‚ sərhədləri terora və təxribata məruz qalmışdır. Belə həssas bir məqamda Azərbaycan dövlətinə və xalqına mənəvi dəstəyimizi ifadə edirik. Hər zaman dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq. Dünya birliyini‚ Beynəlxalq təşkilatları və BMT Təhlükəsizlik Şurasını erməni cinayətlərinə göz yummamağa və baş verən erməni təxribatına hüquqi qiymət verməyə çağırırıq.

Baş verən bu qanlı hadisəyə və Azərbaycan əsgərlərinin həlak olmasına görə dərin üzüntü və kədər hissi keçiririk.

Şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyir‚ məkanları cənnət olsun deyirik. Yaralılara isə Allahdan şəfa arzu edirik. Həlak olanların ailərinə və bütün Azərbaycan xalqına dərin hüznlə baş sağlığı verir‚ kədərlərinə şərik olur‚ acılarını paylaşırıq.

Dost və qardaş Azərbaycan dövlətinin ərazi bütövlüyünün‚ suverenliyinin və təhlükəsizliyinin daimi və əbədi olmasını‚ dost və qardaş Azərbaycan xalqına əbədi əmin-amanlıq arzu edirik.

İsrail Təhlükəsizlik Akademiyasının
Azərbaycan Respublikasındakı
Nümayəndəliyi
İlham Əliyevdən sentyabr şəhidləri ilə bağlı tapşırıqPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərmizin ailələri ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirliyin nümayəndələri şəhid hərbi qulluqçularımızın ailələri ziyarət edərək onlarla bağlı sosial müdafiə tədbirlərinin görülməsi üçün aidiyyəti işlərə artıq başlayıb. Şəhid ailələrinin müvafiq sosial dəstəklə təmin edilmələri məqsədilə onlara zəruri sənədləşdirmə işlərində də yaxından dəstəyin göstərilməsi ilə bağlı yerli struktur bölmələri müvafiq qaydada təlimatlandırılıb.

Həmin ailələr sığorta ödənişi, aylıq sosial ödənişlərlə (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təmin olunacaq. Eyni zamanda, qanunvericilik əsasında şəhid hərbi qulluqçularımızın ailələrinin mənzillə, fərdi evlə təminatı və aktiv məşğulluq proqramlarına cəlb olunmaları işləri aparılacaq. Onlara şəhid ailələri üçün nəzərdə tutulan digər bir sıra imtiyaz və güzəştlərin tətbiqi də təmin ediləcək.

Şəhidlərimizin ailə üzvləri ilə görüşlər zamanı onlar yaranmış sosial müdafiə və sosial təminat hüquqları, imtiyaz və güzəştləri barədə məlumatlandırılır. Şəhid hərbi qulluqçularımızın ailələri qarşıdakı dövrdə də mütəmadi olaraq ziyarət edilməklə onların sosial-məişət şəraiti daim diqqətdə saxlanacaq.
Bakı: 100 erməni meyiti əlimizdədir, verməyə hazırıq!Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bu barədə  Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.
Tehrana hücum edəcəyik - İsrailLivanda üçüncü müharibə olmayacaq, amma birinci müharibə İran rejimi ilə başlayacaq. Biz Tehrana hücum edəcəyik.

Bu sözləri İsrail parlamentinin deputatı Nir Barakat “Foks Nyus”a müsahibəsində bildirib.

“İran rejimi İsraili xəritədən silmək istəyən islamçı bir rejimdir. Bizi xəritədən silmək istəyən biri ilə razılığa gəlmərik, çünki mənası yoxdur”, - Barakat qeyd edib.
"Zatulinkimilər ermənilərin hələ çox məğlubiyyətlərinin şahidi olacaq"«Son zamanlar Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlığın inkişafı bir sıra dairələrin narahatlığına səbəb olur. Bu narahatlıq əksər hallarda həmin dairələrin yersiz, mənasız bəyanatları ilə özünü göstərir. Məhz belələrindən biri də Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulindir. Erməni pulunun girovuna çevrilmiş Zatulin həmişə ermənipərəst mövqeyi ilə fərqlənib.»

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətləri yüksələn xətlə inkişaf edir. Bu inkişafı həzm edə bilməyən ermənipərəst qüvvələr Zatulin kimi dayaz düşüncəli adamı ələ alaraq sifariş və təlimatları əsasında Rusiya ilə Azərbaycan arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərini pozmağa cəhd göstərirlər. Qondarma bir qurumu Rus xalqının adından təbrik etmək ancaq təxribat xarakteri daşıyır. Bildiyimiz kimi, bu cür fikirlər Zatulinin ermənipərəst mövqeyini ifadə edən ilk sözləri deyil. Biz əvvəllər də dəfələrlə onun ermənilərə sərf edən bəyanatlarının şahidi olmuşuq.

Deputat diqqətə çatdırıb ki, Ermənistanın məğlub durumu hələ çox Zatulinləri dilləndirə bilər. Biz qalib xalqıq. Öz dövlətimizi gücləndirmək, xalqımızın rifah halını daha da yaxşılaşdırmaq, respublikamızın dünya birliyindəki mövqeyini üst səviyyəyə qaldırmaq yolu ilə inamla addımlayırıq. Zatulinə isə bir atalar sözümüz ilə cavab veririk. «İt hürər karvan da keçər». Zatulinkimilər ermənilərin hələ çox məğlubiyyətlərinin şahidi olacaqlar.
Atəşkəs Ermənistan tərəfindən pozulmaqda davam edir - PrezidentAzərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən son genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini vurğulayıb.

Avrasiya.net xəbər verir ki, ölkə başçısı buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Dövlət başçısı Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini söyləyib.
Düşmənə sarsıdıcı ZƏRBƏ: “KamAZ” vuruldu, ölənlər varAzərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun təxribatlarına qarşı apardığı hərbi əməliyyata bağlı son məlumatlar açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Caliber” yazıb.

Bildirilib ki, saat 12:15-də səngərlərdə yerləşən qarşı tərəfin canlı qüvvəsi dəqiq atəşlə məhv edilib. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin minaatan mövqeyində olan 4 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, 12:20-də Ermənistanın artilleriya mövqeyində KS-19 zenit topu, 12:28-də döyüş mövqeyindəki "KamAZ" markalı yük maşını məhv edilib.
Sərhəddə son vəziyyət: Düşmənin atəş məntəqələri məhv edilirErmənistan silahlı qüvvələrinin bölmələri D-30, D-20 topları və 82 millimetrlik minaatanlardan da istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətlərində yerləşən mövqelərini atəşə tutmaqda davam edir.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür və qarşı tərəfin atəş məntəqələri məhv edilir.

Hazırda əməliyyat şəraiti ordumuzun nəzarətindədir.