“Bakı Natiqlik Məktəbi” layihənin icrasına başlayır“Bakı Natiqlik Məktəbi” İctimai Birliyi (BNM) sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində ayırdığı maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti və media” adlı layihənin icrasına başlayır.

2 ay davam edəcək layihənin hədəfi qeyri-hökumət təşkilatları ilə media resursları arasında əlaqələrin qurlulmasına mane olan səbəblərin müəyyənləşdirilməsi və aradan qaldırılması, eləcə də davamlı QHT-media işbirliyinin qurulmasına xidmət edən tədbirlərin həyata keçirilməsidir.
"Brüsseldə baş tutan görüş Azərbaycan diplomatiyasının uğurudur"Ötən gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə 4-cü dəfə bir araya gəldi. Qalib ölkə olaraq əlbəttə, bizim bu görüşdən müəyyən gözləntilərimiz vardı və biz təxminən 4 saat davam edən bu görüşün Azərbaycan üçün müsbət nəticələnəcəyini öncədən bilirdik. Odur ki, dünən Brüsseldə baş tutan görüşü tam əminliklə Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirə bilərik.

Burda heç bir pafosdan, mübaliğədən söhbət gedə bilməz. Uğuru uğur kimi də qiymətləndirməyi bacarmalıyıq. Biz Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin mətbuata verdiyi bəyanata əsaslanaraq görürük ki, görüş zamanı aparılan müzakirələr kifayət qədər açıq və məhsuldar olub. Özüylə Brüsselə az qala bir ordu qədər cangüdən aparan Ermənistanın Baş naziri Nikol Paşinyan isə Brüsseldə baş tutan üçtərəfli görüşlə bağlı açıqlamasında deyib ki, “Brüsseldə müzakirələr geniş keçdi, amma asan olmadı”. Paşinyanın belə bir fikir səsləndirməsi əlbəttə, təbiidir. Çünki o bu danışıqlarda məğlub ölkəni təmsil edən tərəf kimi iştirak edirdi və həm qalib ölkənin liderinin (İlham Əliyevin), həm də vasitəçinin (Şarl Mişelin) diktə etdiyi şərtləri, “oyun qaydaları”nı qəbul etmək zorundaydı.

Ermənistanın baş naziri sözügedən açıqlamasında dolayısı yolla özü də bu həqiqəti etiraf edir, diktə olunan sülh gündəliyini qəbul etdiklərini vurğulayır: “Bizim məqsədimiz regionda sülhün olmasıdır. Ermənistan hökuməti sülh gündəliyini qəbul edib və bu gündəliyi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, ardıcıl işləməyə davam etməliyik”. Bəli, Paşinyan anlayır ki, bu proses asan deyil, lakin Ermənistanın başqa bir yolu yoxdur, yalnız prosesi davam etdirmək lazımdır. Dördüncü Brüssel görüşünü inqilabi edən məqam da məhz Paşinyanın bu etirafıdır və bu eyni zamanda Azərbaycan diplomatiyasının uğur göstəricisidir.

Artıq hamımız bilirik ki, dünənki görüşdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəf arasında razılaşma əldə edilib və sülh müqaviləsinin mətn layihələri üzərində işləmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə qarşıdakı bir ay müddətində görüşmək tapşırığı verilib. Bax, bu artıq real nəticədir.

Görüşdə müzakirə olunan digər məsələlər üzrə əldə edilən nəticələr də onu göstərir ki, bu nəticələr Azərbaycan tərəfinin ilk gündən sülhə dair verdiyi təkliflərlə tam üst-üstə düşür. Ermənistanın revanşist müxalifətini və ekspertlərini qıcıqlandıran əsas məqam da elə budur. Onlar istər Brüsseldə, istərsə də Moskvada təşkil olunan görüşlərin Azərbaycan tərəfinin psixoloji üstünlüyü şəraitində keçməsini heç cürə həzm edə bilmirlər, prosesin nəticələri ilə barışa bilmirlər. Ancaq barışmalı olacaqlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
İlham Əliyev Sercio Mattarella ilə görüşdüRomada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü olub.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin feysbuk səhifəsi yayıb.

Romanın Kuirinale Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sonra birgə foto çəkdirilib.

Çin ABŞ hərbi gəmilərini hədəf aldıÇin hərbi təlimlər zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə zərbələr endirməyi simulyasiya edir.

Bu barədə “Röyters” məlumat yayıb.

“Təlimlərin məqsədi Tayvanla müharibə olacağı təqdirdə üçüncü qüvvələrin müdaxiləsinin qarşısını almaqdır. Müharibə olacağı təqdirdə ABŞ Hərbi Dəniz Qüvvələrinə aid gəmilər ilk olaraq adaya girəcək və Çinin hədəfinə çevriləcək. Tayvan səlahiyyətliləri əmindir ki, Çin 2035-ci ilə qədər sözügedən adalar üzərində strateji nəzarət yaratmağa çalışır. Çin adaya potensial hücum üçün qüvvələrini gücləndirir. Pekinin strategiyasında əsas hədəf Yaponiyadan uzanan, Tayvan, Filippin və Borneodan keçən adalar silsiləsidir. Onlar Çin sahillərini əhatə edir və hərbi dayağa çevrilə bilər”, - məlumatda deyilir.
Tovuzda iki qız itkin düşdü - FOTOTovuzda 30 yaşlı qadın və 17 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini, 1992-ci il təvəllüdlü Məhəbbət Əsgərova iyul ayının 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bundan başqa Tovuz rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə məlumat daxil olub. Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Hava Məmmədova avqust ayının 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Rusiya 900 elit hərbçisini itirdi - BBCUkraynada 900 rusiyalı elit hərbi mütəxəssisin - xüsusi təyinatlılar, dəniz piyadaları və paraşütçülərin həlak olduğu təsdiqlənib.

Avrasiya.net xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Ən böyük itkini Kostromadan olan Hava-Dəniz Qüvvələrinin 331-ci mühafizə alayı paraşütçüləri verib: alay komandiri də daxil olmaqla, 80-dən çox zabit ölüb. Hava-desant qüvvələrinin ən elit dəstəsində - 45-ci qvardiya xüsusi təyinatlı briqadasında 14 hərbçinin ölümünü müəyyən etmək mümkün olub. Rusiya Qvardiyasının ölmüş 245 əməkdaşından ən azı 16-sı xüsusi təyinatlı elitasının simvolu olan tünd qırmızı beret geyinmişdi. Ölənlər arasında ən məxfi bölmələrin zabitlərindən 20 FSB və FSO zabiti də məlumdur. Xüsusi təyinatlıların həlak olmuş 151 əsgərinin isə dörddə biri zabitdir”, – məlumatda bildirilir.

BBC naviqatorlar və uçuş mexanikləri də daxil olmaqla 67 hərbi pilotun həlak olduğunu yazıb. Nəşrin məlumatına görə, döyüş təyyarələri və helikopterlərin ekipajları dünyanın istənilən ordusunun elitası sayılır və bir pilotun hazırlanması 15-17 il çəkir.
Milli ideyalara sədaqət Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edib Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan əvəzsiz xidmətləri olmuşdur..

Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Həmin dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və siyasi vəziyyət olduqca ağır vəziyyətdə idi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.

Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
“Hindistan yaradıcılığı səhnədə” adlı eksklüziv moda nümayişi təşkil edilibHindistanın Bakıdakı Səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə 31 avqust 2022-ci il tarixində “JW Marirott Abşeron Bakı” mehmanxanasında “Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişini təşkil edib.

Avrasiya.net xəbər verir ki, Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi Hindistan Səfirliyi tərəfindən Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.

Tədbirə çoxlu sayda hindistanlı və azərbaycanlı qonaqlar, o cümlədən Hökumət rəsmiləri, ticarət palatalarının nümayəndələri, iş adamları və media işçiləri qatılıblar.

Moda şousunun rəhbəri və xoreoqrafı cənab Anup Banerci olub. Təqdimat şousunda Hindistandan olan təcrübəli dizaynerlər - “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən Bhavna Şarma və Samant Çauhan iştirak ediblər. Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, salvar kostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri və axıcı donlar nümayiş zamanı tamaşaçıların diqqəti cəlb edib.

Tədbirdə çıxış edən cənab Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstil və geyim istehsalçısı olduğunu vurğulayıb. Toxuculuq və geyim sənayesi Hindistanın ÜDM-nin 2,3%-ni və ixracının 12%-ni təşkil edir. Hindistanın tekstil və geyim ixracı (əl işləri daxil olmaqla) ötən maliyyə ilində illik 41% artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Hindistanda 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır.

Cənab Kumar, həmçinin Hindistan və Azərbaycan arasında tekstil və geyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O vurğulayıb ki, bu moda nümayişi Azərbaycanın dost və mehriban xalqına Hindistanın tekstil sənayesinin gücünü təqdim edir və bu, iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.

O, tamaşaçılardan 02-12 sentyabr 2022-ci il tarixlərində Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarət edərək Hindistandan gətirilən yüksək keyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib. Ziyarətçilər, həmçinin sərginin ilk üç günü saat 13:00 və 16:00-da canlı eksklüziv moda şoularını təmənnasız olaraq izləyə bilərlər.
Bakı Gömrüyündə yeni təyinatın ilk fəsadıXəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini İsmayıl Hüseynov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrasına başlayıb.

Axar.az-a daxil olan məlumata görə, İ.Hüseynovun ilk işi ölkəyə mal gətirən iş adamları ilə geniştərkibli görüş keçirmək olub.

İ.Hüseynov iş adamlarına bildirib ki, gömrük bəyannaməsində mal-məhsulun alış qiymətini gizlətməyə çalışanlara 10%-lik cərimə tətbiq ediləcək.

Qeyd edək ki, bu “cəza növü” qanunvericilikdə nəzərdə tutulmayıb və iş adamlarını hər zaman narazı salan məsələ də məhz gömrük bəyannaməsində məhsulun qiymətinin göstərilməsidir.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra “yeni qaydalar” müəyyən edilmişdi, qiymətləri gömrükçülər özləri təyin edirdilər. Bunun üçün isə yerli bazardakı topdansatış məzənnə əsas götürülürdü. Məsələn, ölkəyə idxal edilən yağın qiyməti hər dəfə ölkə daxilindəki topdansatışa uyğunlaşdırılırdı. İş adamı isə yeni qiymətlə malı rəsmiləşdirdikdən sonra topdansatış məntəqələrinə məhsulu verərkən, öz qazancını əlavə etməli olurdu. Beləliklə, topdansatışda yeni qiymətlər yaranırdı və Gömrük Komitəsi növbəti dəfə yeni qiymətlərlə məhsulu rəsmiləşdirirdi. Nəticədə hər ay daxili bazarda məhsul bahalaşması müşahidə edilməyə başlamışdı.

İ.Hüseynovun iş adamlarına xəbərdarlığından belə bəlli olur ki, eyni prosesin davam etməsi ehtimalı var.
İlham Əliyev Romada səfirliyimizin binasının açılışında - FotoSentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı səfirliyin həyətində ağac əkib.

Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.