İlham Əliyev və Paşinyan yenidən görüşəcəkBiz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq.

Avrasiya.net xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirib.

"Biz nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik", - o deyib.
İlham Əliyev və Paşinyanın görüşü ilə bağlı bəyanatBu gün Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir.

"Görüş bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələr Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəlmişdi. Mübadilələrimiz açıq və məhsuldar oldu, mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki bütün məsələlərə baxdıq", - o qeyd edib.

Aİ Şurası Prezidenti vurğulayıb ki, son görüş zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır.

Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəlilıyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyən Şarl Mişel həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.

"Biz nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik", - o deyib.

Aİ Şurası Prezidenti əlavə edib ki, əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir: "Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək".

Qeyd edilib ki, noyabrın sonunadək bu formatda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə olunub.
Baş prokuror İranda cəzaçəkmə müəssisəsində olduAzərbaycanın baş prokuroru Kamran Əliyev Tehrana işgüzar səfəri çərçivəsində İranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində K.Əliyev bu gün İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüş keçirilib. Nazir Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı parlaq qələbə münasibətilə təbrik edib.

Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirərək müstəqil Azərbaycanla İran arasında əlaqələrin Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bugün də münasibətlərimizin Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisinin yorulmaz səyləri nəticəsində yüksək səviyyədə olduğunu vurğuladı.

Görüşdə hüquq mühafizə orqanlarımız arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunaraq, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotik və psixotrop maddələrin qaçaqmalçılığına qarşı mübarizə, habelə axtarışda olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə təhvil verilməsi, təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində qarşılıqlı əməkdaşlıq və digər maraq kəsb edən mövzular müzakirə edilib.

Daha sonra Baş prokuror İran İslam Respublikasının Ali İnzibati Ədalət Məhkəməsinin sədri Hekmətəli Mozəffəri ilə görüşüb. Görüşdə ölkələrimizin prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkədə hüquq sahəsində aparılan islahatlar haqda danışılıb.

Həmçinin nümayəndə heyəti İranın Məhkəmə və Ədliyyə Qüvvələri nəzdində Statistika və İnformasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti ilə tanış olub. Mərkəzin rəhbəri Kazem Fərdlə görüşən Baş prokuror ölkəmizdə vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, prokurorluq və məhkəmə orqanlarına müraciət imkanlarının genişləndirilməsi məqsədilə "Elektron Prokurorluq" və "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən, prokurorluq və məhkəmə sistemində ən müasir informasiya texnologiyalarından istifadə edildiyini, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində nümayəndə heyəti Tehranın "Evin" cəzaçəkmə müəssisəsini ziyarət edərək məhkumların saxlanma yeri və şəraiti, rejim qaydaları və penitensiar administrasiyanın fəaliyyəti ilə tanış olub.

Görüşlərdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə iştirak edib.

Nümayəndə heyətinin səfəri başa çatıb.
Goranboy rayonu və Naftalan şəhərindən olan qazilərlə görüş keçirilibGoranboy rayonu və Naftalan şəhərindən olan qazilərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı aparatının inzibati binasında təşkil olunan görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev və rayon ağsaqqalları iştirak ediblər.

Səmimi görüş zamanı Anar Məmmədov qazilərin gündəlik rastlaşdıqları problemlərlə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.

Sonda çıxış edən qazilər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse–prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Son günlər əhali arasında hansı virus yayılıb? - AçıqlamaSəhiyyə Nazirliyi son günlər əhali arasında yayılan virusun adını açıqlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün Bakıda insanlar arasında daha çox rast gəlinən ishal, qusma, qarın ağrısı və yüksək temperatur kimi simptomlar heç də qida zəhərlənməsi halı deyil:

"Bu kimi şikayətlərlə bizə müraciət edənlərin heç də hamısını müayinədən keçirə bilmirik, çünki çox vəsait tələb edir. Həmin simptomlar böyük ehtimal virus mənşəli infeksiya olan rotavirusdur. Pasiyentlərə məsləhət görürük ki, bu halda antibiotik terapiyadan uzaq dursunlar. Tövsiyə edirəm ki, sadalağımız hallarda yalnız bol maye qəbul etsinlər, süd məshulu və kofein qəbulunu dayandırsınlar. Çünki həmin infeksiyanın stabilləşməsi təxminən 5-7 gün çəkir. Əgər həmin müddətdən sonra düzəlmə olmasa, onda mütləq şəkildə həkimə müraciət edilsin”.
“Azərsu” Laçında işlərə başladıAvqustun 26-da Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə Azərsu ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup həmin tarixdən Laçın şəhərində işlərə başlayıb.

Bu barədə Avrasiya.net-ə qurumdan bildirilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə hərbi və mülki təyinatlı obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə ilkin olaraq su mənbəyi, magistral su kəməri və digər hidrotexniki qurğularda təftiş işləri aparılıb. Məlum olub ki, Laçın şəhərini içməli su ilə təmin edən subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb. Eyni zamanda magistral kəmər bir neçə nöqtədə qəsdən dağıdılıb, bir nöqtədə kəmərin içərisinə böyük bir ağac kötüyü yerləşdirilib.

Bakıdan, 5 və 7 saylı regional sukanal idarələrindən Laçına ezam olunmuş mütəxəssislərin gərgin fəaliyyəti nəticəsində avqustun 31-də alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun gətirilməsi təmin edilib. Laçın şəhərində xidməti vəzifələrini yerinə yetirən, eləcə də təmir-bərpa işlərinə cəlb olunmuş şəxsi heyəti su ilə təmin etmək üçün sudoldurucu qüllə quraşıdırılıb, su təminatı əraziyə cəlb olunmuş 3 ədəd sudaşıyan maşınla aparılır.

Hazırda Azərsu ASC-nin mühəndis-texniki heyəti, qəza-bərpa briqdasından ibarət qrup Laçın şəhərinin içməli su təchizatı sistemlərinin təftişi və bərpası istiqamətində təxirəsalınmaz tədbirləri davam etdirir.

Xatırladaq ki, 2021 və 2022-ci illərdə Təxirəsalınmaz tədbirlər çərçivəsində Azərsu ASC tərəfindən Laçın rayonu ərazisində müxtəlif diametrli borularla ümumilikdə 13 km uzunluğunda su xətləri çəkilib, ərazidə fəaliyyət göstərən obyektlər dayanıqlı içməli su ilə təmin olunub. Eyni zamanda, zərurət yarandıqda maşınlarla suyun daşınmasını təmin etmək üçün 3 nöqtədə sudoldurucu qüllələr quraşdırılıb. Ötən müddətdə Kəlbəcər Sukanal Sahəsi tərəfindən Laçın rayonuna da xidmət göstərilib.

Qeyd edək ki, Azərsu ASC-nin hazırda Kəlbəcər və Zəngilan rayonlarında, Şuşa şəhərində və Hadrut qəsəbəsində fasiləsiz xidməti təmin edən sahələri fəaliyyət göstərir.
Türkiyənin Bakı səfirinin ayrı-seçkiliyi…Türkiyənin Azərbaycanda Hulusi Kılıç, Ərkan Özoral kimi nüfuzlu, ölkəmizin ictimai-siyasi həyatına bələd, Azərbaycanı sevən səfirləri olub. Mən indiki səfiri tanımadığım kimi, o da böyük ehtimalla məni tanımır. Fazil bəy haqlı olsa da, qardaş Türkiyənin səfiri olduğu üçün hörmət etməliyik. Çünki Türkiyə elə biz özümüzük.

Avrasiya.net xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev deputat həmkarı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın Türkiyənin Zəfər bayramına Türkiyə səfirinin onu dəvət edilmədiyinə görə bildirdiyi narazılıq haqda danışarkən deyib.

Q.Həsənquliyev xatırladıb ki, ABŞ-ı Azərbaycanda etnik separatizmi dəstəklədiyinə, Budapeşt memorandumuna imza ataraq Ukraynanı aldadıb nüvə silahını əlindən aldığına, sonra isə müharibədən yayınmaq və Ukraynanı Rusiyanın təcavüzündən qorumaq üçün yetərli addımlar atmadığına görə tənqid edib:

“Məhz bu səbəbdən ABŞ səfirliyi də məni daha bayram tədbirlərinə dəvət etmir. Heç kim tənqidi sevmir. Türkiyəni isə Birinci Qarabağ savaşında Azərbaycanı ciddi müdafiə etmədiyi üçün tənqid etmişəm. 2015-ci ildə Türkiyə tərəfindən Rusiya hərbi təyyarəsinin vurulmasını yanlış, Türkiyənin maraqlarına cavab verməyən hərəkət saymışam. Ərdoğanın isə 2016-cı ildən sonra yürütdüyü daha müstəqil siyasətin doğru olduğunu bəyan edib, onun hakimiyyətdə olduğu dövrdə iqtidarı Qarabağı azad etməyə çağırmışam. Qarabağ azad olunandan sonra isə yaradılacaq xatirə kompleksində İlham Əliyevlə yanaşı Ərdoğanın da büstünün, yaxud heykəlinin qoyulmasının ədalətli qərar olacağını söyləmişəm. Mənim Ərdoğana münasibətimin bəzi Türkiyə vətəndaşlarında qıcıq doğurduğunu da bilirəm.

Rusiya ilə yaxşı münasibətlərin tərəfdarı olsam da, Rusiya səfirliyi də eyni prinsiplə - tənqid etdiyim üçün - məni bayram tədbirlərinə dəvət etmir. Biz gərək belə şeylərə ciddi əhəmiyyət verməyib milli maraqlardan çıxış edib, doğru bildiyimiz mövqeni sərgiləyək”.
Kreml Qorbaçovu necə basdıracağını bilmirMixail Qorbaçovun dəfni ilə bağlı təşkilati işlər bu gün həll ediləcək.

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya lideri Vladimir Putinin dəfndə iştirak edib-etməyəcəyi hələ bəlli deyil:

“Hələlik proseduranın necə olacağını bilmirik. Hər şey doğmalarının və yaxınlarının istəyindən asılıdır. Bu barədə hələlik heç bir informasiya yoxdur”.

Qeyd edək ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ötən gün 92 yaşında uzun sürən xəstəlikdən sonra ölüb.
Rafael Cəbrayılovun qardaşı ev dustaqlığına buraxıldıBəzi media səhifələrində Milli Məclisin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq deputatı Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılovun azadlığa buraxılması ilə bağlı informasiyalar yayılıb.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanaraq istintaqının aparılması üçün Nərimanov rayon polis idarəsinin İstintaq şöbəsinə göndərilmiş iş üzrə Elşən Cəbrayılov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı Apellyasiya Məhkəməsinin 22.04.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

23.07.2022-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
"Best of India" Ticarət Sərgisi açılacaqBest of India (Hindistanın ən yaxşıları) - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi 2 sentyabr 2022-ci il tarixində açılacaq

ANM Exhibitions, (1965-ci ildə Hindistan Hökuməti, Ticarət Nazirliyi tərəfindən yaradılmış) Hindistan İxrac Təşkilatları Federasiyası və Hindistanın Bakıdakı Səfirliyi ilə birgə 2- 12 sentyabr 2022-ci il tarixlərində səhər saat 11:00-dən axşam saat 19:00-dək Bakıda, M. Hüseynov küçəsi (keçmiş Neftçilər prospekti) 26A ünvanında yerləşən Bakı İdman Sarayında Best of India - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisini təşkil edir. Xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək keyfiyyətli dəb, tekstil və həyat tərzi məhsullarını dünyaya tanıdır.

Hindistanın Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Vinay Kumar bildirib ki, “Best of India” sərgisinin doqquzuncu buraxılışı olacaq bu ilki sərgidə özünün düyü, çay, ədviyyat, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 65-ə yaxın şirkəti iştirak edəcək.
Cənab Kumarın sözlərinə görə, tədbirin əsas marağı sərginin ilk üç günü saat 13:00-dən saat 16:00-ya qədər davam edəcək “Hindistan yaradıcılığı səhnədə” Ekslüziv canlı Dəb Nümayişi olacaq. Bütün bunlar ziyarətçilər üçün ödənişsiz təqdim olunacaq.

Ziyarətçilər tədbirin davam etdiyi günlər ərzində istənilən vaxt Hindistan Səfirliyinin stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbir zamanı böyük LED ekranda Hindistanın turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaqdır.

Cənab Kumar vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə əlavə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.

Müqəvvət İşlər Vəkili cənab Kumar həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. 2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169,1% artaraq 1,184 milyard ABŞ dolları təşkil edib. Bundan başqa, Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarınının artırılması üçün Hindistan dövlət qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir.