İran Qafana konsul təyin etdiİranın Qafanda fəaliyyət göstərəcək konsulluğuna rəhbər təyin edilib.

Modern.az erməni mətbuatına istinadən xəbər verir, bu barədə İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan bildirib.

Qeyd olunub ki, İranın Qafandakı konsulu vəzifəsinə Abedin Varamin təyinat alıb. Deputatın sözlərinə görə, konsul artıq İrəvandadır və bir sıra görüşlər keçirib.
Həm ADAU, həm Ege Universitetinin diplomu - Fürsəti əldən verməyin!Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edir.

Tələbələrin qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılır.

Artıq layihə DİM vasitəsilə aşağıdakı 4 ixtisas tələbə qəbulunu həyata keçirir.

Hər ixtisasa 30 nəfər tələbə qəbulu nəzərdə tutulur.

Proqramın bütün xərcləri dövlətimiz tərəfindən ödənilir, təhsil ödənişsizdir. Proqramın tələbinə görə təhsili 3 il Ege müəllimləri bizdə, 4-cü il Türkiyədə, Ege universitetində aparılır Sonda həm Ege, həm də ADAU diplomları. Dəyərli gənclər, səbrlə, gələcəyə baxaraq seçim edin və bu proqramdan yararlanın.

Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olubAvqustun 11-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Əlmaniz Ələkbərlinin ərazi bütövlüyümüz uğrunda canlarından keçən zaqatalalı şəhidlərin xatirəsinə həsr olunmuş “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub.

Təqdimat mərasimində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri, ağsaqqal və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər kompleksini, Şəhidlər xiyabanını, həmçinin ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə vurğulanıb ki, Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Təqdimat mərasimində çıxış edən müəllif Əlmaniz Ələkbərli bildirib ki, kitabda Birinci Qarabağ, 2016-cı ilin Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Zaqatalanın 230 qəhrəman övladının həyat salnaməsi, döyüşlərdə göstərdikləri igidliklər, valideynlərin, döyüş yoldaşlarının qəhrəmanlarımız barədə söylədikləri fikirlər əksini tapıb. Diqqətə çatdırılıb ki, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Zaqatalanın igid oğulları da şücaət göstərib, tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Onlardan iki nəfəri Azərbaycanın Milli Qəhrəmanı, üç nəfəri isə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər. Müəllif kitabın ərsəyə gəlməsinə göstərdikləri dəstəyə görə uzun illər müxtəlif dövlət qurumlarına rəhbərlik etmiş Əhməd Əhmədzadəyə və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə minnətdarlığını bildirib.

Təqdimat mərasimində Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Natiq Məmmədovun atası Bəşir Məmmədov, Vətən müharibəsi şəhidi Sayad Hacıyevin atası Azad Hacıyev çıxış edərək torpaqlarımızın erməni işğalından təmizlənməsi uğrunda canlarından keçən qəhrəman övladları ilə qürur duyduqlarını, fəxr etdiklərini vurğulayıb, kitabın müəllifinə, nəşrinə kömək göstərən insanlara minnətdarlıqlarını bildiriblər.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan zabit Anar Seyidov, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi Leyla Məmmədova çıxış edərək, kitab haqqında təəssüratlarını bildiriblər.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğura imza atdığını, işğal altında olan torpaqlarımızın yağı düşməndən azad edildiyini diqqətə çatdırıb, Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib. Vurğulanıb ki, şanlı Zəfərimiz, qəhrəman şəhidlərimiz, qazilərimiz, döyüşlərdə şücaət göstərən vətənpərvər oğullar haqqında yazılan belə kitablar gələcək nəsillər üçün çox qiymətli məlumat mənbəyidir.

Tədbirin sonunda şəhidlərin ailə üzvlərinə, doğmalarına kitablar təqdim olunub.

Erməni deputatlar Qarabağa qanunsuz səfər etdiErmənistan parlamentinin müxalif "Ermənistan" partiyasının bir qrup deputatı Qarabağa qanunsuz səfər edib.

Avrasiya.net Unikal-a istinadən xəbər verir ki, dünən də "Mənim namusum var" fraksiyasının deputatı Tiqran Abramyan da Xankəndinə gedib.

"Bizə məlumat verdilər ki, bu gün səhər 5-6 deputat Artsaxa (Xandəndi - red.) yola düşüb və artıq sərhədi keçiblər. Sərhədi keçən müxalifətçilərlə əlaqə saxladıq, dedilər ki, hələ çatmayıblar, suallarımızı sonra cavablandıracaqlar. Bizə bildirdilər ki, Ağavnoya (Zabux kəndi - red.) yaxınlaşırlar", - məlumatda qeyd olunub.
Xəstəxanada qanun pozuntusu - Araşdırma aparılırAzərbaycan Respublikasının Baş Prokurorluğu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkarlanmış qanun pozuntuları ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanun pozuntularına dair araşdırma aparılır.
Ukraynada daha bir Rusiya casusu saxlanıldıUkrayna Təhlükəsizlik Xidməti Qərb silahlarının Ukraynaya tədarükü ilə bağlı kəşfiyyat məlumatları toplayan rus casusunu saxlayıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

"İstintaq-əməliyyat tədbirləri zamanı Ukraynaya xarici silah və sursatların alınması və tədarükü ilə bağlı kəşfiyyat məlumatları toplayan rus casusu saxlanılıb. O, ölkəyə idxal olunan və Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları olan hərbi texnika ilə bağlı məxfi məlumatlarla maraqlanıb. İşğalçılar əldə etdikləri məlumatdan Ukraynanın infrastruktur obyektlərinə raket zərbələri endirmək üçün istifadə edirdilər”, - məlumatda deyilib.
Qusarda üzərinə ağac düşən 83 yaşlı kişi öldüQusar rayonunda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə rayonun Avaran kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1939-cu il təvəllüdlü Yanvar Zuxayəddin oğlu Qaraxanov meşədə üzərinə ağac düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı koma vəziyyətində Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma davam etdirilir.
Bu ölkələrə səfər etmək təhlükəlidir - SiyahıKoronavirus pandemiyası iki ildən çoxdur ki, dünyanı ağuşuna alıb. Üstəlik COVID-19-un bir-birindən təhlükəli ştamının yaranması dünya ölkələrini yeni problemlə qarşı qarşıya qoyub. Əgər 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində Çin, Hindistan və digər ölkələr pandemiya şəraitində səfərlər üçün təhlükəli məkanlar adlanırdısa, son aylar bu siyahı tamamilə yenilənib və dəyişib. İndi tamamilə başqa ölkələr pandemiya dövründə təhlükəli olan ölkələr adlanırlar. Üstəlik, meymunçiçəyi xəstəliyini də bura əlavə etsək, bəzi ölkələrdə pandemik və epidemik vəziyyətin nə qədər ağır olduğu məlum olur.

Avrasiya.net Report-a istinadən dünyanın ən təhlükəli ölkələrinin siyahısını təqdim edir.

Araşdırmalar, statistik göstəricilər sübut edir ki, hazırda pandemiya baxımından səfər üçün ən təhlükəli ölkə Yaponiyadır. “Gündoğar ölkə”də təkcə son sutkada 196 732 nəfər insan koronavirusa yoluxub, 250 nəfər ölüb. Bununla da Yaponiyada koronavirusa yoluxanların sayı 14 618 271 nəfərə, ölənlərin sayı isə 34 075 nəfərə çatıb.

Üstəlik, ötən ay Yaponiyada meymunçiçəyi xəstəliyinə yoluxma da qeydə alınıb.

Artıq uzun müddətdir koronavirusa ümumi yoluxma və ölüm sayına görə dünyada birinci olan ABŞ-da son gün ərzində daha 175 nəfər koronavirusun qurbanı olub, 26 703 insanda COVID-19 aşkarlanıb.

ABŞ hökumətinin meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan etdiyini nəzərə alsaq, vəziyyətin nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. ABŞ-da 6,6 min nəfərdən çox insan bu virusa yoluxub.

Qərbi Avropa ölkəsi İtaliyada da vəziyyət olduqca acınacaqlıdır. Ölkənin səhiyyə orqanlarının ümumiləşmiş məlumatına görə, son sutkada 145 koronavirusdan ölüb, daha 31,699 təhlükəli virus aşkarlanıb.

Avstraliyada son sutkada pandemiya qurbanlarının sayı 133 nəfər təşkil edib, 27 329 nəfərdə koronavirus aşkarlanıb.

Siyahıdakı ilk yerlərdə Meksikanın da adı var. Şimali Amerika ölkəsində 95 nəfər koronavisusdan ölüb, daha 15 738 nəfərdə COVID-19 aşkar edilib.

Qonşu İranda da vəziyyət ürəkaçan deyil. İslam Respublikasının səlahiyyətli orqanlar bildirir ki, koronavirus daha 90 nəfərin həyatına son qoyub, COVID-19 xəstələrinin siyahısına əlavə olaraq 5 635 nəfər qoşulub.

Fransa son bir gündə 88 vətəndaşını COVID-19-dan itirdiyini, daha 27 081 insanda təhlükəli virusun aşkarlandığını açıqlayıb.

Macarıstanda da son sutkada onlarla insan koronavirusdan vəfat edib. Məlumata görə, 80 nəfər koronavirusun qurbanı olub, 18 078 insanda təhlükəli virus aşkarlanıb.

Siyahıya həmçinin Rusiya (son sutkada 56 ölüm, 23 771 yeni yoluxma), Cənubi Koreya (bir gündə 50 ölüm, 151 734 yeni yoluxma), Tailand (sutkalıq 32 ölüm, 2 335 yoluxma), Polşa (31 ölüm, 4,482 yeni yoluxma), Rumıniya (25 ölüm), Filippin (25 ölüm) və digərləri daxildir.
Krımdakı bazaya hücum: Rusiya çaşqınlıq içindədirRusiya avqustun 9-da Krımdakı aviabazaya hücumla bağlı çaşqınlıq içində qalıb.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Rusiya rəsmiləri avqustun 9-da Krımdakı “Saki” aviabazasında ən azı səkkiz təyyarə və bir neçə binanı məhv edən hücumla bağlı çaşqınlıq içində qalıblar. Peyk görüntüləri Ukrayna Hərbi Hava Qüvvələrinin hücumun ən azı səkkiz Rusiya təyyarəsini məhv etdiyi barədə məlumatını təsdiqləyib. Və bu, Rusiyanın partlayışların heç bir təyyarəyə zərər vermədiyi və hücumun nəticəsi olmadığı barədə iddiaları ilə ziddiyyət təşkil edir”, - məlumatda deyilib.