Kəlbəcərdə hərbçimiz minaya düşərək həlak olduKəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əsgər oğlu Əliyev həlak olub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!" - məlumatda qeyd edilib.

Ermənilərə 25 avqusta qədər vaxt verildi - VideoLaçında qanunsuz olaraq məskunlaşdırılan ermənilərə şəhəri və Laçın yolu üzərindəki 3 kəndi boşaltmaq üçün avqustun 25-dək vaxt verilib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsinə yerləşdirilən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçıların nümayəndəsi Ayk Xanumyan deyib.

Buna etiraz edən kiçik bir dəstə Laçın dəhlizini bağlamağa cəhd edib.
Son sutkada 540 nəfər koronaya yoluxduAzərbaycanda koronavirusa 540 yeni yoluxma qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən yoxdur.

Ölkədə indiyədək 801 018 nəfər koronavirusa yoluxub. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3 054 nəfərdir.

Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.

Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Axar.az
"Muğam" müsabiqəsinin finalı və qala-gecəsi Şuşada keçirilirHeydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, final gecəsi avqustun 5-də, qala-konsert isə avqustun 6-da baş tutacaq.

Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.

Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.

Müsabiqənin finalı Bülbülün ev muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, Mədəniyyət TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq. 2 saatlıq muğam ziyafətini AzTV və Mədəniyyət TV-nin rəsmi feysbuk və yutub səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, 5-6 avqust tarixlərində saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.

Finalın Şuşada keçirilməsi VIII “Muğam” müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin “Şuşa İli”nə töhfəsidir.

Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlamış, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə etmişdi. Yarışmanın final mərhələsi isə mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və Mədəniyyət TV vasitəsilə canlı yayımlanıb.

2005-ci ildən etibarən keçirilən “Muğam” müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparmasıdır.
İran “Xəyyam”ı Rusiyaya casusluq edəcəkRusiya İranın “Xəyyam” peykindən istifadə edərək Ukraynada casusluq etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“Rusiya İrana Ukraynadakı hədəfləri izləmək üçün peykdən müstəqil istifadə etmək niyyəti barədə məlumat verib. Peyk avqustun 9-da Baykonur Kosmodromundan “Soyuz” raketindən istifadə edilərək orbitə buraxılacaq. Rusiya “Xəyyam” üçün mühüm obyektləri demək olar ki, fasiləsiz izləməyə imkan verən yüksək ayırdetmə qabiliyyətinə malik Kanopus-V sisteminin qurulmasına razılıq verib. Peyk vasitəsilə Tehran da bütün Yaxın Şərqi izləyə biləcək”, - məlumatda bildirlir.
Sən demə “Mehdinin nökərləri” daha neçə-neçə “mış, muş, müş”lərmiş...Böyük Britaniyada “Khoddam Al Mehdi” (Mehdinin nökərləri və ya xidmətçiləri) LTD (Məhdud Məsuliyyətli Cəmiyyət) kimi qeydiyyatdan keçən radikal dini qruplaşmanın Azərbaycanın Londondakı səfirliyinə hücumundan sonra sosial şəbəkələrdə aparılan müzakirələrdə sifarişin cənubdan gəlməsi barədə mülahizələr üstünlük təşkil etsə də, ən qısa zamanda molla rejiminin muzdlu-muzdsuz “aftafaları” ən müxtəlif fərziyyələrlə bunun əksini sübuta yetimək üçün yarışa çıxdılar. Küyə gedənlər, özünü bilgili göstərməyə çalışanlar da oldu, şübhəsiz. Arqumentlər, istinad mənbələri isə hər zaman olduğu kimi nədən ibarət oldu? Əlbəttə ki, açıq mənbələrdə yer alan alayarımçıq məlumatlardan... Sən demə “Mehdinin nökərləri” molla rejiminin xidmətçiləri deyilmiş, hətta İran hakimiyyətinə müxalif mövqedən çıxış edirlərmiş və daha neçə-neçə “mış, muş, müş”lərmiş... Bu sıraya sözügedən qruplaşmanın 2018-ci ilin martında İran səfirliyinə “yumşaqvari” hücumu barədə deyilən və yazılanları da əlavə etsək, o zaman “molla rejiminin “qüsl” edilməsi prosesi təntənələi şəkildə izitirmə nəticəsinə varır” yaza bilərəm. Yazdım da...

Amma bu vikipediya “araşdırmaçı”larından heç biri, hətta qıpqırmızı rəngi belə politranın bütün çalarlarında təqdim etməyi bacaranlar da “Mehdinin nökərləri”nin İran səfirliyinə hansı səbəbdən “hücum” etdiklərinin fərqinə varmayıblar, yaxud varmaq istəməyiblər.
Məsələ burasındadır ki, “Khoddam Al Mehdi” qruplaşmasının üzvləri İranda (guya) “Vilayəti-Fəqih”in əleyhdarlarından biri kimi tanınan böyük ayətullah Sadiq Şirazinin ardıcıllarıdır. Bəzi iranbaşlıların təbirincə desək, “Sadiq Şirazini təqlid edirlər”.

İran səfirliyinin qarşısında keçirilən aksiyanın da məqsədi böyük ayətullah Sadiq Şirazinin oğlu ayətullah Hüseyn Şirazinin Qum şəhərindəki həbsi ilə bağlı idi... Onu da qeyd edim ki, ayətullah Hüseyn Şirazinin cəmi 13 gün həbsdə qalması, sözügedən şəxsin timsalında İran rejiminə qondarma müxalifət yaradılması istiqamətində mollakratiyanın çoxsaylı cəhdlərindən biri kimi də qiymətləndirilə bilər. Gerçəklik isə ondan ibarətdir ki, ayətullah Seyid Hüseyn əl Hüseyni əl Şirazi, yəni Hüseyn Şirazi hazırda İranda, həmin o Qum şəhərində yaşayır, “ardıcılları” isə Londonda Azərbaycan səfirliyinə hücum çəkirlər.

Belə... Nəticəni özünüz çıxarın...

Yazının əvvəlində “Khoddam Al Mehdi” təşkilatının Böyük Britaniyada LTD (MMC) kimi qeydiyyatdan keçdiyini yazmışdım. Əlavə edim ki, Qrup üzvləri və MMC-nin rəhbərləri fəal bizneslə də məşğul olurlar. “Fədək” (Fadak Satellite Channel) adlı telekanalları, market və restoran şəbəkələri var. Bildiyim qədər Azərbaycanda da eyni adlı restoran və market şəbəkəsi fəaliyyət göstərir. Bu iki şəbəkənin bir-biri ilə hansısa bağlılığının olduğunu, yaxud olmadığını dəqiqləşdirmək isə, mənim imkanım daxilində deyil. Mən öz imkanım daxilində araşdırma aparıb, heç bir subyektiv mülahizəyə yol vermədən həqiqətin azacıq da olsa gün işığına çıxmasına töhfə verməyə çalışdım.

Elçin Mirzəbəyli
Əsgərin ölümünə görə cinayət işi açıldı - Saxlanılan varAvqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İş üzrə istintaq tədbirləri davam edir.
“Diplomatlarımız təhlükə altındadır” - Elin Süleymanov“Səfirlik əməkdaşlarının və vətəndaşlarımızın təhlükəsizlik və mühafizəsi bizim əsas prioritetimizdir”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Twitter“ hesabında yazıb.

“Hazırda Londonda olan Azərbaycan diplomatları təzyiq və təhlükə altında olsa da, işlərini davam etdirirlər”, - səfir deyib.

Qeyd edək ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

Hadisə ilə əlaqədar 8 nəfər saxlanılıb.
Rusların 4 ədəd S-300 kompleksi məhv edildiUkrayna hərbçiləri Xerson vilayətinin Pridneprovski, Xerson və Tokarovkada 3 sursat anbarını məhv ediblər.

Avrasiya.net xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

“Ukrayna aviasiyası Xerson və Kaxovka vilayətlərində düşmənin silah və texnika anbarlarına zərbələr endirib. Raket və artilleriya bölmələri 4 ədəd S-300 zenit-raket kompleksini, 1 “İmbir” radiolokasiya stansiyasını, 82 kalibrli “Vasilek” avtomat minaatanını və doqquz texnikanı məhv edib”,-məlumatda deyilib.