"Baş verənlər Ermənistana növbəti xəbərdarlıqdır"Qüdrət Həsənquliyev: “Azərbaycan Prezidenti Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün nə etməli olduğumuzu bilir və bu problemi gələcək nəsillərə saxlamaq istəmir”

Baş verənlər üçtərəfli 10 noyabr 2020-ci il sazişini imzalamış ölkələrə, xüsusilə də Ermənistana müqavilənin şərtləri yerinə yetirilməsinin zəruriliyi ilə bağlı növbəti xəbərdarlıqdır.

Bu sözləri xalqcebhesi.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

BAXCP sədri qeyd edib ki, Ermənistan işğalçı hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmalı, Laçın azad olunmalı, Naxçıvana Rusiyanın nəzarət etdiyi yol açılmalı, müqavilədə nəzərdə tutulan digər razılaşmalar icra olunmalıdır: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarına, yəni Qarabağda qızışdırdığı qanlı separatizmə dəstək verməyə son qoymalıdır. Bu olmadıqca, biz onlara rahat həyat haqqı tanımamalıyıq. Əks halda onlar danışıqları daha 30 il uzadacaq. Ermənistan Azərbaycana münasibətdə sülh və yaxın qonşuluq siyasəti aparmasa etnik ermənilərin Azərbaycanda yaşayışı mümkün olmayacaq. Biz elə etməliyik ki, onlar bir saniyə olsun belə bunu unutmasınlar. Azərbaycan Prezidenti Qarabağ üzərində dövlət suverenliyinin bərpası üçün nə etməli olduğumuzu bilir. İlham Əliyev bu problemi gələcək nəsillərə saxlamaq istəmir. Sabah Ərdoğan Putinlə görüşəcək və bu məsələ növbəti dəfə müzakirə olunacaq. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!”

Qüdrət Həsənquliyev hesab edir ki, baş verənləri Rusiyanın oyununda yer almağımız kimi “qiymətləndirənlər” uğurlarımızdan pərt olanlardır: “Hər kəs bilməlidir ki, onlar sığındıqları və himayə olunduqları ölkələrin maraqlarından çıxış edirlər.

İçərilərində az-çox vətənpərvərlik hissi qalanlar isə əminəm ki, gizlincə sevinirlər. Amma əzizlərini erməni faşistlərinin terror edib öldürdüyü şəxslərin “Haykanuş” kimi davranmaları və açıqlamaları çox üzücüdür. Bu iqtidarı sevməmək olar, ancaq Qarabağdakı uğurlara sevinməyib onun üzərinə kölgə salmaq üçün vurnuxub arqumentlər axtarmaq, bizi Pelosinin Qarabağa gələ biləcəyi ilə bizi qorxutmağa çalışmağın tək adı öz ölkənə xəyanətdir. Təəssüf ki, Rusiya münaqişənin həllində maraqlı görünmir və bu səbəbdən, Ermənistana təzyiq etmir.

Yalnız, “tərəflər üçtərəfli bəyanatın şərtlərini tam yerinə yetirməlidir” kimi açıqlamlar verməklə kifayətlənir. Azərbaycan isə regionun inkişafı üçün qısa müddətdə sülh sazişinin imzalanmasını və münaqişəyə son qoyulmasını istəyir. Bundan başqa, əgər Rusiyanın maraqları ilə Azərbaycanın maraqları hansısa məsələdə üst-üstə düşürsə və bu bizə imkan verirsə ki, uğurlar əldə edək, onda buna sevinməliyik və bu bizim diplomatik uğurumuz kimi qiymətləndirilməlidir. Rusiya da bundan faydalanacaqsa, qoy faydalansın. Əsas bizim haqq işimizdə nailiyyətlər əldə etməyimizdir. Çalışmalıyıq ki, bütün həssas məsələlərdə regionun böyük dövlətləri haqqın və ədalətin yanında olsun, beynəlxalq hüququ dəstəkləsin”.
Səfər Mehdiyevin qohumlarına cinayət işi açıldıDövlət Gömrük Komitəsində “yarpaq tökümü” davam edir.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bu gün DGK sədrinin birinci müavini Şahin Bağırov “Azərterminalkompleks” Birliyinin direktor müavini Zeynal Tarquliyevi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Rəfail Niftəliyevi və Bakı Baş Gömrük İdarəsinin nəzdindəki Əməliyyat və Təhqiqat İdarəsinin rəisi Elmir Həsənovu tutduğu vəzifədən azad edib.

Qeyd edək ki, Zeynal Tarquliyev komitənin keçmiş sədri Səfər Mehdiyevin baldızı oğlu, Rəfail Niftəliyev isə qayınıdır.

Elmir Həsənov isə hazırda həbsdə olan gömrük generalı Məsum Rəsulovun yaxın adamı kimi tanınır.

Hər üç şəxs barəsində cinayət işi üzrə araşdırma aparıldığı üçün onların işdən azad edildiyi bildirilir.
"Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir" “Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən avqustun 3-də səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin intensiv atəşə tutulması, bir əsgərimizin şəhid olmasında sonra qalib Azərbaycan Ordusu qanunsuz erməni dəstələrinə qarşı uğurlu “Qisas” əməliyyatı həyata keçirdi. Qanunsuz erməni silahlı dəstələri tərəfindən yaradılan bu gərginlik bu gün dünyada geniş müzakirə mövzusuna çevrilib. Dünya gücləri yaranan bu gərginlikdən narahatlıqlarını ifadə edirlər. Narahatlıq başa düşülən olsa da, bəzi məsələlərə aydınlıq gətirilməsi vacibdir. Belə ki, Azərbaycan tərəfi iki ilə yaxındır ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirmədiyini bildirsə də bəzi dünya gücləri ənənələrinə uyğun olaraq susmağa üstünlük verirlər. Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olan Ermənistan bunu atdığı hər addımında qabarıq şəkildə büruzə verir. 3 avqust təxribatı da bunun bariz nümunəsidir. Azərbaycan 30 ilə yaxın işğal dövründə işğalçı dövlətin belə gedişlərinin mütəmadi şahidi olub. Danışıqlar prosesinin vaxtı yaxınlaşanda Ermənistan ya müxtəlif bəhanələrlə yayınır, ya da cəbhə xəttində atəşkəsi pozaraq uzun müddət bu məsələnin müzakirə olunmasına çalışırdı. Təbii ki, bu hal danışıqların təxirə salınmasına yol açırdı ki, bu da öz növbəsində Ermənistana yeni müharibə planları hazırlamasına vaxt qazandırırdı. Bu gün də eyni oxşar ab-hava yaşanmaqdadar. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələsi müzakirə olunur və Ermənistandan sülh müqaviləsinin imzalanması üçün konkret addım gözlənilir. İşğalçı dövlət bunun qarşılığında təxribatlar törətməklə diqqəti yayındırmağa çalışır. Diqqət çəkən məqamlardan biri də budur ki, ermənilər yenə də saxta informasiyalar yaymaqla həqiqəti gizlətməyə və dünyanın diqqətini özlərinə çəkməyə cəhd edirlər. Azərbaycan tərəfini guya üçtərəfli Bəyanatı pozmaqda ittiham edən Ermənistan Xarici İşlər Nazirliyinə cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi yaydığı məlumatda bildirir ki, üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, qanunsuz erməni silahlı qüvvələrinin indiyədək Qarabağdan tamamilə çıxarılmaması onların mütəmadi olaraq terror əməlləri törətmələrinə, günahsız insan tələfatına səbəb olur: “Ermənistan tərəfinin törətdiyi təxribatlarını ört-basdır edərək Azərbaycanı öhdəlikləri pozmaqda ittiham etməsi riyakarlıqdır. Azərbaycan Ordusunun həyata keçirdiyi "Qisas" əməliyyatı antiterror əməliyyatıdır. Postmünaqişə dövrünün əsas çağırışlarından biri dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır ki, Azərbaycanın atdığı hər bir addımının əsasında bu məqsəd dayanır.”

“Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısı təbii ki, qətiyyətlə alınacaq. Avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı törədilən terror-təxribat əməli nəticəsində Azərbaycan əsgəri Anar Kazımov şəhid olub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən Vətən oğullarının qanı, canı bahasına bu Qələbənin əldə edildiyini önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, onların qisası döyüş meydanında alındı. Avqustun 3-də həyata keçirilən “Qisas” əməliyyatı da bunun təsdiqidir. İşğalçı dövlət 44 günlük İkinci Qarabağ müharibəsində aldığı dərsi tez unutmağa çalışsa da Azərbaycan Ordusu onların hər bir təxribatının qarşısını qətiyyətlə almaqla bu dərsi onlara unutdurmur.

Üçtərəfli Bəyanatın bütün tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Ermənistan kapitulyasiya aktı ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu cür əməliyyatlar təkrarlana bilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərini bir daha yada salmaq istərdik: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir”,- deyə YAP Xətai rayon təşkilatının sədri vurğulayıb.

“Ermənilər zaman-zaman öz himayədarlarının dəstəyi ilə törətdikləri təxribatlara haqq qazandırmaq üçün Azərbaycan tərəfini ittiham etməklə məşğul olublar” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, işğalçı dövlət gələcəyə deyil, keçmişə baxdığı üçün elə düşünür ki, istər Azərbaycan, istərsə də dünya 30 illik işğal dövrünün Azərbaycanı, həmçinin dünyasıdır: “Xeyr! Dünya dəyişir, dünya siyasətində dəyişikliklər baş verir. Artıq haqqın, ədalətin kimin tərəfində olduğunu Azərbaycanın gücü, həyata keçirdiyi siyasət nəticəsində əksər dünya gücləri qəbul edib və fəaliyyətlərini bu istiqamətdə qurublar. Dünyanın əksər gücləri Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olduğunu atdıqları addımları ilə təsdiqləyirlər. Ermənistana havadarlıq edən bəzi qüvvələr öz yardımçı funksiyalarını gizli şəkildə həyata keçirməklə nəyəsə nail olacaqlarını düşünsələr də Azərbaycanın qalib, diktə edən tərəf olduğunu unutmamalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ədalətin, beynəlxalq hüququn mövcudluğunu dünyaya sübut edən, həmçinin müharibənin getdiyi günlərdə ermənilərin cəbhə xəttinə yaxın olan ərazilərimizdə törətdiyi terror aktlarını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdıran, düşmən tərəfin feyk xəbərlərini ifşa edən Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı deyil. Elə o zaman da, bu gün də ermənilərin törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb. Azərbaycanın öz ərazisində belə cəhdlərin qarşısını alması suveren hüququdur.”

YAP Xətai rayon təşkilatının sədri bir daha diqqəti Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına yönəldərək bildirib ki, yaşanan son gərginliyin səbəbi, məhz qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasıdır: “Avqustun 3-də Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərini yerinə yetirməməsinin nəticəsidir. Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Bir mühüm məqamı bir daha qeyd etmək istərdik ki, Ermənistanın kapitulyasiyasının təsdiqi olan bu sənəddən irəli gələn öhdəliklərini yerinə yetirməməsi onun işğal dövründə BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinə məhəl qoymamasının davamıdır. Bu baxımdan ki, həmin qətnamələrdə də keçmiş Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu önə çəkilərək bəyan edilirdi ki, erməni silahlı birləşmələri bu torpaqları qeyd-şərtsiz tərk etməlidirlər. Amma göründüyü kimi, Ermənistan qanunsuz silahlı dəstələrini tam şəkildə ərazilərimizdən çıxarmaq istəmir. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir.

Əvvəldə də qeyd etdiyimiz kimi, dünya gücləri, o cümlədən ABŞ tərəfindən verilən açıqlamalarda Qarabağ ətrafında intensiv döyüşlərdən, o cümlədən insan tələfatı ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirildiyi qeyd edilir. ABŞ Dövlət Departamentinin bəyanatında gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırış edilir. Göründüyü kimi, münaqişənin həllindən söhbət getmir. Çünki Azərbaycan özü münaqişəni həll edib. Ona görə də Ermənistan öhdəliklərini yerinə yetirməli, Azərbaycan tərəfinin təklif etdiyi sülh müqaviləsinin onun üçün son şans olması barədə ciddi düşünməlidir. Unutmamalıdır ki, bu təkliflər sona qədər masada qalmayacaq. Dəmir yumruq yerindədir!”.
Bakı buna nöqtə qoyub, Nikolun 3 “şərti” isə... - ArkovTəəssüf ki, Ermənistan və Azərbaycan arasındakı kimi uzun və çətin münaqişəni bir gecədə dayandırmaq çətindir. Bütün tərəflər üçün vacib və məcburi olan sənədlər altında imzalarla onilliklər boyu bir-birini silah kimi görən milyonlarla insanın fikirlərini dərhal dəyişmək mümkün deyil. Bu, vaxt və səbir tələb edir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Axar.az-a rusiyalı politoloq Vitali Arkov “Qisas” antiterror əməliyyatını şərh edərkən deyib.

“Ümid edək ki, bu günlərdə müşahidə olunan və faktiki olaraq İrəvanın nəzarətində olan silahlı birləşmələrin təhrik etdiyi təxribat regionda növbəti eskalasiyaya səbəb olmayacaq. Əksinə, yalnız erməni qisasçılarının ağıllarını başlarına gətirəcək.

Bir daha deyirəm ki, bütün tərəflər Rusiya lideri Vladimir Putinin sülhməramlı vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı sənədlərə əməl etməlidir.

Fikrimcə, vəziyyətin gərginləşməsi zamanı bölgədə sülhməramlı missiyası olan Rusiya nümayəndələri əziyyət çəkməməlidir, əks halda bu, çətin proqnozlaşdırıla bilən ən azı siyasi nəticələrə gətirib çıxara bilər.

Azərbaycana üç tələb irəli sürən Ermənistanın Baş naziri Nikol Paşinyanın mübahisəli bəyanatlarına - “Dağlıq Qarabağ” adlı ərazi vahidinin mövcudluğunu qəbul etmək, Qarabağda “təmas xətti”nə və “Laçın dəhlizinin mövcudluğuna hörmət etməyə” gəlincə, Qarabağın statusu çoxdan hüquqi və dönməz şəkildə müəyyən edilib və beynəlxalq sənədlərdə qeyd olunub. Bu, Azərbaycanın ayrılmaz hissəsidir. Moskvanın xahişi ilə Bakı müvəqqəti olaraq Qarabağda Azərbaycan ordu”su və hüquq-mühafizə qüvvələrinin əvəzinə təhlükəsizliyi Rusiya sülhməramlılarına həvalə etdi. Qarabağda “prezident”, “hökumət” və “dqr parlamenti” adına heç nə yoxdur. Çünki belə bir dövlət qurumu yoxdur. Bir Qarabağ var ki, Azərbaycanın tərkibində bir bölgədir. Və nöqtə”, - o bildirib.

Ekspert qeyd edib ki, Bakının Qarabağda yaşayan və Azərbaycana qarşı döyüşməyən şəxslərin ölkə vətəndaşlığını qəbul etməyi tələb etməyə haqqı var:

“Əgər Paşinyan Bakıya Laçın dəhlizini xatırladırsa, onda İrəvanın günahı ucbatından hələ də bağlı olan Zəngəzur dəhlizini xatırlamaq onun üçün günah olmaz”.
Ermənilər təşvişdə: əhali Tavuşdan qaçırAzərbaycan Ordusu Qarabağda separatçı-terrorçulara qarşı “Qisas” əməliyyatı keçirdikdən sonra Ermənistanın Tavuş vilayətindəki əhali təşvişə düşüb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, Tavuşun Berd rayonunda və sərhəddə yerləşən digər ərazilərdəki erməni əhali köçmək barədə düşünürlər.

“Əhali bütün ssenarilərə hazırlaşır, dünən gecədən başlayaraq yanacaqdoldurma məntəqələrində növbələr yaranıb”, - “Hraparak” nəşri yazır.

Erməni əhali Azərbaycan ordusunun Qazaxın 7 kəndinin azad edilməsi istiqamətində hərəkətə keçməsindən qorxurlar.
Bakıda həkimin övladı və anası döyüldü - RəsmiDaxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə səhifələrində həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin döyülməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Axar.az-a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Çimərliyə gedən xanımları təhqir edən din xadimi prokurorluğa ÇAĞIRILDIMüxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və əmin-amanlıq şəraitində ünsiyyət qurması Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq baxımından dünyaya göstərdiyi bir nümunədir. Təəsüf ki, bəzi hallarda mediada və sosial şəbəkə səhifələrində milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyinin salınmasına, bu zəmində fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına, bununla da Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının qəsd etmə hallarına rast gəlinir.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, aparılan monitorinq nəticəsində müəyyən edilib ki, Abşeron rayon sakini Təyyar Hüseynli internet informasiya ehtiyatında və informasiya-telekommunikasiya şəbəkəsində müsahibə zamanı fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslər barəsində kəskin və Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqiramiz ifadələr işlədib.

Bunun davamı olaraq baş vermiş müzakirələrdə Mübariz Sadıqlı, Nicat Dadaşov və İrşad Muradov və digər şəxslər tərəfindən təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.

Bununla da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Qanunun 13-2.2.3 və 13-2.3.9-cü maddələrinin tələbləri pozulub. Qeyd olunanları nəzərə alaraq, adı çəkilən şəxslərlə aparılmış söhbət zamanı əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini, mövcud şəraitdə bu cür yazıların yanlış olduğunu dərk etdiyini, gələcəkdə bu cür pozuntulara yol verməyəcəklərini nəzərə alaraq onların barəsində “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlığın elan edilməsi ilə kifayətlənib.

Bununla yanaşı, Baş Prokurorluq tərəfindən media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edilərək gələcəkdə cəmiyyətdə təşvişə səbəb olan bu qəbildən məlumatların yayılmaması tələb edilir, əks halda müvafiq qanuni tədbirlərin görüləcəyi bildirilir.

Qeyd edək ki, Təyyar Hüseynli çimərliyə gedən xanımları təhqir edərək, müsəlman kişinin yanındakı qadın geyiminə diqqət etməlidir deyib.
Nikolun müharibə qoxulu sərsəmləməsi: “3 tələb” irəli sürdüBu gün 10 noyabr 2020-ci il bəyanatını öz qələbəsi sayan Azərbaycan Ermənistanın öhdəlik götürməsindən danışır. Bəli, biz öhdəlik götürdük və hər şeyi yerinə yetirdik.

Avrasiya.net xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasındakı çıxışında deyib.

O iddia edib ki, Azərbaycan da guya öhdəlik götürüb.

Paşinyan Azərbaycanın “bu öhdəliklərə” əməl etməsini istəyib:

1. “Dağlıq Qarabağ”ın (red: separatçı rejimi) mövcudluğunu tanımaq;

2. Qarabağda “təmas xəttinin” mövcudluğuna hörmət etmək;

3. Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin mövcudluğuna hörmətlə yanaşmaq.

Qeyd edək ki, 10 noyabr kapitulyasiyasından sonra bu, Ermənistan rəhbərliyinin bütün diplomatik sərhədləri aşmasının və öhdəlikdən qaçmaq üçün növbəti həyasızlığının ən üst səviyyəsidir.

Azərbaycan 10 noyabr bəyanatında heç bir öhdəlik götürməyib, bəyanatın mətnində bircə yerdə də olsun, “Dağlıq Qarabağın gələcək statusu” ilə bağlı söz belə yoxdur, eyni zamanda, “təmas xətti” ifadəsi Ermənistan ordusunun rus sülhməramlıların gəldiyi vaxta qədər dayandıqları mövqelərə görə işlədilib.

Rusiya sülhməramlı kontingentinin Qarabağa yerləşdirilməsi ilə Ermənistan hərbi birlikləri Azərbaycan ərazisindən çıxarılmalı idi və bununla da “təmas xətti” anlayışı tamamilə ləğv olunacaqdı. Qarabağın bir hissəsinə yerləşdirilən rus sülhməramlıları isə orda məskunlaşdırılan erməni icmasının təhlükəsizliyini müəyyən müddətə qədər təmin edəcəkdilər.

“Dağlıq Qarabağ”ın mövcudluğunu tanımağı” dilə almaq Ermənistan Baş naziri Nikol Paşinyanın dəhşətli səhvi olmaqla bərabər, 10 noyabr bəyanatından imtina etməsi və müharibə səbəbidir. 10 noyabr bəyanatının tərəfi Ermənistandır, hər hansı separatçı-terrorçu ünsür deyil; 10 noyabr bəyanatının altında Ermənistan baş nazirinin imzası var – hansısa separatçının yox. Bütün bunlardan sonra “separatçı qurumu” tanımaq haqda hansısa fikir demək Paşinyanın imzasına hörmət etmədiyi, yenidən baş qaldırdığı, yenidən münaqişə yaratmaq istəməsini göstərir.

Xatırladaq ki, Ermənistan rəhbərliyi 2020-ci ilin ortalarında Azərbaycana qarşı 7 tələb irəli sürmüşdü və bu tələbləri Azərbaycan 44 gündə cəhənnəmə vasil etdi, gorbagor etdi.

Paşinyan o dəhşətli və rüsvayçı məğlubiyyətdən sonra yenə “tələb” dilə gətirə bilirsə, bu artıq Ermənistan dövlətinin mövcudluğunu şübhə altına ala bilər.
Rusiya desant qüvvələri ciddi itkilər verdiRusiya Federasiyasının Hava-Desant Qüvvələrində artıq batalyon taktiki qrupları yoxdur. Çox ciddi itkilər var.

Avrasiya.net xəbər verir ki, bunu ukraynalı jurnalist Roman Tsimbalyuk Teleqramda yazıb.

“İtkiləri kompensasiya etmək iqtidarında olmadığına görə Hava-Desant Qüvvələri yeni sadələşdirilmiş struktura keçir. Belə ki, 200-ə qədər hərbçidən ibarət hücum qrupları yenidən formatlaşdırılır. Məhz bu qruplaşmaların Xerson vilayətinə hücumu planlaşdırılıb. Əslində isə Rusiya batalyon taktiki qruplarında 600-800 zabit və əsgər olmalıdır”, - o bildirib.
Putin Donbas separatçısını təltif etdi Putin Donbas separatçısını təltif etdiRusiya Prezidenti Vladimir Putin dünən Donbasda öldürülən məşhur terrorçu Olqa Kaçuranı Rusiya Qəhrəmanı adı ilə təltif edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, dünən ukraynalı jurnalist Denis Kazanski Olqa Kaçura adlı (“Korsa”) separatçı-terrorçunun məhv edildiyini yazmışdı.

Olqa Kaçura törətdiyi əməllərə görə, Ukrayna məhkəməsi tərəfindən qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.