Elnur Eltürk: “Vikipediya”da fəal olmağımız zamanın tələbidir“Vikipediya”da fəal olmağımız zamanın tələbidir. Son illər könüllülər arasında “Vikipediya”da məqalə yaratmağa böyük həvəs yaranıb. “Vikipediya” həm də təbliğ nöqteyi-nəzərindən uğurlu internet platformasıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”nın Azərbaycan dili bölməsi inkişaf etməkdə olan seqmentdir. Hər gün bu platformanın Azərbaycan dili bölməsində məqalələrin sayı artır və ya məlumatlar redaktə edilərək zənginləşdirilir. Artıq Azərbaycan dili bölməsində 185 mindən çox məqalə var. Fəallıq və intensivlik yaxşıdır və proses sistemli şəkildə davam edir.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Vikipediya”da yeni könüllülərin cəlb olunması ilə bağlı keçirilən təlimlər öz müsbət nəticəsini verir. Ali məktəblərin tələbələri prosesə öz töhfələrini verirlər. Yeni könüllü qruplar yaradılır. Hesab edirəm ki, fəallıq daha da artırılmalıdır. Ölkənin vətənpərvər, intellektual insanları prosesə daha çox öz töhfələrini verərlərsə, doğma dilimizdə məqalələrin sayı daha da artar.
“Vikipediya” bir ölkənin tarixinin, xalqın milli-mənəvi dəyərlərinin, görkəmli şəxsiyyətlərinin tanıdılması üçün də uğurlu platformadır.

Bu gün “Vikipediya”nın xarici dil bölmələri sürətlə inkişaf edir. “Vikipediya” bizə təbliğat baxımından da bir sıra imkanlar yaradır. Bundan düzgün yararlanmaq və istiqamətlənmək olduqca önəmlidir. Xarici dilləri mükəmməl bilən şəxslər bu prosesdə fəal iştirak edərlərsə, uğurlu nəticələrin olması gözləniləndir. Son illər “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri və könüllüləri bu onlayn ensiklopediyanın Azərbaycan və xarici dili bölmələrində ölkəmizlə bağlı uğurlu məqalələr yaradır və zənginləşdirirlər. Bu işdə peşəkar tərcüməçilər fəal iştirak edirlər. Müasir informasiya texnologiyaların inkişaf etdiyi vaxtda “Vikipediya”da fəal olmağımız labüddür. Həm də zamanın tələbidir”,- deyə Elnur Eltürk bildirib.
Hərbçimiz Kəlbəcərdə İTKİN DÜŞDÜİyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.

Hazırda faktla bağlı araşdırma aparılır.
Rusiyada azərbaycanlı qətlə yetirildiİyulun 22-də Rusiyanın Sankt-Peterburq şəhərində yaralı azərbaycanlı ölümə tərk edilib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında Novoselova küçəsində yerləşən 8 saylı poliklinikanın yaxınlığında omba nahiyəsində bıçaq xəsarəti olan kişi aşkar edilib.

Ərazidə quraşdırılmış müşahidə kameralarının qeydlərinə görə, “Qazel” markalı avtomobil tibb müəssisəsinə yaxınlaşıb, yaralı sərnişin özü oturacağı tərk edərək yıxılıb. Sürücü isə əvvəlcə tibb müəssisəsinə daxil olub və dostuna kömək etməyi xahiş edib, sonra ərazini tərk edib.

Sürücü tezliklə tapılıb və onun 52 yaşlı kişi olduğu ortaya çıxıb. Zərərçəkmiş, 50 yaşlı Azərbaycan vətəndaşı iki saat keçməmiş poliklinikada dünyasını dəyişib.

Yerli polis faktla bağlı araşdırmalara başlayıb.
Cinsi azlıqla bir maşına minmək istəmədi - CƏRİMƏLƏNDİBakıda Malakan bağında gənclər arasında insident yaşanıb.

Avrasiya.net "Qafqazinfo"ya istinadən məlumat verir ki, həmin ərazidə 23 yaşlı Fuad Ağayev (şərti) cinsi azlıq nümayəndəsi C.S. ilə mübahisə edib. Polis əməkdaşları onlara yaxınlaşaraq məsələni aydınlaşdırmağa çalışıblar. Bu zaman hər iki şəxs Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunub.

İttihama görə, F.Ağayev cinsi azlıq nümayəndəsi ilə bir maşına minmək istəmədiyini bildirib. Polis əməkdaşları onu məcburi şəkildə bölməyə aparmağa çalışarkən F.Ağayev polis maşınının şüşəsinə zərbə vurmaqla ziyan yetirib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmama) ilə protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə həmin şəxsin inzibati xətanı törətməsinin sübuta yetirildiyi qənaətinə gəlib.

Qərara əsasən, F.Ağayev 200 manat məbləğində inzibati cərimə olunub.

150-ci gün: Rusiya ordusunun itkiləri açıqlandıUkrayna müharibənin 150-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 39 240 hərbçi, 1 708 ədəd tank, 3 929 ədəd zirehli döyüş maşını, 864 ədəd artilleriya sistemi, 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 113 hava hücumundan müdafiə sistemi, 221 ədəd hərbi təyyarə, 188 ədəd helikopter, 2 820 ədəd avtomobil texnikası, 714 ədəd PUA, 167 qanadlı raket, 15 gəmi/qayıq, 72 xüsusi avadanlıq itirib.
Ukrayna hücum etdi: şiddətli döyüşlər gedirRusiya ordusu Xerson bölgəsində hərbi körpünü qoruyub saxlamağa üstünlük verir, lakin Dnepr üzərində keçid tikmək cəhdi çox riskli əməliyyatdır.

Bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında deyilir.

"Son 48 saat ərzində Ukrayna və rus qoşunlarının Dnepr çayının qərbində, Xerson bölgəsində şiddətli döyüşlər davam edir. Çox güman ki, Rusiya Dnepr çayının qolu olan İnquleç çayı boyunca artilleriya atəşindən istifadə etməklə Ukraynanın hücumunu ləngitməyə çalışır”, - məlumatda deyilir.

Qeyd olunur ki, Dneprdən qərbdə Rusiya qoşunlarının təchizat yolları getdikcə daha çox təhlükə altına düşür.

“Əgər Dneprdən keçmək mümkün olmasa və işğal altındakı Xersondakı rus qoşunları məğlub olsa, bu, Rusiya üçün ciddi hərbi və siyasi geriləmə olacaq”, - hesabatda deyilir.
İmişlidə ər arvadını bıçaqladıİyulun 21-i saat 06 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Avrasiya.net-ə bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.
Astaradan maşın körpüdən çaya aşdı: ölən varAstarada avtomobil körpüdən çaya aşıb, sürücü ölüb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, iyulun 22-də saat 15 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qəsəbə sakini İdrak Nəsirov idarə etdiyi “Mersedes” markalı avtomobili körpüdən çaya aşırıb və nəticədə suda boğularaq ölüb.

Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bakıda həkim intihar edibBakıda həkim intihar edib. “Qafqazinfo” xəbər verir ki, həkim-terapevt Mirzadə Cabbarova özünü öldürüb.

Məlumata görə, həkim beş ay öncə boşanıbmış, övladı yox idi.

Qeyd edək ki, o, Narınc Psixologiya Mərkəzində fəaliyyət göstərib
Tofiq Musayev rəqibini nakaut etdiAzərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da ilk döyüşünə çıxıb.

Avrasiya.net xəbər verir ki, Vaşinqtonda keçirilən "Bellator 283" turniri çərçivəsində döyüşçümüzün rəqibi amerikalı Sidney Outlav olub.

Tofiq Musayev ilk raundda rəqibini nokauta göndərib. Referi döyüşü 27-ci saniyədə başa vurub.