"Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq"Bildiyimiz kimi "Laçın dəhlizi"nə alternativ çəkilən yolun tikintisi başa çatıb. Beləliklə, işğal dönəmində orada qeyri-qanuni məskunlaşmış ermənilərin lap yaxın gələcəkdə Laçını tərk edəcəyi artıq heç kimdə şübhə doğurmur. Bunu ermənilərin özləri də, Xankəndidəki separatçı törtöküntüsünə "başçı"lıq edən Araik Arutyunyan da yaxşı başa düşür. Ona görə də necə deyərlər, onlar indidən əl ayağa düşüblər.

Belə ki, Laçının mərkəzindəki və Zabux kəndindəki ermənilər bir tərəfdən ərazini tərk etməyəcəklərini bildirsələr də, ancaq digər tərəfdən isə öz ənənəvi hay xislətlərinə sadiq qalaraq Laçının mərkəzini və kəndlərini talan edir, infrastrukturu dağıdır, ağacları kəsir, evləri yandırırlar. Bu da son nəticədə bölgədə növbəti ekoloji fəlakətin baş verməsi ilə nəticələnə bilər.

Eyni zamanda Xankəndindəki separatçı-terrorçu rejim Zabuxda qanunsuz məskunlaşdırılmış Suriya, Livan ermənilərinin Şuşa rayonunun kəndlərində yerləşdiriləcəyi ehtimalını gündəmə gətirir. Separatçı-terrorçu rejimin qanunsuz "ombudsman"ı Geqam Stepanyanın bu barədə verdiyi təxribatçı açıqlamadan belə məlum olur ki, Zabuxun boşaldılması faktı meydana çıxacağı təqdirdə, mümkün variant kimi oradakı hayların Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərinə köçürülməsi müzakirə oluna bilər.

Ancaq əsl həqiqətdə isə həmin ermənilərin nə Zabuxda, nədəki Şuşanın məlum kəndlərində yerləşdirilməsi, məskunlaşdırılması heç bir hüquqi əsaslara söykənmir. Çünki onlar Azərbaycan vətəndaşı deyil. Ona görə də, ərazidə müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları heç şübhəsiz ki, bu cür qanunsuz məskunlaşdırma cəhdlərinin qarşısını birmənalı surətdə almalıdır. Əks təqdirdə, Azərbaycanın müvafiq güc strukturları bu məsələni gərəyincə həll edəcək, erməni azğınlığının qarşısını alacaqlar.

Rəsmi Bakının nə Ermənistan rəhbərliyinin sərgilədiyi destruktiv mövqeyə, nədəki Xankəndidəki separatçı-terrorçu rejimin qanunsuz əməllərinə sonsuza qədər dözmək niyyəti yoxdur. 44 günlük Vətən Müharibəsində əldə edilən parlaq Zəfərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımları və dövlətimizin başçısının sülh çağırışlarını da, rəsmi İrəvanın danışıqların ruhuna xələl gətirən əsassız iddia və bəyanatlarını da, erməni müxalifətinin və Xankəndidəki separatçıların revanşist çağırışlarını da dünya birliyi görür.

Həmsədrlik institutunun yenidən dirçəldilməsinə çalışan ABŞ və Fransa da ermənilərin revanşist əhval-ruhiyyəyə köklənməsindən xəbərdardır. Lakin onlar bu faktı görməzdən gəlirlər. Revanşizm çağırışları onları əsla narahat etmir. Ancaq hamı bilməlidir ki, Ermənistan tərəfinin və separatçıların destruktiv fəaliyyətləri, revanşist çağırışları bölgənin gələcək təhlükəsizliyinə ciddi təhdid yaradır və bu təhdidlərin qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi zəruridir. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Ermənilər illüziyalarla yaşamamalıdırlar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
“İctimai şuraların fəaliyyəti bizi qane etmir” - Vüsal Quliyev“Bu gün ağsaqqallara, veteranlara dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir”.

Avrasiya.net-in məlumatına görə, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev Ağsaqqalların və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib.

O, regionlarda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin zəruri olduğunu bildirib:

“Bu gün cəmiyyətimizi narahat edən bəzi problemlər var. Qızların təhsili, narkomaniya ilə bağlı problemlər bizi narahat edir. Bu məsələlərlə bağlı da bu təşkilatların üzərinə müəyyən vəzifələr düşür".

V.Quliyev vurğulayıb ki, rayonlarda yalnız rəhbər şəxslərdən ibarət təşkilatlar var:

“Bunun səbəbinin nə ilə bağlı olduğunu bilmirəm. Biz istəyirik ki, bu təşkilatlar ofissiz, fəaliyyətsiz qalmasın. Regionlarda ictimai şuraların da fəaliyyəti bizi qane etmir. Bu məsələlərlə bağlı ciddi səylər göstərilir. İstəyirik ki, yerlərdə ictimai şuralar, veteran təşkilatları, ağsaqqallar ictimai nəzarətin həyata keçirilməsində fəallıq nümayiş etdirsin”.
DTX-dən güzəştli mənzil almaq istəyənlərə xəbərdarlıqMənzil İnşaat Dövlət Agentliyinə (MİDA) məxsus 442 mənzilin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi proqram təminatından istifadə etməklə, mənzil seçmə prosesində müdaxilə halları müşahidə edilib.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəsmisi Günel Hüseynova MİDA ilə birgə keçirilən brifinqdə deyib.

"Qeyd edilən halların araşdırılması ilə bağlı DTX-ya müraciət ünvanlanıb Faktla bağlı qurumun İstintaq Baş İdarəsi 14 aprel 2022-ci ildə Cinayət Məcəlləsinin müvafiq qanunlarına uyğun olaraq cinayət işi başlayıb və icraata qəbul edil. Başlanılmış cinayət işi üzrə aparılmış araşdırma zamanı MİDA -nın növbəti layihəsi olan 2-ci mərhələ üzrə mənzillərin güzəştli şərtlərlə satışı prosesi həyata keçirilərkən mənzil seçiminin sürətli keçmək şərti ilə müdaxilə edilməsi faktı təsdiqini tapıb. İstintaq Baş İdarəsi tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində qeyd edilən şəxslərin şəxsiyyəti müəyyən edilərək ifşa edilərək, onlar təqsirləndirilən şəxs qismində cəlb edilib və barələrində işin hallarından aslı olaraq müvafiq qəti imkan tədbirləri seçilib. Bir nəfər barəsində beynəlxalq axtarış elan edilib. Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. Gələcəkdə belə üsullara əl atmaq istəyən şəxslər və yaxud onlara yenidən müraciət edəcək şəxslər məsuliyyət daşıyacaqlar", - deyə o, qeyd edib.
"Azərsu" gücləndirilmiş rejimə keçir"Azərsu" ASC Qurban Bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

ASC-dən Avrasiya.net-ə verilən məlumata görə, qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

Bu məqsədlə qurumun sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub. Əhalinin içməli su təchizatında dayanıqlığın təmin olunması məqsədilə heç bir planlı fasilə olmayacaq, qəza xidmətləri, 955 Zəng Mərkəzi fasiləsiz fəaliyyət göstərəcək.

İstehlakçılardan xahiş olunur içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”yun 955 Zəng Mərkəzinə müraciət etsinlər. Eyni zamanda vətəndaşlar (055) 209-95-59 votsap nömrəsi və facebook sosial şəbəkəsi vasitəsilə də müraciətlərini ünvanlaya bilərlər.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün lazımi təşkilatı və texniki tədbirlər görüləcək.
MİDA-nın nəticələri ləğv edildi: həbs edilənlər var“Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılmışlar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edilmişlər. Araşdırmalarla təsbit edilmişdir ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurublar.

“Güzəştli mənzil” sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini həyata keçirir ki, onun da əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

Yuxarıda qeyd edilən araşdırmalar nəticəsində müəyyən edilmiş halların “Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcəkdir. Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir.

COVID-19-un yeni dalğası başlayıbAvropa İttifaqında COVID-19 epidemiyasının yeni dalğası müşahidə olunur.

Bu barədə Avropa Dərman Agentliyi (EMA) tərəfindən məlumat yayılıb.

Bildirilib ki, EMA rəsmiləri yaşı 60-dan çox olanların və tibbi cəhətdən həssas insanların peyvəndin ikinci gücləndirici dozasını qəbul etmələrini tövsiyə ediblər.

Agentliyin peyvənd strategiyasına cavabdeh rəsmisi Marko Kavaleri bildirib ki, Aİ-nin bir çox ölkəsində "Omicron" ştamının yüksək yoluxucu mutasiyaları ilə idarə olunan COVID-19-un yeni dalğası başlayıb. BA.4 və BA.5 variantlarının bütün qitədə dominant olmasının gözlənildiyini deyən M.Kavaleri bu variantların iyulun sonuna kimi bütün digər variantları əvəz edəcəyini qeyd edib.
Qazaxıstan MDB sazişində çıxdıQazaxıstan Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Valyuta Komitəsi haqqında 1995-ci il sazişindən çıxır.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fərman verib.

“Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında Minsk şəhərində 2013-cü il oktyabrın 25-də bağlanmış 1995-ci il 26 may tarixli sazişin qüvvəsinə xitam verilməsi haqqında protokol təsdiq edilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, sənəd artıq qüvvəyə minib.
Güneyli fəallar: Azərbaycan üsyana hazırdırGüney Azərbaycanın Urmu şəhərində etirazlar davam edir.

Axar.az xəbər verir ki, şəhər divarlarına Urmu gölü ilə bağlı etiraz məzmunlu şüarlar yazan milli-mədəni və ekologiya fəallar Tehran hökumətinə xəbərdarlıq ediblər.

Urmu şəhərinin məhəllələrinin divarlarına "Azərbaycan üsyana hazırdır", "Urmu gölünü xilas edəcəyik”, "Urmu gölü can verir" və digər şüarlar yazılıb.

Qeyd edək ki, son günlər Güney Azərbaycanda davamlı olaraq hökumətin qurumaqda olan Urmu gölünə laqeyd yanaşmasına qarşı etiraz aksiyaları keçirilir.
Azərbaycanda yoluxma 48 faiz artıb - RƏSMİSon bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır.
Lavrov “G-20”liyin toplantısını yarımçıq tərk edibRusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən “G-20”liyin toplantısını yarımçıq tərk edib.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 8-də DPA agentliyinə müsahibəsində bildirib.

Məlumata görə, S.Lavrov rəsmi naharda iştirak etməyəcək, habelə günü ikinic yarısında “G-20”liyin iclasına qatılmayacaq.

Qeyd edək ki, “G-20”liyə üzv dövlətlərin xarici işlər nazirləri rusiyalı həmkarlaı ilə birgə şam yeməyindən və ailə fotosu çəkdirməkdən imtina ediblər.

Xatırladaq ki, iyulun 7-də qrupun xarici işlər nazirlərinin görüşü başlayıb.