Ağsaqqallar Şurasının yerli təşkilatlarının Milli Qurtuluş Gününə həsr edilmiş tədbirləri keçirilibXəbər verdiyimiz kimi, Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son birillik fəaliyyətləri ilə bağlı hesabat konfransları keçirilir.
Milli Qurtuluş Gününə həsr edilmiş növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 14-də Gədəbəy və Ağstafa rayonlarında təşkil olunub. Bu toplantılarda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, rayon idarə və təşkilatlarının rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Azərbaycanın xilaskarı, memarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Konfranslarda müqəddəs torpaqlarımızın azadlığı, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən hər iki rayonun İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq, onları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər. 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının əhəmiyyətindən, ölkəmizin parçalanma və vətəndaş müharibəsi təhlükəsindən xilas edilməsindən, bütün sahələrdə aparılan mühüm islahatlardan bəhs edən natiqlər Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf prosesindən danışıblar. Öz çıxışlarında ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı önəmli fəaliyyətlərinin, gənclərlə apardıqları maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayan Natiq Nağıyev və Seymur Orucov onlara gələcək işlərində uğurlar arzulayıblar.

Sonra Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədovun və Ağstafa Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayevin son birillik hesabat dövrü ərzində yerli təşkliatlarda aparılan işlər və qarşıda duran vəzifələr barədə məruzələri dinlənilib. Koronovirus pandemiyasına qarşı apardıqları təbliğat işlərindən, şəhid ailələrinə və qazilərə göstərdikləri diqqət və qayğıdan, gənclərə milli vətənpərvəlik ruhunun aşılanmasından, xüsusilə narkomaniyaya, erkən nikahlara, son dövrdə artmaqda olan boşanmalara qarşı həyata keçirdikləri maarifləndirici tədbirlərdən söz açıblar. Xalqımızın qurtuluşu missiyasını həyata keçirən ulu öndər Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək dəyərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən bəhs ediblər. Gələcəkdə, koronovirus pandemiyasının zəiflədiyi bir dövrdə daha səmərəli və aktiv şəkildə fəaliyyət göstərəcəklərini bildiriblər.

Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıraraq, hər bir kəsi Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli dəvəti ilə ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını həyata keçirməsindən söz açan natiq məhv olmaq təhlükəsi qarşısında qalan ölkəmizin bütün problemlərinin Ulu Öndərin titanik fəaliyyəti sayəsində aradan qaldırılmasından, Azərbaycanının taleyini dəyişən bu önəmli tarixin – Milli Qurtuluş Gününün əhəmiyyətindən danışıb. Bayram müəllim ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əsası qoyulan uzaqgörən və müdrik siyasətin Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə uğurla davam etdirilməsindən, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş əzəli, əbədi torpaqlarımızda geniş vüsətlə aparılan abadlıq-quruculuq işlərindən, bir sözlə, qurtuluşdan tərəqqiyə böyük addımlarla irəliləyən ölkəmizin uğurlarından ətraflı bəhs edib.

Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövlətinin ictimai-siyasi həyatında respublika ağsaqqallarının əhəmiyyətli rolundan danışan Bayram Yusifov onların hər zaman dövlətə, dövlətçiliyə, sabitliyə və inkişafa xidmət etdiklərini vurğulayıb. Qeyd edib ki, ağsaqqalın hər bir sözü, davranışı onun fəaliyyətidir və ağsaqqal nəsihəti, məsləhəti xalqımız üçün həmişə böyük dəyər kəsb edib. “Dahiləri kənarda axtarmamlıyıq” deyən natiq Azərbaycan, Türk millətinin böyük millət olduğunu, güclü tarixi şəxsiyyətlər yetişdirdiyini tədbir iştirakçılarına xatırladıb. O, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini də yada salaraq bu gün Ümummilli Liderin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin respublikamızı regionun lider, dünyanın tanınan və qəbul edilən ölkəsinə çevirdiyini qürurla vurğulayıb və əlavə edib ki, bu gün biz böyük fəxrlə deyə bilərik: “Var millətimin imzası imzalar içində...”
Rayon təşkilatlarının fəaliyyətlərini təqdirəlayiq hesab edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov onlara gələcək işlərində uğurlar arzulayıb və qeyd edib ki, əgər ağsaqqal yerindədirsə, hər şey öz qaydasında olacaqdır. Allah heç bir ailəni, eli, obanı, cəmiyyəti ağsaqqalsız etməsin.

Daha sonra çıxış edən Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, rayon ağsaqqalları, şəhid valideynləri, qazilər və digər natiqlər öz çıxışlarında qeyd ediblər ki, xalq arasında ağsaqqalların hər zaman böyük hörməti və nüfuzu olubdur. Ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi yüksək qayğı və diqqətin bütün təzahürləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində özünü aydın şəkildə göstərir. Habelə vurğulanıb ki, ölkəmizin hər bir regionunda olduğu kimi Gədəbəy və Ağstafa rayonlarında da Azərbaycanın tərəqqisi naminə həyata keçirilən bütün tədbirlərdə ağsaqqallar yaxından iştirak edərək, öz zəngin təcrübələrini və biliklərini əsirgəmirlər.

Səmimi şəraitdə keçən hər iki konfransda ağsaqqalların və rayon sakinlərinin müxtəlif məsələlərə dair bəzi təklif və iradları da dinlənilib və bu məsələlərlə bağlı müvafiq qurumlar tərəfindən lazımi tədbirlərin görüləcəyi qeyd olunub. Sonda yerli təşkilatlara yeni üzvlüyə qəbul edilən şəxslərə vəsiqələr, daha aktiv fəaliyyətləri ilə fərqlənən ağsaqqallara isə Fəxri fərmanlar təqdim edilib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov səfər çərçivəsində yerli təşkilatların iş otaqları, yaradılan şəraitləri və göstərdikləri fəaliyyətlə yaxından tanış olaraq öz məsləhət və tövsiyələrini verib. Tədbir iştirakçıları, həmçinin, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmovun Gədəbəyin mərkəzində ucaldılan tunc abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, xatirəsini ehtiamla yad ediblər. Qeyd edək ki, Məzahir Rüstəmovun atası, Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini, professor İzzət Rüstəmov hazırda Xətai Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyət göstərir.




MİLLİ QURTULUŞDAN ŞUŞA BƏYANNAMƏSİNƏ - Tarixi varisliyin təntənəsiSadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Bu gün müasir Azərbaycan tarixinin ən önəmli günlərindən biri Milli Qurtuluş bayramıdır!

Elə şəxsiyyətlər var ki, onlar tarixin bir parçası olmaqla həm də yeni eranın başlanğıcı olurlar. Belə mühüm tarixi şəxsiyyətlərdən biri də ümummilli lider Heydər Əliyevdir. Xalqın taleyində böyük önəm daşıyan elə tarixlər də var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən əhəmiyyətli başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Heydər Əliyev müstəqillik epoxasının başlanğıcı

Bütün həyatını müstəqillik amallarının müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsinin yaşadılmasına Azərbaycanımızın işıqlı gələcəyi naminə bütün fədakarlıqlara sinə gərmiş Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər əsasında yaratmışdır. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası müasir tariximizdə məhz Heydər Əliyevə məxsusdur. Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi qətiyyət və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir. Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider kimi o, millətini, torpağını labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa edib, ölkəmizdə sabitlik və firavanlığa təminat yaradıb.

Müasir müstəqilliyimiz Milli Qurtuluşdan başlayır!

Zaman ötdükcə, ölkəmiz bütün sahələr üzrə inkişaf edib möhkəmləndikcə bu şərəfli tarixin önəmi daha aydın dərk olunur. Xalqımız bu tarixi, yəni ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışının rəsmiləşdiyi tarixi sonsuz minnətdarlıq hissi ilə xatırlamağı özünə mənəvi borc hesab edir. Çünki danılmaz həqiqət ortadadır. Hər kəs bilir ki, 15 İyun-Milli Qurtuluş Günü olmasaydı müstəqil dövlət kimi mövcudluğumuz 1918-1920-ci illərdə əldə etdiyimiz müstəqillikdən də qısa olacaqdı. Ulu Öndərin böyük qayıdışı nəinki Azərbaycanın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsinin qarşısını aldı, eyni zamanda, ölkəmizi sabitliyə, davamlı inkişafa, sosial rifaha istiqamətləndirdi. Əslində, bizim 2-ci müstəqillik tariximiz 15 iyundan başlamışdır, desək, yanılmarıq. Çünki 1991-ci ildə əldə edilmiş müstəqillik formal, şərti xarakter daşıyırdı. O zaman idarəetmə düyməsi Moskvanın əlində idi. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu.

1991-1993-cu illərin qısa xülasəsini versək, onu deyə bilərik ki, bir tərəfdə 70 il mövcud olmuş imperiyanın dağılması prosesi gedirdi, digər tərəfdən isə xalqda milli oyanış baş qaldırırdı. Yaranmış siyası börhan çevik idarəetmə və yeni yanaşma tələb edirdi. Amma təəssüf ki, yaranmış bu siyasi böhrana bir tərəfdən öz hakimiyyətini qoruyub saxlamaq istəyən, imperialist təfəkküründən çıxa bilməyən Ayaz Mütəllibov və komandası, digər tərəfdən isə nəyin bahasına olursa-olsun, hakimiyyəti əla almaq, qamarlamaq yanğısı ilə meydanlara atılan cəbhəçi-müsavatçı “bəylər” öz “töhfə”lərini verirdilər. Qütbləşmə, qarşıdurma getdikcə kəskinləşir və ölkə uçuruma yuvarlanırdı. Xocalı faciəsi, Şuşa və Laçının işğalı məhz bu xəyanətkar qarşıdurmanın nəticəsi oldu. Nəhayət ki, 1992-ci il mayında AXC-Müsavat cütlüyü dövlət çevrilişi edərək, hakimiyyəti güc yolu ilə zəbt etdi. Bundan sonra vəziyyət daha da ağırlaşdı. AXC-Müsavat hakimiyyəti ölkədə xaos, anarxiya, özbaşınalığa rəvac verdi. Mənfur ermənilər isə bundan istifadə edərək torpaqlarımızı işğal edir və çoxsaylı qaçqınlar-köçkünlər ordusunun yaranmasına səbəb olurdular. Problemlər getdikcə artırdı, səriştəsiz idarəetmə, savadsız kadr siyasətinin nəticəsində müstəqilliyimiz və bütövlükdə ölkəmiz çox ciddi təhdidlərə məruz qalmışdı. Hakimiyyət idarəetmə strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirərək, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydular. Qısa fəaliyyətlərinin xülasəsi o oldu ki, ölkənin bir sıra regionlarında silahlı birliklər seperatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar nəinki vəziyyəti düzəltmədi, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxmışdı, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. 1993-cü ilin iyunun 4-də iqtidarın fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. Hadisələrin ertəsi günü - iyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda qəhrəman Cavad xanın nəvələri - gəncəlilərə müraciət edərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.

Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə dikilmişdi. AXC-Müsavat iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq, Vətənin bu ağır günündə öz sınanmış dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi.

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.

Müstəqilliyi qazanmaq çətin, onu qorumaq isə daha çətindir

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi.

Məhz bu strategiyanın davamlılığının təmin olunmasının təminatı uğurlu siyasi varisin yetişdirilməsi idi. Bu isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev idi. İlham Əliyevin ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyeva tandemi uğurlu siyasi varisliyin ən gözəl örnəyidir. Bu tandem bir-birini tamamlamaqla Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mayasını təşkil edir.

“Bir millət iki dövlət” siyasi devizi altında Türkiyə-Azərbaycan dostluğunu ən yüksək səviyyə çatdırmış Heydər Əliyevin siyasi varisi İlham Əliyev Türkiyə ilə münasibətdə yeni üfiqlər açdı. Türkiyə-Azərbaycan qardaşlığı hərbi müttəfiqliyə çevrildi.

Şuşa şəhərinin düşməndən azad olması ilə Qələbəmizin əsas akkordlarını vuran cənab İlham Əliyev həm də ata vəsiyyətinə əməl etmiş oldu.

İlham Əliyev: Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim

Hərbi müttəfiqimiz olan qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşa şəhərində imzalanan Bəyannamənin 15 iyun 2021-ci il tarixi seçilməsi təsadüfi deyildir.

Şuşa Bəyannaməsində bir məqam xüsusi ilə qeyd edilməlidir. Bəyannamədə deyilir: “İki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edir!”

Şuşa Bəyannaməsində Qars müqaviləsinə sadiqlik bir daha təsdiq edilməsi Heydər Əliyev siyasi kursunun alternativi olmadığını göstərir.

Ümummilli lider Heydər Əliyevin Qars müqaviləsi ilə bağlı söylədiyi tarixi fikirlərə diqqət edək. Ulu öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

Bir-birini tamamlayan strateji siyasət uğurlu tarixi varisliyin təcəssümüdür!
Respondentlərin 88,1%-i Prezident İlham Əliyevə TAM ETİBAR EDİRRespondentlərin 88,1%-i Prezident İlham Əliyevə tam, 10,2%-i əsasən etibar edir.

Avrasiya.net xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı inam və etimad istiqamətində keçirilən sorğu nəticələrində bildirilib.

Qeyd edilib ki, məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Respondentlərin Birinci Vitse-prezidentə inam və etimad səviyyəsi də öyrənilib. Nəticələrə əsasən sorğu iştirakçılarının 78,9%-i Birinci vitse-prezidentə tam etibar etdiyini, 15,6%-i əsasən etibar etdiyini bildirib.

Rəy sorğusu əsasında hakimiyyətin digər qollarına, parlament və məhkəmə orqanlarına olan ictimai inam və etimad səviyyəsi öyrənilib. Sorğu iştirakçılarının 32,5%-i Milli Məclisə tam etibar etdiyini, 37,7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 4,7%-i əsasən etibar etmədiyini, 22,2%-i isə heç etibar etmədiyini bildirib. 3,0% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 37,6%-i məhkəmələrə tam, 24,0%-i isə əsasən etibar etdiyini bildirib. Rəyi öyrənilənlərin 15,6%-i əsasən etibar etmədiyini, 17,2%-i isə heç etibar etmədiyini qeyd edib. Respondentlərin 5,7%-i bu istiqamətdə mövqe bildirməkdə çətinlik çəkib. Göründüyü kimi, məhkəmə institutlarına olan ictimai inam və etimadla parlamentə olan münasibət arasında uyğunluq müşahidə olunur.

Sorğu çərçivəsində vətəndaşların yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına inam və etimadı da öyrənilib. Sorğu iştirakçılarının 35,8%-i Nazirlər Kabinetinə tam, 36,0%-i əsasən etibar etdiyini bildirib. Əks mövqedən çıxış edənlər isə ümumilikdə 23,6% təşkil edib (5,4%-i əsasən etibar etmir, 18,2%-i heç etibar etmir). Başqa sözlə, təqribən hər dörd respondentdən biri Nazirlər Kabinetinə etibar etmədiyini bildirib. 4,6% respondent mövqe bildirməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent əsasən etibar etmədiyini, 37,3% heç etibar etmədiyini qeyd edib. 3,2% respondent qərarsız mövqe nümayiş etdirib.
Xalq etibar etdi və yanılmadıİyunun 10-12-də Bakıda keçirilən sayca altıncı Formula-1 yarışlarının dünyada 500 milyonadək sabit izləyicisi var. Bu o deməkdir ki, hər il yarım milyard insan Azərbaycan paytaxtında baş tutan bu idman yarışına baxır və ölkəmiz haqqında ən azı minimum məlumat əldə edə bilir. Niyyətim heç də Azərbaycan Qran-Prisinin turizm potensialını analiz etmək deyil. Bu kimi mötəbər idman hadisəsinin keçirilməsi üçün dövlətin beynəlxalq aləmdə möhkəm və sabit siyasi-iqtisadi reputasiyası olmalıdır.

Azərbaycanda son illər ərzində beynəlxalq əhəmiyyətli tədbirlərin reallaşdırılması üçün kilid amil məhz reputasiyadır. Ancaq 29 il öncə bu barədə nəinki xəyallar qurmaq, düşünmək belə mümkün deyildi. Ölkəmiz vətəndaş qarşıdurması burulğanına qərq olmuşdu, gənc dövlətçiliyimizə şübhə obyektivi prizmasından baxılır, xalqımızın taleyi naməlum və qaranlıq idi.

Bu gün qeyd etdiyimiz Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini illər keçdikcə daha dərindən anlayırıq. İyunun 15-də biz həm də Azərbaycanla qardaş Türkiyə arasında Şuşada imzalanmış strateji tərəfdaşlığı əks etdirən bəyannamənin bir yaşını qeyd edirik. Cəmi üç onillik öncə dünyanın siyasi xəritəsinə yenicə çıxmış Azərbaycan dövlətinin məhv təhlükəsi ilə üz-üzə qaldığını xatırlasaq, sonra isə dərhal yaşadığımız zəfərli, işğaldan azad edilmiş torpaqlarımızda sürətli bərpa işlərinin getdiyi dövrə dönsək, müstəqil dövlətimizin liderinin 30 il beynəlxalq birliyin göz yumduğu və bunu bir növ regional balansın təzahürü kimi qiymətləndirdiyi düşmən işğalı altında olmuş Şuşada, Qarabağın mərkəzində belə bir sənəd imzalamaq qətiyyəti Qurtuluş Gününün müasir tariximizdəki yerini aydın təsvir edir.

Bizim nəslin təmsilçiləri 30 il əvvəl ölkəmizdə, xüsusilə də paytaxt Bakıda yaşanan xaos və dərəbəyliyin, dövlət aparatındakı çaşqınlığın, idarəetmə sistemindəki naşılığın, kütləvi ictimai narazılığın, iqtisadi tənəzzülün və bütün bunların məntiqi nəticəsi kimi ardıcıl hərbi məğlubiyyətlərin səbəblərini anlamaq iqtidarında deyildi. Bunun üçün biz gənclərin, yeniyetmələrin minimum siyasi dünyagörüşü, savadı çatmırdı. Ancaq olub-keçənləri bu gün xatırlamaq üçün hər birimizin yaddaşı var idi. Küçələrdə silahlı şəxslərin istədikdə bu silahdan istifadə edə bilməsi, ölkəboyu sanki erməni işğalını bitiriblər kimi silahlı dəstələrin min oyundan çıxmalarını unutmamışıq.

Siyasi hakimiyyətin Qarabağ üzrə təyin etdiyi məsul şəxsin vəzifə səlahiyyətlərini aşıb dövlətə qarşı silaha əl atması, bundan istifadə edən namərd düşmənin yaşayış məskənlərimizə od vurması, xalqımızın övladlarını qətlə yetirməsi, erməni faşistlərindən qaçan və Bakıya doğru pənah aparan əhalinin gündən-günə artması yaddaşlarımızdan silinməyib. Necə ki, çörəklə imtahana çəkildiyimizi də yaxşı xatırlayırıq. Bu gün Ukraynada baş verənləri izləyib bunun dünyada çörək qıtlığına səbəb ola biləcəyindən təlaşlanırıq, bir-birimizə “bu realdırmı?” sualını veririk. Ancaq 30 il öncə uzun çörək növbələrində dayanmağımızın səbəbi Ukrayna ilə Rusiya arasındakı müharibə deyil, Azərbaycanda yaşanan dərin siyasi, iqtisadi və ən faciəvisi budur ki, mənəvi deqradasiya, böhran idi. İndi dördrəqəmli inflyasiyanı təsəvvür edə bilərikmi? Çətindir, amma biz onu da yaşamışıq - 1993-cü ildə inflyasiya faizi 1700 həddində idi. Bu gün isə tək hərbi büdcəmiz 30 il əvvəl torpaqlarımızı işğal etmiş düşmənin bütöv dövlət büdcəsindən böyükdür.

Qurtuluş Gününün bizim üçün anlamı, əhəmiyyəti nədir? İlk növbədə sülh, rifah, sabaha inam, iqtisadi təməl, təhlükəsizlik, dövlət təminatı. Bütün bunlar isə məcmu halda Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız zəfərimizdir. 15 iyunda Ulu öndər Heydər Əliyevin imzası və xalqımızın dəstəyi ilə uzun və şərəfli yola çıxmış müasir dövlətçiliyimizin əsası qoyulub. Prezident İlham Əliyev bu özül üzərində qurulmuş dövlətimizi iqtisadi, diplomatik, hərbi qələbələrə çatdırıb. Bu gün hər birimizin bu şanlı yolda növbəti qələbələrə, xalq və dövlət olaraq qarşımıza qoyduğumuz məqsəd və hədəflərə çatacağımıza inam və əminliyimiz var.

Müstəqillik tariximiz böyük ölçüdə məhz bu gündən – 15 iyun 1993-cü ildən başlayır. Bu tarixin müəllifi, qəhrəmanlıq təqvimimizə daxil olmasının səbəbkarı şübhəsiz ki, müdrik xalqımızdır. Çünki Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə məhz Azərbaycan xalqının təkidli tələbi, istəyi və xahişi ilə gəldi. Gəldi və bu günkü firavan, sabit, qalib, başıuca reallığımızın əsasını qoydu. Biz 2020-ci ilin sonundan etibarən zəfərli günlərimizi yaşayır, ordumuzla fəxr edir, qazilərimizlə öyünür, şəhidlərimizə rəhmət diləyirik. Biz daha miqyaslı baxarkən bir xalq olaraq özümüzlə fəxr etməliyik, çünki bu qələbəyə doğru bizi aparan zəncirvari proseslər, olaylar var. Və bu hadisələrin əsas aparıcı qüvvəsi Azərbaycan xalqı, başlanğıc nöqtəsi isə 15 iyun Qurtuluş Günüdür. Həmin gün ki, xalqımız tariximizi, taleyimizi, bir dövlət olaraq qalacağıq, ya məhv olacağıq deyə müqəddəratımızı Ulu öndərə etibar etdi. Etibar etdi və yanılmadı!

Elnur Allahverdiyev,
Milli Məclisin deputatı
Azərbaycanın möhtəşəm zəfərlərinin bünövrəsi...Azərbaycan xalqı və dövlətinin müstəqilliyinin qorunub saxlanılmasını təmin edən müdrik şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olması danılmaz həqiqətdir. İctimai-siyasi sabitliyin bərqərar olmasının, mövcud iqtisadi tərəqqinin təməlində məhz onun müəyyənləşdirdiyi inkişaf strategiyası, daxili və xarici siyasət xətti dayanır. Heydər Əliyevin istər SSRİ dönəmində, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə xalqın rifah halının yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülmüşdür. Ulu Öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün onun siyasi fəaliyyətinin müxtəlif dövrlərinə qısa nəzər salmaq kifayətdir.

Keçmiş SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahələrdə idarəetmənin düzgün təşkil edilməməsi, mövcud potensialdan səmərəli istifadə olunmaması kimi səbəblər dururdu. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji yol xəritəsi oldu.

Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gündən Azərbaycanın həqiqi dinamik tərəqqisi başladı. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər əldə etdi. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi sürətləndi. Milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə İttifaq respublikaları arasında ilk olaraq məhz Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bundan başqa, “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Siyasi-ideoloji müstəvidə görülən bütün işlər milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından tarixi əhəmiyyətə malik addımlar idi.

1971-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması isə peşəkar milli hərbçilərimizin yetişməsində mühüm amil oldu. Heydər Əliyevin bu uzaqgörən qərarı gələcəyə hesablanmışdı və müstəqil Azərbaycanın ordu quruculuğunda həmin lisey mühüm amil oldu. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Azərbaycan zabitlərinin bir qismi də məhz həmin liseyin yetirmələri idi.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi, SSRİ-nin rəhbərlərindən biri oldu. O, bu dövrdə də Azərbaycan xalqının mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, respublikamız üçün misilsiz xidmətlər göstərdi.

Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrünə xüsusi nəzər salmaq lazımdır. Çünki həmin dövrün prosesləri və reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən biridir. Məlumdur ki, 1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman Muxtar Respublikanın blokada şəraitinə düşməsi, sosial-iqtisadi durumunun acınacaqlı hal alması, mərkəzi hakimiyyətin muxtar qurum üzərində qurduğu oyunlar Naxçıvanı çətin vəziyyətə salmışdı. 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı, Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və sovet ordusu Naxçıvan MR ərazisindən çıxarıldı. Elə həmin ərəfədə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə qərarlar qəbul edildi. 1991-ci ilin sentyabr ayında Heydər Əliyevin Naxçıvan Ali Məclisinin Sədri seçilməsindən sonra muxtar respublikada sabitlik təmin edildi, sosial və iqtisadi durum yaxşılaşdı, xarici müdaxilə təhlükəsi aradan qaldırıldı. Muxtar Respublikada milli dövlətçilik ənənələrinin bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görüldü, dövlət rəmzləri bərpa olundu, milliləşdirmə siyasəti davam etdirildi.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi və maliyyə nöqsanlarına yol verilirdi. Ölkədə yaranmış bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda fəaliyyət göstərmiş onlarla bankın qısa zamanda müflisləşməsi vətəndaşları çıxılmaz vəziyyətə saldı.

Ölkəni bu fəlakətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qurtardı. Ölkənin 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimai- siyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Buna görə də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Ulu Öndər illər sonra həmin günləri belə xatırlayırdı: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Ən əsası, Azərbaycanda uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Səlis və işlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malik idi.

Bu gün Ulu Öndərin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi yazılır. Dövlət başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təminatlı və davamlı olması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir Azərbaycanın gerçəklikləridir.

Çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara uyğun şəkildə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Ən mühüm məqam isə budur ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti layiqincə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə, o cümlədən iqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya və digər sahələrdə əldə etdiyi uğurlar onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin yazdıgı Qələbə salnaməsinin əsasını qoydu. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Ulu Öndərin görmək istədiyi güclü, qüdrətli, nüfuzlu və qalib Azərbaycan Heydər Əliyev irsi əsasında inkişaf yolunda əmin addımlarla, inamla, əzmlə və qətiyyətlə sürətli irəliləyişini davam etdirir.

Kamaləddin Qafarov, Milli Məclisin deputatı
Prezidentdən Şuşadakı konfrans iştirakçılarına müraciətAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi – “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.

Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.

Əminəm ki, xalqlarımızın sarsılmaz etimadını qazanmış Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda müttəfiqliyimizin daha da gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacaq, faydalı təkliflər irəli sürüləcəkdir. Həmçinin ümidvaram ki, konfrans Türk dünyasında həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə də öz layiqli töhfəsini verəcəkdir.

Sizi bir daha ürəkdən salamlayır və fəaliyyətinizdə uğurlar arzulayıram".
"AzerGold” QSC-də Milli Qurtuluş Günü qeyd olundu"AzerGold" Qapalı Səhmdar Cəmiyyətində (QSC) 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli və Səhmdar Cəmiyyətin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən QSC-nin İdarə Heyətinin sədri Z.İbrahimov və Milli Məclisin sədrinin birinci müavini Ə.Hüseynli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolu, zəngin, çoxşaxəli fəaliyyəti, xalqımızın taleyində, dövlətçiliyimizin qorunması və inkişafında əvəzsiz xidmətlərindən bəhs ediblər.

Z.İbrahimov bildirib ki, müasir Azərbaycan Respublikasının memarı və qurucusu olan ulu öndər öz mənalı, zəngin ömrünü bütövlükdə xalqına və dövlətinə həsr edib. İdarə Heyətinin sədri dahi şəxsiyyətin ötən əsrin 90-cı illərində müstəqilliyini yeni bərpa etmiş dövlətimizin keçirdiyi ağır siyasi və iqtisadi böhran şəraitində Azərbaycan xalqının təkidli çağırışı ilə siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öhdəsinə götürməsi, əsasını qoyduğu müdrik siyasət kursu ilə ölkəmizi tənəzzül vəziyyətindən çıxarması haqqında danışıb. Qədirbilən xalqımızın məhz bu tarixi Milli Qurtuluş Günü kimi qürurla qeyd etdiyini deyən Z.İbrahimov ulu öndərin ölkəmizə ikinci dəfə rəhbərliyi dövründə qısa müddət ərzində ictimai-siyasi sabitliyin bərpa edildiyini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə başlanıldığını qeyd edib. Fenomenal şəxsiyyətin dövlətimiz və xalqımız qarşısında ən böyük xidmətlərindən biri kimi ərazi bütövlüyümüzün bərpası yönündə aparılan ardıcıl və sistemli fəaliyyəti qeyd edən Z.İbrahimov ümummilli liderin layiqli davamçısı cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti və dəmir iradəsi ilə qazanılan şanlı Qarabağ zəfərinin məhz bu siyasətin məntiqi nəticəsi olduğunu bildirib.

Milli Məclisin sədrinin birinci müavini Ə.Hüseynli qeyd edib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gələndə ona tənəzzülə uğramış, çox ağır durumda olan ölkə miras qoyulmuşdu. O bildirib ki, ulu öndər son dərəcə mürəkkəb ictimai-siyasi vəziyyətə baxmayaraq öz müdrikliyi və fədakarlığı sayəsində ölkəmizi uçurumdan xilas edə bilib, dövlət müstəqilliyimizi yenidən itirmək təhlükəsinin qarşısını qətiyyətlə alıb.

Dahi şəxsiyyətin Azərbaycanda dövlət quruculuğu, qanunvericlik bazasının təkmilləşdirilməsi, konstitusiyanın qəbul edilməsi, ordu quruculuğu, neft strategiyası, iqtisadiyyatın inkişafı və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən danışan Ə.Hüseynli ulu öndərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin sonrakı illərdə cənab Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, ölkəmizin hərtərəfli gücləndiyini və Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan parlaq tarixi qələbə ilə öz qüdrətini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Vətən müharibəsində canlarını qurban verən şəhidlərimizin, o cümlədən “AzerGold” QSC-nin qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərovun əziz xatirələri ehtiramla yad edilib, Azərbaycan Dövlət Televiziyasının ərsəyə gətirdiyi “Heydər Əliyev və 44 günlük Zəfər yolu” sənədli filmi nümayiş olunub.
Azərbaycanda Milli Qurtuluş GÜNÜDÜR15 iyun Azərbaycanda Milli Qurtuluş Günüdür.

Xatırladaq ki, 29 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas edib.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.

Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edib.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrilib. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olunub.

Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxarıb. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişib. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrilib. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoyub, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlanıb.

1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.