Azərbaycan yığmasının üzvləri Avropa çempionatının ən yaxşı minifutbolçusu seçilibAzərbaycanın mini-futbol üzrə milli komandasının iki üzvü Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında fərqlənib.

Avrasiya.net-in məlumatına görə, bunlar Davud Kərimi və Bəxtiyar Soltanovdur.

Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçilib.

Hər iki fubolçuya xüsusi mükafat təqdim edilib.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu olub.
Millimiz Avropa çempionu olduMini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Avrasiya.net xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv finalda Rumıniyanı məğlubiyyətə uğradıb - 1:0.

Görüşdə yeganə qolu 25-ci dəqiqədə Seymur Məmmədov vurub.

Bununla da Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionu olub.
İranda polis boksçunu güllələdiTehranın Pərdisan parkında xanımı Mariya Arifini həbs etməyə çalışan polis patruluna müqavimət göstərən İran millisinin keçmiş boksçusu Rza Muradxani polis zabiti tərəfindən vurulub.

Avrasiya.net xəbər verir ki, polis məmuru öncə cütlüyün və onların 10 aylıq körpəsinin üzərinə bibər qazı vurub.

Boksçunun dediyinə görə, 22-23 yaşlı zabit Rzanın bibər qazından gözləri heç bir yeri görmədiyi halda əvvəlcə havaya, daha sonra isə ona doğru birbaşa atəş açıb.

Qeyd edək ki, boks üzrə çempion, Türkiyənin "Fənərbağça" komandasının üzvü Rza Muradxani 4 güllə ilə ayağından və qarnından yaralanıb.
Şəhid anasını söyən müəllim həbs edildiBeyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.

Avrasiya.net Bizim.Media-ya istinadən xəbər verir ki, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.

Həbs edilən şəxs Turan Bəhmən oğlu Hətəmov əslən Füzuli rayonundandır.

O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.

Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib.

Xatırladaq ki, şəhid anası ilə müəllim arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi.
Azərbaycan universitetləri Türkiyədə - FOTOLARİstanbul Kent Universitetində təhsil sərgisi açılıb.

Avrasiya.net xəbər verir ki, sərgidə Azərbaycanın nüfuzlu ali təhsil müəssisələri - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universiteti təmsil olunur.

Sərgi qardaş ölkənin mediası və təhsil ictimaiyyətinin diqqətini cəlb edib, belə tədbirin təşkil olunmasının Azərbaycan və Türkiyənin təhsil sahəsində əlaqələrinin daha da güclədirilməsi baxımdan xüsusilə önəmli olduğu bildirilib.

Təhsil proqramına uyğun şəkildə təşkil olunan sərgi bu gün və sabah davam edəcək.

Məqsəd Azərbaycan universitetlərinin təbliği və xarici ölkələrin tələbələrinin diqqətini ölkəmizin ali təhsil müəssisələrinə cəlb etməkdən ibarətdir.

Ölkəmizin hüdudlarından kənarda belə tədbirlərin keçirilməsi Azərbaycan təhsilinin dünya miqyasında tanıdılması, eyni zamanda təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

Qeyd edək ki, İstanbul Kent Universitetinin ev sahibliyi etdiyi təhsil sərgisinin təşkilatçısı “Azedu Academy”dir. Qardaş Türkiyə ilə yanaşı, digər ölkələrdə də Azərbaycan universitetlərinin təhsil sərgilərinin təşkili nəzərdə tutulub.






Cəlilabadda 20 yaşlı gənc intihar edibCəlilabadda 20 yaşlı gənc intihar edib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Hətəmov Tural Mehman oğlu özünü asıb.

Faktla bağlı araşdırma aparılır.
Şəhid ailələri üçün Prezident təqaüdü 500 manata çatdırılıbŞəhid ailələri üçün Prezidentin aylıq təqaüdü 220 manatdan 500 manata çatdırılıb.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

Qurum rəhbəri müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdünün artdığını bildirib: "1-ci dərəcə üzrə 165 manatdan 400 manata çatdırılıb, 1-ci dərəcə əlilliyi olanlara təqaüd (80 manat) təsis olunub, 2-ci dərəcə üzrə 143 manatdan 350 manata, 3-cü dərəcə üzrə 110 manatdan 300 manata çatdırılıb".

DSMF sədri qeyd edib ki, müharibə əlilləri üçün müavinət artımlarına gəlincə, məbləğ 1-ci dərəcə üzrə 101 manatdan 220, 2-ci dərəcə üzrə 81 manatdan 180, 3-cü dərəcə üzrə 73 manatdan 120 manata qaldırılıb.

H.Məmişov əlavə edib ki, ölkə üzrə orta aylıq pensiya artımı 70 faiz olub.
Avstraliya Fransaya 830 milyon təzminat ödəyəcəkAvstraliya sualtı qayıqların inşası barədə razılığın ləğvinə görə Fransanın “Naval” şirkətinə 830 milyon Avstraliya dolları dəyərində təzminat ödəyəcək.

Bunu Avstraliyanın yeni Baş naziri Entoni Albanese deyib.

Albanese bildirib ki, layihənin keçmiş Morrison hökuməti tərəfindən idarə edilməsi Avstraliya və Fransa arasındakı münasibətlərdə böyük gərginliyə səbəb olub.

Xatırladaq ki, 2016-cı ildə əldə olunan razılaşmaya əsasən, Fransa korporasiyası Avstraliya üçün 12 sualtı qayıq inşa etməli idi. Yeni sualtı qayıqların təqribən 50 milyard Avstraliya dollarına (40 milyard ABŞ dolları) başa gələcəyi nəzərdə tutulurdu. Bu, Avstraliya tarixində ən böyük müdafiə sifarişi idi.
Şuşa səfərinə görə aldadılan alimlərin pulu qaytarıldı“Məlum səfərlə başlı etdiyimiz ödəniş bizə geri qaytarıldı”.

Avrasiya.net xəbər verir ki, bunu 370 alimin Şuşaya baş tutmayan səfəri barədə xəbəri ictimailəşdirən tarixçi Arif Gürşadoğlu bildirib.

“Bir daha bildirmək istəyirəm ki, məsələ maddiyyat məsələsi deyil, məsələ belə bir çirkin oyunun məhz Şuşa üzərindən qurulmasıdır...”,-deyə o, Şuşada elmi konfrans adı ilə alimlərin aldadılması haqqında danışarkən deyib.

“Xüsusi olaraq onu da qeyd edim ki, bu oyunun başında duranlar bu gün Əlvan Cəfərovu ortada tək qoyublar. Əslində isə bu biabırçılıqda ən az günahı olan məhz Əlvan Cəfərovdur...”, - A.Gürşadoğlu əlavə edib.

Xatırladaq ki, bir qrup alim Şuşaya aparılmaq adı ilə aldadıldığını iddia edib.

Aldadılan alimlər adından danışan tarixçi Arif Gürşadoğlu Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) Azərbaycan üzrə baş təmsilçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşı Əlvan Cəfərovu dələduzluqda ittiham edib.

Arif Gürşadoğlunun iddiasına görə, Şuşada konfransa dəvət vədi ilə qeydiyyatdan keçmiş 470 nəfər alim aldadılıb. Hər adamdan 70 manat pul alındıqdan sonra cəmi 100 nəfər Şuşaya aparılıb, gedə bilməyən 370 nəfərin pulu isə qaytarılmayıb.

Daxili İşlər Nazirliyi məsələnin araşdıracağını bildirib.