QHT qaziləri təltif edibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyi “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin son tədbirini keçirdi.

“Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin son tədbirində icra olunan layihənin iştirakçıları, jurnalistlər və QHT rəhbərləri Billur Məmmədova, İradə Polad, Bəsti Nəsibova dəvətliydilər.

Tədbiri Layihə rəhbəri Şəbnəm Rəfaelqızı açaraq 3 ayda görülən işlərin hesabatını verdi.

Qeyd etdi ki, ilk tədbir bir qrup qazininin Bakı şəhərində və ətrafında olan tarixi yerlərə səyahətlə başlayıb. Daha sonra İsmayıllı rayonuna səyahət baş tutub. Bu müddətdə psixoloqlar həm qrup halında, həm də fərdi qaydada qazilərlə iş aparıblar.

Bu gün layihənin son tədbiri olsa da qərara alınıb ki,ayda iki dəfə olmaqla istər Vəfa xanım Abbasova, istərsə də Könül xanım Abbasova layihənin davamlığı üçün qazilərlə qrup halında Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin təşkilatçılığı ilə işi davam etdirəcək. Mütəmadi mətbuata informasiya veriləcək. Layihə rəhbəri Azərbaycan Dövlətinə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq bildirdi ki, icra etdikləri çox vacib məsələyə diqqətləri yönəltmək üçün bu layihə dətəklənib.

Çünki Vətən Müharibəsində iştirak edən qazilər qənimət insanlardılar. Onların psixoloji durumunun yaxşılaşdırılması üçün dövlət həm də QHT-lər vasitəsi ilə müxtəlif layihələr həyata keçirir. Layihə rəhbəri ”SUKANAL” Elmi-tədqiqat və layihə İnstitutunun rəhbərliyinə tədbir keçirilməsi ilə bağlı müraciətlərinə həssas yanaşdıqlarına görə minnətdarlıq bildirdi.

Layihədən xatirə qalsın deyə icitimai birlik töhfə olaraq qazilərə,AZƏRSUYUN əməkdaşı Günay Məmmədliyə,layihə rəhbərinin köməkçisi Aysunay Həsənovaya, jurnalistlər Zəhra Qədirovaya, Cavid Əhmədoğluna, psixoloqlar Könül Abbasovaya, Vəfa Abbasovaya diplomlar təqdim etdilər. Bildirildi ki, tədbirlər foto və video lentə alınıb. Video-çarx hazırlanacaq, bütün iştirakçılara çatdırılacaq.

Daha sonra qazilərlə təlim keçirildi. Beləliklə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin “Vətən Müharibəsində iştirak edən qazilərə Azərbaycanın tarixi və görməli yerlərinə səyahətlərin təşkili və sosial-psixoloji dəstəyin göstərilməsi” layihəsinin son tədbiri də icra olundu.
“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin fəal iştirakçıları ilə  tədbir keçirilibƏsgər Ailələrinə Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsini icra edir.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri 23 aprel 2022-ci ildə Bakı şəhərində Azərsu ASC-nın inzibati binasında keçirildi. Tədbirdə Vətən müharibəsi qaziləri, QHT sədrləri, jurnalistlər və digər qonaqlar iştirak edirdilər.

Layihə rəhbəri Mətanət Əsgərqızı 3 ay icra olunan layihə barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bura dəvət olunan qazilər, layihənin ekspertləri, psixoloqlar, layihə rəhbərinin köməkçisi 3 ay ərzində yüksək səviyyədə dəstək oldular.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin necə icra olunmasını da ,qələbəmizin necə təbliğini də gözləri ilə gördülər.Layihəyə dəstək olanların və iştirak edənlərin hər birinə, AZƏRSU ASC-nın tədbirə ev sahibliyi etdiyinə görə rəhbərliyə, iş adamı Şahin Məmmədova, Ağdam, Mİngəçevir, Tərtər İcra Hakimiyytlərinə, minnətdarlıq bildirildi.

Çıxış edənlər, layihənin eksperti Cəsarət Hüseynzadə, AZƏRSU ASC İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı,Sosial İnkişaf şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli, iş adamı Şahin Məmmədov, psixoloq Könül Abbasova, QHT rəhbərləri Bəsti Nəsibova, İradə Polad, Billur Məmmədova icra olunan layihənin yüksək səviyyədə olduğunu, məhz Vətən Müharibəsində qələbəmizin təbliği üçün gənclərə,ictimaiyyətə müxtəlif nümunələrlə təsir edildiyini qeyd etdilər.

İstər Şəhidlər xiyabanında iməcliklərin keçirilməsi arzusu, rayonlarda qazilərlə, şəhid ailələri ilə görüşlər, bir masa arxasında çay , yemək süfrələri , şəhid ailələrini ziyarətlər də bir amala xidmət edir, qələbəmizin, qəhrəmanlarımızın təbliğinə,gənclərə isə bir nümunədir, vətəni sevənlər hər zaman yaddaşlardadır.

Onların ailələri isə daim dövlətin, xalqın diqqətindədir. Tədbir maraqlı söhbətlərlə yadda qaldı.

Layihənin eksperti Cəsarət Hüseynzadə,AZƏRSU ASC İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı,Sosial İnkişaf şöbəsinin aparıcı mühəndisi Günay Məmmədli, iş adamı Şahin Məmmədov, psixoloqlar Vəfa Abbasova, Könül Abbasova, Layihə rəhbərinin köməkçisi Aysunay Həsənova Əsgər Ailələrinə Dəstək ictimai birliyi tərəfindən Diplomla təltif edildilər. Xüsusi qeyd edək ki, diplom, şəhidin xatirə lövhəsinin qoyulması və digər layihədə nəzərdə tutulmayan əlavə işlər ictimai birliyin layihəyə töhfəsidir.

Tədbirin sonunda psixoloq Könül Abbasova qazilərlə ayrıca psixoloji təlim keçdi.

“Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbiri isə N saylı hərbi hissədə olacaq.
Qazaxda bədbəxt hadisə: qumbara partladı, yaralılar varQazaxda bədbəxt hadisə baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.

İki yeniyetmə ərazidə mal-qara otaran zaman qumbara tapıblar. Partlayıcının işə düşməsi ilə onların xəsarət aldıqları bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.
Şarl Mişel İlham Əliyevə zəng etdiAprelin 23-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə keçirilmiş üçtərəfli görüş qeyd olunub və əldə edilmiş razılaşmalara uyğun olaraq, praktiki və nəticəyönümlü işin aparılmasının önəminə toxunulub.

Prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin demarkasiyası və delimitasiyası, iki ölkə arasında sülh müqaviləsinin hazırlanması, nəqliyyat-kommunikasiya xətlərinin açılması məqsədilə verdiyi dəstəyinə və bu məsələləri daim diqqətdə saxladığına görə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən etdiyini və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.

Prezident Şarl Mişel Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması məqsədilə səylərini bundan sonra da davam etdirəcəyini qeyd edib.

Söhbət zamanı minaların təmizlənməsi və birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin düşmüş hesab olunun 4000 nəfərə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi məqsədilə Avropa İttifaqının ölkəmizə dəstək vermək niyyəti təqdir olunub.

Danışıq əsnasında, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin yekun təqdimatı keçirilib - FOTOLARBeynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Müvəkkil Hüquq Mərkəzinin "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin yekun təqdimatı keçirilib.

Avrasiya.net xəbər verir ki, təqdimat mərasimində tanınmış ictimai-siyasi xadimlər, media təmsilçiləri, QHT nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsi barədə məlumat verib. Bildirib ki, layihə 1 fevral - 1 may 2022-ci ili əhatə edir.

“Layihə çərçivəsində Səs TV-də şəhid və müharibə iştirakçıları ilə bağlı 3 veriliş çəkilib. Həmin verilişlər şəhid statusunun verilməsi, şəhid adlarınının əbədiləşdirilməsi və müharibə veteranları, onların statusunun verilməsi, həmçinin imtiyazları haqqında qanun bazası, normativ hüquqi aktlar, eləcə də şəhid və veteran ailələrinin mənzillərlə təmin olunmasına həsr olunub. Bundan başqa Şabran, Siyəzən, Quba və Tərtər rayonlarında layihə çərçivəsində şəhid ailələri, müharibə veteranları və onların hüquqlarının təklifi ilə bağlı tədbirlər keçirmişik. Ümumilikdə bu görüşlərdə 100-ə yaxın şəxs iştirak edib”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Müvəkkil Hüquq Mərkəzinin ölkəmizdə mövcud olan təşkilatların böyük əksəriyyəti üçün təmənnasız xidmət göstərməsinə diqqət çəkib.

BAMF rəhbəri vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərən təşkilatlar üçün prioritet məsələnin vətənə və xalqa xidmət olduğunu vurğulayıb.

Azərbaycanın gələcəyi vətəndaş cəmiyyəti sektorunun inkişafındadır. Bu, dövlət siyasətinin əsas tərkib hissəsidir. Qarabağın gülüstana çevrilməsi də bu sektorun inkişafı ilə bağlıdır".

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Müvəkkil Hüquq Mərkəzinin həyata keçirdiyi "Şəhid ailələrinin, müharibə əlillərinin və müharibə veteranlarının hüquqlarının təşviqi" layihəsinin əhəmiyyətindən danışıb.

“1994-cü ildə şəhidlik statusu almayan bir çox şəhid və itkin düşən şəxslər vardı. Milli Məclisdə irəli sürdüyüm təklifə əsasən qanuna üç bənd əlavə olundu. Bu əlavəyə görə 6 ay müddətində haqında məlumat daxil olmayan hərbçi şəhid hesab edilir və şəhid ailələrinə aid edilən güzəştlər onun ailəsinə tətbiq olunurdu. O zaman irəli sürülən şəxsi təşəbbüs indi artıq ictimai əsasda həyata keçirilir və bu bizi çox sevindirir”.

Rauf Zeyninin sözlərinə görə hüquq sahəsində maarifləndirmə işlərinin görülməsinə ciddi ehtiyac var.

“Vətəndaşlarımız, o cümlədən şəhid ailələri, qazilər, müharibə əlilləri və veteranlarımız hüquqlarını hələ də lazımi səviyyədə bilmirlər”.

Layihənin eksperti, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, regionlara səfər çərçivəsində Müvəkkil Hüquq Mərkəzinin hüquqşünasları tərəfindən veteranlara, şəhid ailələrinə kifayət qədər hüquqi xidmətlər göstərilib.

“Müvəkkil Hüquq Mərkəzi layihənin olub-olmamasından asılı olmayaraq bu fəaliyyəti dövri olaraq həyata keçirir. Dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara uyğun onların dəstəklənməsi siyasəti hər zaman aparılır. Ölkədə uzun müddətdir ki, sosial dəstək mexanizmi işlənilir. Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə prezident seçiləndən sonra ilk fərmanı məhz şəhid ailələri ilə bağlı oldu. Dövlət tərəfindən 2018-ci və 2020-ci illəri müqayisəli götürsək şəhid ailələri və digər şəxslərin mənzil təminatı beş dəfə artıb. 2018-ci ildə 600 nəfərə yardım göstərilibsə, 2020-ci ildə 3000 nəfər bu kateqoriyadan olan insana mənzil verilib”.

Daha sonra digər çıxışlar olub.
"Baxın, necə də möhtəşəm səslənir -  Zəfər qurultayı!"Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə aprelin 22-də Şuşada – Azərbaycanın və bütün Türk dünyasının paytaxtında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər Qurultayı kimi daxil olmaqla yanaşı, tariximizdə yeni bir səhifə açdı. Bu həm diasporumuzun qarşısında yeni bir səhifə açan qurultay hesab olunur, həm də bütövlükdə xalqımızın gələcək taleyinin “yol xəritəsi”ni cızan ümummilli bir tədbir kimi olduqca əhəmiyyətlidir.

44 günlük müharibədəki tarixi Zəfərimizdən sonra ilk dəfə keçirilən Zəfər qurultayı hər bir azərbaycanlı üçün, o cümlədən rəhbərlik etdiyim Milli Həmrəylik Partiyasının üzvləri üçün də qürurverici hadisədir. Qurultayın adı da olduqca uğurlu seçilib. Baxın, necə də möhtəşəm səslənir - Zəfər qurultayı!

Zəfər Qurultayı dünya azərbaycanlılarının, xaricdəki diaspor təşkilatlarının qarşısında mühüm vəzifələr qoydu. Bu yeni vəzifələr, böyük hədəflər dünya azərbaycanlılarının fəaliyyətində sözün yaxşı mənasında köklü dəyişikliklərə gətirib çıxaracaq. Bundan sonra dünya azərbaycanlıları öz fəaliyyətlərini tamamilə fərqli bir anlayışla, yeni konsepsiya ilə, qalib dövlətin təmsilçiləri və təbliğatçıları kimi təşkil etməlidir.

Bu baxımdan, biz bu gün əminliklə deyə bilərik ki, diaspor təşkilatlarımızın fəaliyyətində artıq yeni bir mərhələ başlayır. Bu mərhələnin əsas istiqamət və konturları Prezident İlham Əliyevun Zəfər Qurultayındakı çıxışında bəyan edildi, açıqlandı. Ona görə də dövlət başçısının bu çıxışı diaspor təşkilatlarımız üçün proqram xarakterli çıxış hesab edilməlidir.

İlham Əliyev qurultaydakı çıxışında həm son 200 il ərzində ermənilərin torpaqlarımıza köçürülməsi ilə başlanan faciələrimizə və işğal tarixinə ekskurs etdi və Zəfərə gətirib çıxaran yola, Azərbaycan xalqının və ordumuzun İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa toxundu, həm də diasporumuzun ötən illər ərzində həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfələrə münasibət bildirdi, yüksək qiymət verdi.

Eyni zamanda postmünaqişə dövrünün yeni reallıqlarında diasporumuzun fəaliyyəti üçün prioritet istiqamətlər açıqlandı. Dövlət başçısı bildirdi ki, bundan sonra əsas hədəfimiz Zəfərimizin ortaya çıxardığı yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq olmalıdır. Bu, yaranmış yeni şəraitdə Azərbaycan diasporunun fəaliyyəti üçün yeni yol xəritəsidir. Bunun üçün diaspor təşkilatlarımız artıq əvvəlkindən ikiqat artıq səylə çalışmalıdır.

Ümumiyyətlə, Şuşada keçirilən Zəfər qurultayı strateji hədəflərimizin müəyyən olunduğu qurultay kimi yadda qaldı. Bu qurultayda dövlət başçımız torpaqlarımızın azad edilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda apardığımız mübarizənin yekunlarını bir daha hamımızın diqqətinə çatdırdı və eyni zamanda yeni dövrün, yeni mərhələnin başlandığını bəyan etdi. Dünyadakı fəal həmvətənlərimizin dövlət başçımızla əziz Şuşamızda bir araya gəlib Zəfərimizi birlikdə qeyd etməsi gerçəkdən də tarixi hadisədir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
59-cu gün: Rusiyanın itkiləri yeniləndiUkrayna müharibənin 58-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 21 600-ə yaxın hərbçi, 854 ədəd tank, 2205 ədəd zirehli döyüş maşını, 403 ədəd artilleriya sistemi, 143 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 69 hava hücumundan müdafiə sistemi, 177 ədəd hərbi təyyarə, 154 ədəd helikopter, 1543 ədəd avtomobil texnikası, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 182 ədəd PUA, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.
Şuşa bizim birliyimizin, vəhdətimizin rəmzidir - Disapora təşkilat rəhbəriBelə bir tədbirdə, tarixi hadisədə iştirak etmək, Şuşanı azad görmək bizə qürur verir. Bu anı bizə yaşadan Cənab Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm.

Bunu Avrasiya.net-ə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayınin iştirakçısı, “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov deyib.

O, bildirib ki, ötən qurultayda cənab Prezidentimiz qarşımızda Yol xəritəsi qoymuşdu: "Əsas hədəfimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və yaşadığımız ölkədə təbliğatımızı qurmaq idi. Budəfəki qurulyatda da cənab Prezidentimiz artıq çıxışında müharibədən sonra daha nələrə nail olmağımızla bağlı qarşımıza yeni Yol xəritəsi qoydu - ölkəmizin gələcək inkişafına töhfələr vermək, Azərbaycan dilini və mədəniyyətini yaşadığımız ölkədə təbliğ etmək, eyni zamanda yaşadığımız ölkənin dilini bilmək. Əsas məsələ öz vətənimizi yaşadığımız ölkədə yüksək səviyyədə tələb etməkdir. Artıq müharibə sona yetib, Azərbaycan müzəffər bir xalqdır, biz də bu xalqın nümayəndələriyik. Hər keçirdiyimiz tədbirlərdə Allaha dualar edirdik ki, işğalda olan torpaqlarımızı azad edək, doğma torpaqlarımıza qovuşaq və mötəbər tədbirlərimiz oralarda keçirək".

S.Nəsirov onu da vurğulayıb ki, Prezidentimizin müdrik siyasəti, Ordumuzun gücü ilə bu gün biz buna nail olduq: "Bu qurultayın Şuşada keçirilməsi də Prezidentimizin təşəbbüsüdür. Dünyada yaşayan, fəaliyyət göstərən bir çox diaspora təşkilat rəsmiləri Şuşaya toplandı və biz burada fikir, təcrübə mübadiləsi apardıq, vətənimizin təbliğatı ilə bağlı öz təcrübələrimizi bölüşdük. Şuşa şəhəri təkcə Azərbaycanın deyil, gələn ildən türk dövlətlərinin mədəniyyət paytaxtı olacaq. Şuşa bizim birliyimizin vəhdətimizin rəmzidir. Biz hamımız yaxşı bilirik ki, güc birlikdədir. Biz cənab Prezidentin ətrafında bir yumruq kimi birləşərək Şuşanı işğaldan azad etdik. Bundan sonra da hər zaman bir olmalıyıq. Birliyimiz, həmrəyliyimiz ölkəmizin güclənməsi, inkişafı deməkdir. Güclü Azərbaycanın xaricdə güclü diasporunu qurmaq, həqiqətlərimizi təbliğ etmək borcumuzdur".
Bu əraziləri işğaldan azad etməliyikAvrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Xalqcəbhəsi.az-a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Paşinyan Moskva səfərindən sonra bəyan etdi ki, Qarabağ ermənilərinin razılığı olmadan heç bir sülh sazişinə imza atmayacaq. Brüssel razılaşmasından sonra onun mövqeyində baş verən dəyişikliyə münasibətiniz necədir?

- Brüsseldə Paşinyanla İlham Əliyevin görüşündən öncə mətbuata söyləmişdim ki, bu səfər yalnız Ermənistanın ifşası baxımından əhəmiyyətlidir. Ermənistan forpost ölkə olduğundan onunla hər hansı razılığın əldə olunmasının əhəmiyyəti yoxdur. Sonda Kremlə çağırıb qulaqlarını buracaqlar və bununla da hər şey bitəcək. Ermənistan Avropa İttifaqı ilə assosiativ üzvlük sazişi imzalamağa hazırlaşanda o zamankı prezident Serj Sərkisyan Kremlə çağırıldı və bu gün Paşinyanın qulağını burduqları kimi, onun da qulağını burdular, assosiativ saziş də getdi cəhənnəmə. Brüssel səfərindən sonra Paşinyanın “Ermənistan bundan sonra qurbanlıq qoyun olmayacaq” kimi başından böyük bəyanatı yalnız özü kimi pirimitiv insanlar tərəfindən ciddi qəbul oluna bilərdi. Bunu Avropa İttifaqında da bilirlər, amma erməni diasporuna yarınmaq üçün mənasız vasitiçəlik missiyalarından əl çəkmək istəmirlər. Biz Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə, Rusiya ilə danışıqları davam etdirməliyik. Ermənistan arxasında Rusiya barmağı olan kukladır. Paşinyanın Moskvaya son səfəri bir daha təsdiq etdi ki, Rusiya Ermənistanın Türkiyə və Azərbaycanla sülh sazişi imzalamasında və münaqişəyə son qoyulmasında maraqlı deyil. 44 günlük savaşdan sonra atəşkəs barədə üçtərəfli 10 noyabr sazişində bəzi vacib məsələlərin öz əksini tapmaması və Putinin bu barədə “Qarabağ ermənilərinin statusu məsələsini gələcək rəhbərlər həll edəcək” tipli ilk açıqlaması da münaqişənin dondurulacağının anonsu idi. Biz Rusiyanı etnik separatizmi dəstəkləməməyə, müttəfiqlik münasibətlərinə sadiq qalmağa, bu yanlış mövqedən imtina etməyə çağırmalıyıq. Ermənistan Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanıyıb sülh sazişi imzalamayacağı təqdirdə Rusiya sülhməramlılarının ölkəmizdə qalma müddətini uzatmayacağımızı indidən bəyan etməliyik. Rusiyanı əmin etməliyik ki, münaqişəni uzatmaqla bölgədə hərbi mövcudluğunu qoruyub saxlayacağını düşünürsə, bunun ağır siyasi nəticələri olacaq, dövlətlərarası münasibətlər bundan ciddi zərər görəcək.

- Belə bir vəziyyətdə Ermənistana qarşı hansı addımları ata bilərik?

- Paşinyanın son açıqlaması vaxtilə Şuşada sərxoş vəziyyətdə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” bəyanatına oxşayır. Ona görə də Ermənistanla bütün digər məsələlər barədə, xüsusilə təhlükəsizlik, delimitasiya və kommunikasiyaların açılması istiqamətində danışıqlar dayandırılmalı, yalnız sülh danışıqları apara biləcəyimizi bəyan etməliyik. Sülh sazişinin imzalanması üçün son müddət müəyyən olunmalıdır. Əks halda Ermənistan regionda geosiyasi vəziyyətin nə vaxtsa onların xeyrinə dəyişəcəyinə ümid edərək, havadarlarının vədlərinə inanaraq danışıqları sonsuza qədər uzatmağa çalışacaq, Paşinyanın dili ilə desək, “qurbanlıq qoyun” statusundan imtina etməyəcək.

Ermənistan Birinci Qarabağ savaşı zamanı Sədərək istiqamətində 1.5-2 km bizim torpaqlara soxulub. Həmin torpaqları işğaldan azad etməyə dair çağırışlarımıza Ermənistan bu günə qədər əhəmiyyət vermir. İlk növbədə həmin əraziləri işğaldan azad etməliyik. Azərbaycan Rusiya ilə yanaşı, təbii müttəfiqimiz olan Türkiyə ilə də ciddi müzakirələr aparmalı, Ermənistana təzyiqləri artırmalıdir. Biz diplomatik müstəvidə də fəaliyyətimizi gücləndirməli, Ermənistanın baş tutmamış kukla “dövlət”, kimlərinsə əlində bölgəni qana bulayacaq alət olduğunu beynəlxalq birliyə çatdırmalıyıq. İlham Əliyev Şuşadakı son çıxışında bəyan etdi ki, bizim təqdim etdiyimiz, beynəlxalq hüquq normalarına əsaslanan 5 bənddən ibarət sülh təklifi Ermənistan üçün son şansdır. Ermənistan növbəti səhvə yol verməməli, Azərbaycan Respublikası Prezidentinın çıxışını ciddi qəbul etməlidir.