6 gündə Ukraynanı 660 min insan tərk etdiSon 6 gündə Ukraynanı təxminən 660 min insan tərk edib.

Bu barədə BMT-nin Qaçqınlarla iş üzrə komitəsinin məlumatında deyilir.

Bildirilib ki, 21-ci əsrdə Avropada qaçqınlarla bağlı situasiya daha da kəskinləşə bilər və ona görə də BMT-nin Ali Komissarlığı maksimal səylər göstərməlidir.
Siyəzəndə sərbəst güləş üzrə rayon birinciliyi keçirilib5 Mart “Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunmuş 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında Sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Martın 1-də şəhər stadionunun idman zalında 27 fevral – 5 mart tarixlərini əhatə edən “İdman həftəsi” çərçivəsində Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarış yeniyetmələrin sərbəst güləş idman növünə marağının artırılması, yeniyetmə güləşçilərin fiziki hazırlığının və yarış təcrübəsinin yüksəldilməsi, zona və respublika səviyyəli birinciliklərdə rayonu təmsil edəcək perspektivli güləşçilərin üzə çıxarılması, həmçinin idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyıb.

Yarışın açılış mərasimində dövlət himni ifa olunub və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 40-dan çox yeniyetmə güləşçi 10 çəki dərəcəsində qüvvəsini sınayıb.

Yekun nəticəyə əsasən ilk üç yeri tutan yeniyetmə idmançılar Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.







#Gənclərİdman #İdmanHəftəsi2022 #Azərbaycanİdmanı #AZEsport #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Mina qurbanları və onların ailə üzvləri üçün kompüter kursu başladı - FOTOAzərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mina qurbanlarının və onların ailə üzvlərinin cəmiyyətə reinteqrasiyası” layihəsinin icrasına başlayıb.

AMZA-nın sədri Rey Kərimoğlunun verdiyi məlumata görə, fevralın 1-dən icrasına başlanan layihə çərçivəsində bu gündən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində kompüter kursuna başlanıb. İki ay davam edəcək kursda iştirak etmək istəyən 20 nəfər minadan, müharibədən zərərçəkənlər və onların ailə üzvləri seçilib.

“Biz layihə çərçivəsində 20 nəfər minadan, müharibədən zərərçəkən və onların ailə üzvlərini seçmişik. Kursu uğurla bitirənlərə sertifikat veriləcək. Onlara gələcəkdə müvafiq işlə təmin edilməsinə də kömək edəcəyik. Kurslar hər birində 10 nəfər olan iki qrupda aparılacaq. Bundan başqa, layihə çərçivəsində 44 günlük Vətən Müharibəsindən, yəni 2020-ci ilin 10 noyabrından sonra minadan zərərçəkən insanların bazasını hazırlayacağıq, onların ehtiyac meyarlarını öyrənəcəyik. Layihə çərçivəsində “Hüquqlarınızı bilirsinizmi?” adlı maarifləndirici buklet də çap edilib paylanacaq. Məqsədimiz bu insanların və onların ailə üzvlərinin cəmiyyətə reinteqrasiyasına yardımçı olmaqdır.”- deyə, R.Kərimoğlu bildirib.

Layihənin icra müddəti isə 3 aydır.
Prokurorluq: Kütləvi məzarlıqla bağlı istintaq aparılırXocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı istintaq aparılır.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilən faktla bağlı hazırda Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsi tərəfindən mövcud cinayət işi üzrə istintaq hərəkətləri aparılır.

Xatırladaq ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb.

Belə ki, Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilən 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.

Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir.
Rusların Berdyanskdakı texnikası məhv edildiUkrayna ordusu rusların ələ keçirdiyi Berdyansk aerodromundakı hərbi texnikalarını vurub.

Bu barədə Berdyansk İcraiyyə Komitəsinin operativ qərargahından məlumat verilib.

“5 dəqiqə əvvəl Ukrayna Ordusu rusların Berdyansk aerodromundakı texnikalarını “Toçka-U” raketi ilə məhv etdi”, - məlumatda qeyd olunub.
Donetsk tam alındı, separatçılar rus ordusu ilə birləşdiDonetsk separatçılarının silahlı dəstəsinin ön qüvvələri Rusiya ordusu ilə birləşib.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Donetsk separatçılarının silahlı dəstələri Donetsk vilayətinin sərhədinə çatıb.

Qeyd edək ki, Donetsk vilayətinin ərazisinin böyük hissəsi Ukraynanın nəzarəti altında idi.
Rusiya-Ukrayna görüşü sabah keçiriləcəkRusiya və Ukrayna nümayəndələri arasında görüş martın 2-də Belarus-Polşa sərhədində baş tuta bilər.

Bunu Belarus politoloqu Yuri Voskresenski deyib.

“Məndə olan ilkin məlumata görə, danışıqlar sabah olmalıdır. Nümayəndə heyətlərinin üzvləri bu axşam Minskə gəlməlidirlər”, - politoloq bildirib.
Rusiya Ukraynada iki aerodromu bombalayıbRusiya silahlı qüvvələri Ukrayna ərazisində iki aerodrom və üç hava hücumundan müdafiə radar postunu havadan silahlarla vurub.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib.

"Martın 1-də Rusiya Federasiyası Silahlı Qüvvələri uzaqmənzilli hava və dənizdən yüksək dəqiqlikli silahlarla zərbə endirib. İki aerodrom və üç hava hücumundan müdafiə radar postu vurulub. Zərbələrə mülki infrastruktur və yaşayış binaları daxil edilməyib", - deyə məlumatda bildirilir.
Seyfəli poliqonundakı partlayışların səbəbi AÇIQLANDIAzərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Məlumat üçün qeyd edək ki, Seyfəli poliqonunda həyata keçirilən zərərsizləşdirmə işləri artıq yekunlaşdırılıb. Plana uyğun olaraq utilizasiya prosesinin bir hissəsinin Qaraheybət poliqonunda davam etdirilir.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Bir daha əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsas olmadığını bildiririk", - məlumatda qeyd olunub.