Biz azərbaycanlılar ədalətsiz müharibənin və işğalın bütün dəhşətlərini yaşamış, son 30 ildə separatçılıqdan və terrordan daim əziyyət çəkmiş bir xalq kimi, bir ölkə kimi Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edirik, dəstəkləyirik. Hər bir ölkənin, o cümlədən Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır.

Biz bu gün səhər saatlarında Ukraynaya hücum edən Rusiyanı da, habelə Ukraynanı aylardan bəri oyuna gətirməyə çalışan, onu nə yolla olursa olsun Rusiya ilə qarşıdurmaya sürükləyən Qərbi də (ABŞ-ı, NATO-nu) Ukraynanın ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşmağa çağırırıq. Çünki bu onların bilavasitə borcudur, öhdəliyidir.

Dünya birliyi gənc müstəqil dövlətləri xarici təhdidlərdən, təcavüzlərdən qorumalıdır. Bu da dünya birliyinin borcu və vəzifəsidir. Bu gün Ukraynanı taleyin ixtiyarına buraxan dünya birliyinə, beynəlxalq təşkilatlara sabah heç bir ölkə, heç bir siyasi lider güvənməz və inanmaz.

Beynəlxalq təhlükəsizlik, beynəlxalq hüquq sadəcə gəlişigözəl sözlərə, mücərrəd anlayışlara çevrilməməlidir. Böyük dövlətlər beynəlxalq hüquqa hörmətlə yanaşmalıdırlar, gənc müstəqil ölkələrin seçimlərinə hörmətlə yanaşmalıdırlar.

Ümumiyyətlə, beynəlxalq münasibətlərdə "cəngəllik qanunları" hökm sürməməlidir. BMT və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar öz öhdəliklərini ləyaqətlə yerinə yetirməyə çalışmalıdırlar. Onlar beynəlxalq hüquqa, sülh və təhlükəsizliyə inamın sarsılmasına yol verməməlidirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Rus qoşunları Çernobıl AES-i ələ keçirdiBelarus ərazisindən işğalçı qoşunlar Çernobıl Atom Elektrik Stansiyasının zonasına daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Teleqram kanalında məlumat verib.

"Təhlükəsiz radioaktiv tullantıların anbarını mühafizə edən Milli Qvardiyaçılar şiddətli müqavimət göstərirlər. İşğalçıların artilleriya zərbələri nəticəsində nüvə tullantılarının anbarı məhv olarsa, o zaman radioaktiv toz Ukrayna, Belarus və Aİ ölkələrinin ərazilərini bürüyə bilər", - Qeraşenko yazıb.

***

Rusiya hərbçiləri Çernobıl AES-i ələ keçirib.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak məlumat verib.

"Şiddətli döyüşlərdən sonra Çernobıl AES-ə nəzarəti itirdik. Bu hücumdan sonra Çernobıl AES-in təhlükəsiz olduğunu söyləmək mümkün deyil", - deyə ukraynalı rəsmi söyləyib.
Rusiyanın kəşfiyyat tağımı ukraynalılara təslim olduUkraynanın Çerniqov şəhəri yaxınlığında Rusiyanın 74-cü motoatıcı briqadasının bütöv kəşfiyyat tağımı ukraynalı hərbçilərə təslim olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujni Feysbuk səhifəsində yazıb.

O bildirib ki, işğalçılar ukraynalı hərbçilərin müqavimətinə tab gətirməyərək təslim olub.

Zelenski: "Ukrayna Rusiyanın hücumlarını dayandırıb"Ukrayna ordusu, sərhədçiləri, polis qüvvələri və xüsusi xidmət orqanları Rusiyanın hücumlarını dayandırıb, əməliyyat fasiləsi qüvvədədir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Münaqişənin dili ilə desək, bunu əməliyyat pauzası adlandırmaq olar", - Zelenski deyib.
NATO: Rusiya çox ağır bədəl ödəyəcəkRusiya Ukraynaya qarşı müharibəyə görə çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək.

Bu barədə NATO-nun bəyanatında deyilir.

“Biz qəti şəkildə Rusiyanı seçdiyi zorakılıq və təcavüz yolundan imtina etməyə çağırırıq. Rusiya rəhbərliyi öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdır. Rusiya çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək”, - bəyanatda deyilir.

NATO Donetsk və Luqansk “xalq respublikaları”nın müstəqilliyinin tanınması qərarını qətiyyətlə pisləyib:

“Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozur. Qərar Rusiyanın da imzalamış olduğu Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qanunsuz tanınmanı heç vaxt qəbul etməyəcək”, - qeyd olunub.

Odessada hərbi hissə vuruldu: 18 nəfər öldüOdessa vilayətinin Podolsk şəhərində hərbi hissənin bombardman edilməsi nəticəsində 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb. 19 nəfər itkin düşüb.

Axar.az xəbər verir ki, Zaporojye vilayətinin Berda kəndində hərbi hissənin bombalanması nəticəsində isə 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.

***

Odessa vilayətinin Podolsk rayonunda yerləşən hərbi hissəyə endirilmiş zərbə nəticəsində 18 nəfər – 8 kişi və 10 qadın ölüb.

Bu barədə Odessa Vilayəti Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Dağıntılar altından çıxarılmış 6 nəfər xəstəxanaya yerləşdirilib.

Rus tankları Kiyevə doğru irəliləyirRusiya hərbi texnikası Kiyev istiqamətində hücuma keçib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.

“Kiyev vilayətində rus qoşunları dövlət sərhədini pozaraq hücuma keçdilər”, - Demçenko bildirib.

Onun sözlərinə görə, rus hərbi texnika karvanı “Vilça” buraxılış məntəqəsindən keçib.

Qeyd edək ki, az öncə Kiyev vilayətinə doğru Rusiyanın onlarla hərbi helikopterinin Kiyev vilayətinə doğru uçduğunu əks etdirən görüntülər yayılmışdı.

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib26 Fevral Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilib.

Fevralın 24-də Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən təşkil olunan “Xocalı – bəşəriyyətə qarşı tarixi cinayət” adlı sərgidə rayon ümumtəhsil məktəblərinin yaradıcı və istedadlı şagirdlərinin 50-dən çox əl işi nümayiş etdirilib. Sərginin təşkili soyqırım qurbanlarının xatirəsini yad edilməsi, tarixi həqiqətlərin gənc nəslə çatdırılması, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, eləcə də istedadlı yeniyetmə və gənclərin tanıdılması məqsədi daşıyıb.

Tədbirin açılış mərasimində soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov və Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova çıxış edərək faciə haqqında məlumat verib, qan yaddaşımızı unutmamağı və vətənpərvər ruhda böyüməyi tövsiyə ediblər.

Tədbirin sonunda sərgidə fərqlənən əl işləri təşkilatçılar tərəfindən fəxri fərmanlarla təltif olunublar.





#Xocalı30 #Khojaly30 #Xocalı30il #xocalısoyqırımı #KhojalyGenocide #XocalıyaƏdalət #JusticeforKhojaly #HocalıKatliamı #sərgi #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
AMDP Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıbBu il Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edirik. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Azərbaycanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti tərəfindən Xocalı soyqırımı törədilmişdir. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət Ermənistan Respublikasının o vaxtkı siyasi rəhbərliyi tərəfindən təşkil edilmişdir.

30 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı mühasirədə olan şəhərin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridilərək yerli əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Yandırılan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, dinc sakinlər yollarda, meşələrdə pusqu qurularaq xüsusi amansızlıqla öldürülüb. Bu cinayət beynəlxalq hüququn norma və prinsiplərinin və əsas insan hüquqlarının kobudcasına pozulmasıdır. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Eyni zamanda, 487 nəfər dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də məlum deyil. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı yönələn işğal, etnik təmizləmə və soyqırımı siyasətinin növbəti dəhşətli nümunəsidir. Ermənistan tərəfindən yürüdülən bu siyasətin digər təzahürü 1990-cı illərin əvvəllərində Qazax rayonunun Bağanis Ayrım kəndində, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, Axullu, Nəbilər, Həsənabad, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərində azərbaycanlı əhaliyə qarşı törədilmiş etnik təmizləmə olmuşdur. Bundan başqa, Xocavənd rayonunun Qaradağlı, Kəlbəcər rayonunun Ağdaban kəndlərinin işğalı zamanı da çoxsaylı mülki şəxslər, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarla mülki şəxs girov götürülüb və itkin düşüb.

Ermənistan tərəfindən insanlıq əleyhinə törədilmiş bu dəhşətli cinayətlər nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın, Uşaq hüquqları haqqında Konvensiyanın və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulub.

Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə və məqsədli şəkildə kütləvi məhvi BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya əsasən soyqırımı cinayəti kimi tövsif edilməlidir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü əsasında 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, 26 fevral tarixi “Xocalı soyqırımı günü” elan olunmuş və soyqırımı haqqında həqiqətlər dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılmışdır.
Soyqırımı faktlarının və erməni vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası xüsusi rol oynamışdır.

Artıq Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentləri tərəfindən qəbul edilən müvafiq sənədlərdə Xocalıda törədilmiş kütləvi qırğın soyqırımı aktı kimi qəbul edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.

Sülh prosesini pozan və məsələnin danışıqlar yolu ilə həll olunma perspektivlərini tamamilə əngəlləyən, habelə yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan 2020-ci ilin iyulunda və sentyabr ayının sonlarında atəşkəsi yenidən pozaraq, Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan, o cümlədən kasetli bombalardan istifadə etməklə atəşə tutmuşdur. Nəticədə 12-si uşaq olmaqla, 94 nəfər mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla, 414 nəfər yaralanmışdır. Bu hücumlar nəticəsində 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılmışdır.
Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edilmişdir. 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, yüz minlərlə insana uzun müddət gözlədikləri öz dədə-baba torpaqlarına qayıtmaq və fundamental hüquqlarını bərpa etmək imkanı yaradılmışdır.
XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Soyqırımın törədilməsindən 30 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətə münasibətdə biganəlik və ikili standartlar təcavüzkarda cəzasızlıq sindromunu gücləndirərək onu etnik təmizləmə və işğal siyasətini davam etdirməyə sövq edib. Dünya ictimaiyyətinin Xocalı soyqırımına adekvat reaksiya verməməsi mənəviyyatdan kənar olmaqla yanaşı, həm də qəbuledilməzdir, çünki gələcəkdə bu cür cinayətlərin təkrarlanmasına zəmin yaradır.

Bir daha beynəlxalq təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırıram.

Tufan Kərim
Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının sədri