Misirli tələbə ərəb mətbuatında Xocalı soyqırımı barədə məqalə ilə çıxış edibMisirli tələbə Əhməd Adel Məhəmməd ərəb mətbuatında “Unutmadıq, unutmayacağıq. Xocalı soyqırımı qurbanlarının xatirəsi əbədi olaraq yaşayacaq” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Misirin “Rayet Mısr”, Əlcəzairin “Əl Hərir”, Sudanın “Sinopanorama”, İraqın “Əl Mədeyin” və digər portallarında yayımlanmış məqalə uşaqlıq illərində Xocalıda atasını itirmiş Həmayıl Xəlilovanın yaşadığı dəhşətli hadisələrlə bağlı xatirələri ilə başlayır. Bu xatirələri göz yaşları ilə oxuduğunu qeyd edən misirli tələbə 30 il əvvəl erməni quldurlarının törətdikləri vəhşiliklərdən bəhs edir.

Məqalədə ermənilərin müxtəlif illərdə müxtəlif ölkələrdən Azərbaycan torpaqlarına köçürülməsi, sonradan məskunlaşdıqları ərazilərə saxta iddialar irəli sürmələri, istər çar Rusiyası, istərsə də sovet hakimiyyəti dövründə özgə torpaqlarını ələ keçirərək etnik təmizləmə siyasəti aparmaları barədə ətraflı məlumat verilir. Müəllif diqqətə çatdırıb ki, Sovet İttifaqının süqutu zamanı Azərbaycanın vaxtilə qədim ərazisində qurulmuş Ermənistandan 150 minə yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınıb.
Sonra müəllif rəqəmlər və faktlara əsaslanaraq ərəbdilli oxuculara Xocalı soyqırımı, bu dəhşətli cinayətləri törədən və sonradan Ermənistanda hakimiyyətdə təmsil olunan şəxslər, erməni terror təşkilatları, Azərbaycanın işğal olunmuş ərazilərində dağıdılmış tarix-mədəniyyət abidələri və məscidlər haqqında geniş məlumat verilib. Müəllif Afrika və ərəb ölkələrindən Sudan və Cibutinin bu soyqırımı tanıdıqlarını diqqətə çatdırıb, İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsi ilə bağlı qərarlarından bəhs edib.

Məqalənin sonunda Şeyx Əbdül-Vahab Əl-Naccarın “Qırmızı günlər” kitabında ermənilərin 1919-cu ildə misirlilərə qarşı xəyanəti ilə bağlı faktlar da diqqətə çatdırılıb.
Deputatlarımız Paşinyanla görüşdü - FotoBu gün AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Gürcüstan, Ukrayna nümayəndələri və Avropa Birliyi tərəfindən həmsədr nümayəndə ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə AVRONEST Parlament Assambleyasının üzvü Tahir Mirkişili məlumat verib.
GAK "Gürcüstan"ı mükafatlandırıb"Gürcüstan" qəzetinin 100 illiyi ilə bağlı GAK-ın ofisində təntənəli toplantı keçirilib.

Milli mətbuatımızın bayraqdarı olan "Gürcüstan" qəzetinin redaksiya heyətinin iştirakı ilə keçirilən 100 illik yubiley təntənəsini GAK- ın sədri Hüseyn Yusubov açdı.

Müxbirlər, redaktor müavini çıxış etdikdən sonra baş redaktor Xaləddin Yolçuyev geniş məzmunlu çıxış etdi.
Natiqlər öz çıxışları ilə "Gürcüstan" qəzetinin 100 illik yaradıcılık yolunu işıqlandırdılar.

Çıxışlardan sonra H.Yusubov "Gürcüstan" qəzetinin 100 illik yubileyi ilə bağlı təsis olunmuş "Fəxri Fərmanları" baş redaktor Xallədin Yolçuyevə, redaktor muavini Binnət Əlioğluya , xüsusi müxbir Şamil Ziyadəliyevə, müxbir Bəhram Mehdiyə, müxbir İslam Məmmədova, foto müxbir Şahvələd Ayvazova, müxbir Bəhram Qəhramanova təqdim etdi.

"Gürcüstan" qəzeti də xüsusi təsis olunmuş "Fəxri Fərmanla" təltif olundu.

"Gürcüstan" qəzetinin baş redaktoru X .Yolçuyev , milli mətbuatmıza göstərdiyi diqqətə görə GAK-a təşəkkürnü bildirdi.

Bununla da "Gürcüsatan" qəzetinin yüzillik yubiley tədbirlərnə start verilmiş oldu.



Ermənistan hakimiyyəti öz xalqını sülhə hazırlamaq əvəzinə...Fevralın 22-də İrəvanda keçiriləcək AVRONEST Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün İrəvana gedən Milli Məclisin deputatlarının səfərinə qarşı bir qrup erməninin etiraz aksiyası keçirərək, "Zvartnots” hava limanına gedən yolu bağlaması Ermənistan üçün rüsvayçılıqdır. Görünən budur ki, ermənilər 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələri ilə hələ də barışa bilməyiblər. Qalib ölkənin deputatlarının məğlub olan ölkənin paytaxtına səfər etməsinə dözümsüzlük göstərmək Ermənistan dövlətinin və cəmiyyətinin zəifliyinin, acizliyinin göstəricisidir.

Ermənistan hakimiyyəti öz xalqını sülhə hazırlamaq əvəzinə, cəmiyyətdə revanşizm əhval-ruhiyyəsinin güclənməsinə göz yumur. Bu isə Ermənistanın özü üçün təhlükəlidir. Çünki sıravi erməniləri həm xaricdən, həm də daxildən revanşizmə təhrik edən qüvvələr var. Daxildən revanşizmi körükləyən qüvvələrə sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyan rəhbərlik edir.

Həmçinin "Daşnaksütyun" partiyası da Ermənistanda anti-Azərbaycan və anti-Türkiyə əhval-ruhiyyəsinin güclənməsində kifayət qədər fəal rol oynayır. Elə bu gün "Zvartnots” hava limanına gedən yolu kəsməyə cəhd göstərən etirazçıların Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələr qurmasına qarşı olduqlarını bildirmələri də heç də təsadüfi hal deyil. Onlar “Biz türklərlə dost olmayacağıq!", “Türkiyəyə uçuşlar olmamalıdır” şüarlarını revanşizmə can atan siyasi liderlərin diktəsi ilə səsləndiriblər.

Ancaq revanşizm həmin siyasi liderlərin sonunu gətirəcək. Revanşizm Köçəryan, Sərkisyan kimi hərbi canilərin hələ də xəyallarla yaşadığını göstərir. Qoy yaşasınlar. Azərbaycanın Köçəryan və Sərkisyan barəsində axtarış elan etməsi onsuz da bu qatillərin arzularını ürəyində qoyacaq. Biz əminik ki, onlar tezliklə məhkəmə önünə çıxarılacaq və cinayət məsuliyyətinə cəlb ediləcəklər. Ermənistanın keçmiş liderlərinin revanşist xəyalları həbsxana divarları arasında tarixə gömüləcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Deputatlarımızın qaldığı otelin qarşısında aksiya - Videoİrəvanda azərbaycanlı deputatların qaldıqları otelin qarşısında ermənilər aksiya edirlər.

Avrasiya.net xəbər verir ki, bu barədə Musavat.com-a deputat Tahir Mirkişili məlumat verib.

Videodan da göründüyü kimi, ermənilər əllərində müxtəlif etiraz mətni yazılan plakatlar tutublar.

Qeyd edək ki, Milli Məclisin deputatları İrəvana Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün səfər ediblər.

Həmin görüntüləri təqdim edirik:
İlham Əliyev birinci xanımla Rusiyaya getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də Rusiya Federasiyasına rəsmi səfərə gedib.

Avrasiya.net xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı "Vnukovo-2" Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib, Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.
İrəvanda olan deputatımız ermənilərin aksiyasından danışdıAvronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvana səfər edən Milli Məclisin komitə sədri Tahir Mirkişili açıqlama verib.

Avrasiya.net xəbər verir ki, Azərbaycanlı nümayəndə heyətinin Ermənistana səfərinə etiraz olaraq keçirilən aksiya barədə Musavat.com-a danışan komitə sədri bildirib ki, hazırda oteldədir və hər şey qaydasındadır.

T.Mirkişili deyib ki, həmkarı Soltan Məmmədov və Milli Məclisin beynəlxalq şöbəsindən bir əməkdaşla bərabər İrəvandadırlar və onların təhlükəsizliyi qorunur:

“Avronest təhlükəsizlik təminatı verib, tək Azərbaycana deyil, bütün iştirakçılara. Qorunma yaxşıdır, etibarlıdır. Həm qarşılanmada, həm yolda, həm də oteldə hər şey qaydasındadır”.

“Zvartnost” hava limanının əsas yolunda keçirilən aksiyaya gəldikdə, komitə sədri bildirib: “Biz gördük, sadəcə yaxşı qoruma sistemi ilə təmin olunduğumuza görə yan keçdik, otelə gəldik”.

T.Mirkişili deyib ki, ilk dəfədir İrəvan şəhərindədir və geri dönəndən sonra səfər barədə ətraflı danışmaq imkanı olacaq.
Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri və KİV qurumları barədə məlumat bazası hazırlanırErmənistanın təcavüzkar siyasətindən zərər çəkmiş, həlak olmuş, xəsarət almış Azərbaycan jurnalistləri, köçkün düşmüş və ya fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış KİV qurumları barədə məlumat bazası hazırlanır.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Ermənistanın təcavüzündən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli Metbuat.az-a bildirib ki, son 30 il müddətində Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti Azərbaycanda media sahəsinə da ciddi zərər yetirib: “1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə 10-dan çox Azərbaycan jurnalisti və KİV işçisi cəbhə bölgəsində həyatını itirib. Bir o qədər jurnalist də fiziki xəsarətlər alıb, sağlamlığına zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş KİV qurumlarının redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Təəssüf ki, qeyd edilən sahədə məlumatlar dağınıqdır, konkret rəqəmlər yoxdur. Bu hadisələr barədə məlumatların toplanıldığı vahid, əlçatan mənbənin yaradılmasına, vahid məlumat bazasının formalaşdırılmasına ehtiyac var. İcra etdiyimiz layihənin məqsədi bu müstəvidə mövcud olan boşluğu aradan qaldırmaqdır”.

Müşfiq Ələsgərli əlavə edib ki, beş ay müddətində davam edəcək layihə çərçivəsində “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri və KİV qurumları barədə məlumatlar toplanılıb xarici dillərə tərcümə edildikdən sonra onlar layihə çərçivəsində hazırlanacaq saytda yerləşdiriləcəklər, beynəlxalq təşkilatlar üçün əlçatan olacaqlar”.
Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilibFevralın 21-də Bayraq Meydanı ərazisində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. "Xocalı - bəşəriyyətə qarşı tarixi cinayət" şüarı ilə təşkil olunan aksiyada Gənclər və İdman İdarəsinin könüllüləri və fəal gənclər iştirak edib. Aksiya zamanı ərazidə 50-dən çox müxtəlif növ ağac əkilib və aqrotexniki qulluq göstərilib.


#Xocalı30 #Khojaly30 #Xocalı30il #XocalıSoyqırımı #KhojalyGenocide #XocalıyaƏdalət #JusticeforKhojaly #HocalıKatliamı #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Putin və Əliyev müttəfiqlik bəyannaməsi imzalayacaq - KremlRusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev fevralın 22-də Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəklər.

Axar.az xəbər verir ki, bu barədə Kremldən məlumat verilib.

“Putin və Əliyev arasında danışıqların yekununda müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalanacaq”, - məlumatda qeyd olunub.